“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 17
Dəmir Yolları Sektorunun İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası ilə Asiya İnkişaf
Bankı arasında 19 dekabr 2017-ci il tarixdə “Dəmir yolları sektorunun inkişafı layihəsi üzrə Kredit
Müqaviləsi” imzalanmışdır. Dövlətdaxili prosedurların həyata keçirilməsindən sonra Kredit Müqaviləsi
16 yanvar 2018-ci il tarixdə Asiya İnkişaf Bankı tərəfindən qüvvəyə minib. Layihənin
maliyyələşdirilməsində Asiya İnkişaf Bankı ilə yanaşı Fransa İnkişaf Agentliyi də iştirak edir. Şimal-
Cənub Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən marşrutunun bir hissəsi olan Sumqayıt-Yalama dəmir
yol xəttinin 165.5 (ikitərəfli xətt üzrə 331) km hissəsinin yenidən qurulması üzrə AİB ilə 400 milyon
dollar və Fransa İnkişaf Agentliyi ilə 75 milyon dolları məbləğində kredit müqavilələri imzalanmışdır.
AİB-in ayırdığı kreditin 250 milyon dolları ADY QSC-nin idaretməsini təkmilləşdirilməsi (korporativ
idarəetmə, maliyyə və mühasibat sahəsində yeniliklər, işçilərin bilik və bacarıqlarının artırılması,
maliyyə nəzarəti və hesabatlılıq) üzrə islahatların aparılmasına, 160 milyon dolları isə Sumqayıt-
Yalama xəttinin yenidən qurulmasına ayrılmışdır.
ADB-nin Dəmir Yolları Sektor İnkişaf Proqramının dekabr 2020-ci il tarixli hesabatına əsasən
Sumqayıt-Yalama dəmir yol xəttinin yenidən qurulması və bərpası üzrə işlərin 2022-ci ilin 2 ci rübündə
tamamlanması gözlənilir
13
. İdarəetmənin təkmilləşdirilməsi üzrə kredit xətti çərçivəsində “Dəmir Yol
Nəqliyyatı haqqında” Qanun layihəsi hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilmiş, 5 illik
biznes plan hazırlanmış, borc öhdəliklərinin restruktizasiyası və əməliyyatların səmərəliliyinin
yaxşılaşdırılması həyata keçirilmişdir. Bundan başqa, effektiv korporativ restruktizasiyaya - qatarların
hərəkət qrafikinin hazırlanmasının avtomatlaşdırılması və proqram təminatının satınalınması və hərəkət
tərkiblərinin və yük daşımalarının idarəetmə sisteminin tətbiqi və proqram təminatının satınalınması
addımlarının atılmasına başlanılmışdır
14
.
BTQ dəmir yolu xəttinin yenidən qurulması və bərpası ilə paralel olaraq 2018-ci ildə Bakı Beynəlxalq
Ticarət Limanı fəaliyyətə başlamışdır. Liman Şimal-Cənub, Şərq-Qərb dəhlizi üzərində, həmçinin
magistral yollarının keçdiyi hissədə və Bakı Gəmiqayırma Zavodunun da yerləşdiyi Ələt qəsəbəsində
yerləşir. Ümumi sahəsi 400 hektar, açıq anbar sahəsi 35000 kv. metr, qapalı anbar sahəsi 9400 kv.metr
olan Ələt Limanının 1-ci mərhələləsi üzrə işlər 2019-cu ildə yekunlaşıb. Onun yükaşırma qabiliyyəti 15
milyon ton yük və 100.000 TEU konteynerdir, Ro-Ro, bərə və yük terminalı olmaqla üç terminala, 13
körpüyə malikdir.
13