“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   2   3   4   5   6   7   8   9   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

 


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)

Xülasə 
Bu araşdırmanın məqsədi Azərbaycanın logistika infrastrukturunun “İpək Yolu” layihəsində hazırlıq 
səviyyəsini öyrənmək və digər alternativ marşrutlarla müqayisədə rəqabət qabiliyyətini qiymət və vaxt 
(yüklərin ilk təyinat nöqtəsindən son təyinat nöqtəsinə qədər çatdırılmasına sərf olunan zaman) faktorları 
əsasında müqayisə etmək, rəqabətcil xidmətlər təklif edə bilmək üçün tövsiyə edilən addımların 
aşkarlanmasıdır.
Tədqiqat zamanı Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı kimi 
nüfuzlu beynəlxalq maliyyə qurumlarının bu sahədə araşdırmalarından, Dövlət Statistika Komitəsinin, 
Bakı Beynəlxalq Ticarət Limanının, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC dərc etidyi 
məlumatlardan geniş istifadə edilib.
Sənədin ilk bölməsində İpək Yolu Layihəsi üzrə təklif olunan nəqliyyat dəhlizləri və Azərbaycanın da 
üzərində yerləşdiyi Şərq-Qərb nəqliyyat dəhlizi, bu layihənin Azərbaycanın ticarət, logistika və iqtisadi 
imkanlarının inkişafı haqqında məlumatlara və logistikanın keyfiyyətinin təkmilləşdirilməsinin ÜDM və 
rifah səviyyəsinin ehtimal olunan artımında rolu üzrə hesablamalara yer verilmişdir. 
Araşdırmanın ikinci bölməsində Azərbaycanın İpək Yolu layihəsi çərçivəsində həyata keçirdiyi 
təşəbbüslər və infrastruktur ( Bakı -Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət limanı və s.) 
haqqında məlumatlar qeyd edilmişdir.
Üçüncü bölmədə logistika infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı 2016-cı ildə qəbul edilmiş
Strateji Yol Xəritəsində 2020-ci ilə qədər qarşıya qoyulmuş hədəflər və mövcud statistik vəziyyətin 
müqayisəsi aparılmışdır. 
Son hissədə tədiqqatın əsas nəticələri və logistika imkanlarının inkişafı üçün təkliflər təqdim edilmişdir.
Aparılmış tədqiqatın bu istiqaəmətdə üzə çıxardığı əsas nəticələr aşağıdakılardır:

Azərbaycanın üzərində yerləşdiyi Şərq-Qərb dəhlizi digər alternativ dəhlizlərlə müqayisədə daha 
qısa olsa da, ciddi rəqabətlə üzləşib.

Logistikanın inkişafı ilə bağlı 2016-cı qəbul edilmiş Yol Xəritəsi tranzit ölkə kimi Azərbaycanın 
imkanlarının sürətlə artmasını hədəfləsə də, hazırkı dövrə nəticə qeyri-qənaətbəxşdir. 

Hər 2 marşurut üzrə rəqabət üstünlüyünə təsir gösətərən texniki amillər də var. 

Şərq-Qərb dəhlizi Yeni Avrasiya marşurutuna nisbətən daha yüksək xərclə daşımaları təmin edir.

İpək Yolu dəhlizində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama 
ixracın 5.2 faiz artması deməkdir.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin