“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 15
ölkələrinin avtomobil, dəmir yolu və limanların, aviasiya, logistika, smart nəqliyyat sistemlərinin
təkmilləşdirilməsi üzrə layihələrin yerinə yetirilməsi hədəflənməkdədir. Bu layihə çərçivəsində
Azərbaycana beş logistika mərkəzinin (Xaçmaz, Astara, Gəncə, Naxçıvan, Tovuz) yaradılması üzrə 360
milyon, Ələt Azad İqtisadi və logistika zonasının yaradılması üzrə 410 milyon, Şərq-Qərb dəmiryolunu
siqnallaşdırılması, teleokommunikasiya və elektrikləşməsi üzrə 328 milyon avro dəyərində layihələr
hazırlanmışdır. Avtomobil yolu infrastrukturu üzrə (2 layihə, 613 km) 613 milyon, dəmiryolu
infrastrukturu üzrə (2 layihə) 663 milyon, logistika mərkəzləri üzrə 802 milyon avro olmaqla
Azərbaycan üzrə bu layihəyə ayrılmış investisiyanın ümumi məbləği 2.078 milyard avro təşkil edir
10
.
Hələ 2001-ci ildə vergi qanunvericiliyinə beynəlxalq poçt xidmətləri istisna olmaqla bütün beynəlxalq
və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma
xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi
zamanı əməliyyatlar sıfır faiz dərəcə ilə əlavə dəyər vergisinə cəlb etməyi nəzərdə tutan dəyişiklik
edildi.
Sonrakı mərhələdə işlər daha genişmiqyaslı və intensiv xarakter aldı. Şübhəsiz ki, bu istiqamətdə
“Bakı-
Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilməsinin özünəməxsus yeri var.
Bakı-Tbilisi-Qars dəmir yolunun xəritəsi 11