“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 16
7 fevral 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə tərəfinin iştirakı ilə Gürcüstanda keçirilmiş
üçtərəfli regional əməkdaşlıq sammitində
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli
Saziş imzalanmışdır. Bundan başqa, həmin gün Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli
bir sazişə də qol çəkilmişdir. Bu saziş “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata
keçirilməsi
çərçivəsində
Marabda-Kartsaxi
(Türkiyə
sərhədinədək)
dəmir
yolu
sahəsinin
maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiyası, rekonstruksiyası və istismarının prinsip və
şərtlərini müəyyən edirdi. Layihənin maliyyələşdirilməsi məqsədilə Azərbaycannın Nəqliyyat Nazirliyi
və Gürcüstanın “Marabda-Kartsaxi Dəmir Yolu” MMC arasında BTQ-nin tərkib hissəsi kimi
“Marabda-Kartsaxi dəmir yolu sahəsi”nin maliyyələşdirilməsinin şərtlərinə dair Kredit Müqaviləsi
imzalanmışdır
. Ümumi uzunluğu 846 km olan bu dəmir yolu xəttindən Azərbaycana 504 km,
Gürcüstana 263 km və Türkiyəyə isə 79 km düşür. BTQ dəmir yol xəttinin Çin və Mərkəzi Asiyanı
Bosfor Boğazından Mərmərə dəmir yolu xətti vasitəsilə Avropaya birləşdirəcəyi nəzərdə tutulur.
Gələcəkdə Avropa və Asiya yüklərinin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal
daşımaların həcmini artıracağı planlanır. Beləliklə, xəttin dövriyyə qabiliyyətinin üçüncü əməliyyat
ilində 3-5 milyon ton yükə, beşinci əməliyyat ilində 6-8 milyon ton yükə, daha sonra 3 milyon sərnişin
və 17 milyon ton yükə bərabər olması gözlənilir. İlkin hesablamalara görə, BTQ layihəsi ilə ÜDM -in
300-400 milyon manat artacağı ehtimal edilir .
Azərbaycan BTK dəmir yolunun Gürcüstan hissəsinin maliyyələşdirilməsi məqsədilə illik 1% olmaqla
200 milyon manat və illik 5% olmaqla 575 milyon manat Gürcüstana kredit ayırmış, həmçinin Serbiya,
Monteneqro, Ukraniya və digər ölkələrin nəqliyyat infrastrukturunun inkişafı üçün kreditlər və
yardımlar ayırmışdır. Öz növbəsində, Dövlət Neft Fondunun hesabatlarına əsasən Bakı-Tbilisi-Qars
dəmir yolu xətti üzrə ayrılmış investisiyanın məbləği 748.6 milyon manat olmuşdur . Nəhayət,
Azərbaycan Şimal -Cənub Nəqliyyat Dəhlizinin də inkişafı üçün Rəşt-Astara dəmir yolunun tikintisi
üçün İrana illik 2.5 % olmaqla 500 milyon dollar dəyərində kredit ayırmışdır Rəşt-Astara dəmir
yolunun beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməsi və Azərbaycanla İranın
dəmir yollarını birləşdirilməsi hədəflənir. “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan, İran və Rusiya
dəmir yollarının birləşməsi daxil olmaqla Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün
nəzərdə tutulmuşdur. Birinci mərhələdə, dəhliz boyunca ildə beş milyon ton yük daşınması
planlaşdırılır, daha sonra 10 milyon tondan çox yükə yüksələcəyi ehtimal edilir
12
.
12