“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 18
Bərə terminalın yük götürmə qabiliyyəti illik 6.2 milyon tondur. Birbaşa dəmir yolu ilə limana daxil
olan vaqonlar bir nəqliyyat vasitəsindən digərinə boşaldılmaya ehtiyac olmadan bərəyə (qatar daşıyan
gəmiyə) yüklənir. Bu terminalda hər birinin uzunluğu 155 metr olan iki körpü var.
Ro-Ro terminalının yükgötürmə qabiliyyəti illik 1.8 milyon tondur və 60.000 təkərli texnika yükaşırma
qabiliyyəti vardır. Həmçinin bu terminalda ümumi uzunluğu 185 metr olan hidravlik körpü və uzunluğu
222 metr olan yan körpü vardır. Ro-Ro terminalı müxtəlif tipli özüyeriyən nəqliyyat vasitələrinin
yükləmə-boşaltma prosesi olmadan Ro-Ro (Roll-in -Roll-out) tipli gəmilərə yüklənməsini həyata keçirir.
Əsas yük terminalının illik yükaşırma qabiliyyəti 7 milyon tondur və ümumi 7 körpüyə malikdir .
Körpülərin 4-ü dəmir yolları və müxtəlif spesifikasiyalara malik 6 ədəd yeni portal kran və 2 ədəd
modernizasiya olunmuş mobil kran ilə təchiz olunub. Burada müxtəlif nəqliyyat vasitələrindən (gəmi,
vaqon, yük avtomobili) bir çox unifikasiya edilmiş konteynerdə daşınan yüklər (o cümlədən
konteynerlərdə yerləşdirilənlər) və qalaq şəklində olan yüklər boşaldıla və yüklənilə bilər
.
Layihənin 1-ci mərhələsinin tamamlanması üçün çəkilən xərcin məbləği 760 milyon ABŞ Dolları
olmuşdur
15
.
Bundan sonrakı mərhələdə limanın tikintisinin ikinci və üçüncü mərhələsi başa çatdırılması ilə onun
imkanlarının daha da genişləndirilməsi planlaşdırılır.
Ələt Limanı ilə yanaşı qəsəbənin xüsusi iqtisadi zonalaya çevrilməsi nəzərdə tutulur. Bunun üçün artıq
zəruri hüquqi baza da yaradlıb. Lakin Ələt İqtisadi Zonasının tam fəaliyyətə başlaması baş verməyib.
Ələt Azad İqtisadi Zonasının potensialının artırılması üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi
çox önəmlidir. Məsələn, ötən əsrin 70-ci illərdəndən başlayaraq Çin xarici investisiyalar cəlb etməklə
iqtisadi inkişafının sürətlənməsi üçün azad iqtisadi zonadan uğurla istifadə etməyə başlamışdır. 2019-cu
ilin hesabatına əsasən dünyada 147 ölkədə 5383 xüsusi iqtisadi zona vardır ki, bunun da 88.60 %-i
inkişaf etməkdə olan ölkələrin payına düşür. Doğrudur, Ümumdünya Ticarət Təşkilatı inkişaf etməkdə
olan ölkələrdə XİS üçün nəzərdə tutulmuş Subsidiyalar və Tənzimləyici addımlar anlaşması
imzalanmamışdır. Lakin hazırda Qazaxstan, Gürcütsan və Türkiyədə xüsusi azad iqtisadi zonadan
istifadə edilməkdədir və eyni zamanda bu ölkələr hazırda ÜTT -nün üzvüdürlər
16
.
Bundan əlavə Nəqliyyat dəhlizlərinin keçdiyi marşrutlar üzrə Sumqayıt Texnologiya Parkı, Balaxanı
Eko-Sənayə Parkı, Mingəçevir Sənaye Parkı, Neftçalada Sənaye məhəlləsi yaradılmışdır. Xəzər Dənizi
hövzəsində olan ölkələrdən Türkmənistan da Türkmənbaşı limanının Xüsusi İqtisadi Zonaya
15