İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Mövzu 1. İqtisadi təlimlər tarixinin predmeti, metodları və kursun quruluşu



Yüklə 88,08 Kb.
səhifə2/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   2   3   4   5   6   7   8   9   ...   35
iqtisadi təlimlər tarixi

Mövzu 1. İqtisadi təlimlər tarixinin predmeti, metodları və kursun quruluşu

  1. İqtisadi təlimlər tarixinin predmeti, məzmunu və vəzifələri

  2. İqtisadi təlimlər tarixinin metodları

  3. İqtisadi təlimlər tarixi kursunun quruluşu (strukturu)



  1. İqtisadi təlimlər tarixinin predmeti, məzmunu və vəzifələri

İqtisadi təlimlər tarixi, ıctımaı (sosial) elmlərin tərkib hissəsi sayılan iqtisad elminin müstəqil sahələrindən (istiqmətlərindən, qollarından) biridir. İqtisadi təlimlər, yaxud iqtisadi fikir tarixinin əhatə etdiyi problemlər, onlara yanaşma üsulları, təhlil və nəticə çıxarmaq metodları dəyişib yeniləşmə prosesində olduğundan, təbiidir ki, bu kursun predmeti də transformasiyaya (dəyişikliyə) məruz qalmışdır.
XVI əsrdə və XIX əsrin 1 yarısında bütövlükdə ümumiqtisad elmi (iqtisadi nəzəriyyə) xalqlar sərvətinin təbiəti və səbəblərini? (A.Smit) öyrənməyi özünün başlıca vəzifəsi saymışdı. Sonrakı mərhələdə maksimum mənfəət əldə etmək ilk məqsəd kimi irəli sürülmüşdü. Daha sonra, diqqət mərkəzində istehsalın başlanğıc nöqtəsi sayılan müəssisə (mikroiqtisadiyyat) durmuşdu. Son 50-70 ildə ölkənin milli iqtisadiyyatınn problemlərini kompleksli şəkildə tədqiq edən makroiqtisadiyyat məsələləri ön plana çəkilmişdir. Nəhayət, hazırda iqtisad elmi və nəzəriyyəsi, o cümlədən də iqtisadi təlimlər tarixi, genişlənən inteqrasiya prosesləri nəticəsində formalaşan vahid dünya təsərrüfat sistemini, onun çoxcəhətli iqtisadisosial problemlərini qlobal miqyasda öyrənməklə məşğuldur.
Bu meyarlar baxımından, müasir mərhələdə iqtisadi təlimlər tarixinin predmetinə belə tərif vermək mümkündür: İqtisadi təlimlər tarixi — bəşəriyətin inkişafının müxtəlif mərhələlərində meydana çıxmış iqtisadi təlimləri, ayrı-ayrı iqtisadi məktəb və istiqamətləri, habelə onların görkəmli nümayəndələrinin elmi-nəzəri baxışlarını, görüşlərini, fikirlərini, yeri gəldikcə praktik-əməli fəaliyyətlərini ardıcıllıqla öyrənir. İqtisadi təlimlər tarixinə başqa təriflər də verilir. Lakin onların mahiyyəti bir-birinə oxşar və yaxındır. Məsələn, professor Y.S Yadqarovxun “İqtisadi təlimlər tarixi" (M . 1998-ci ) kitabında, bu kursun predmetinin məzmunu belə müəyyənləşdirilmişdir: "İqtisadi təlimlər tarixinin predmetini — iqtisadiyyat, elm, texnika və sosial sahələrdə, tarixi dəyişikliklər prosesi nəticəsində meydana çıxan, inkişaf edən, tədricən sıradan çıxan iqtisadi nəzəriyyələr, ideyalar, baxışlar, görüşlər təşkil edir" (səh. 9). Deməli, iqtisadi təlimlər tarixi donmuş, əzbərçi, doqmatik bir elm sahəsi deyildir. Müxtəlif ölkələrin cəmiyyət həyatı, iqtisadiyatı dəyişdikcə, bu real prosesləri özündə əks etdirən iqtisadi tə”limlər də təkmilləşərək, yeni ideyalarla zənginləşmişdir. Müasir dövrdə iqtisadi təlimlər tarixinin öyrənilməsinin ən mühüm xüsusiyyətlərindən biri, bu elmin ideolofi amillərdən, təsirlərdən, sinfi xarakter daşımaqdan, partiya prinsiplərinə uyğunlaşmaqdan, hakim dairələrə xoş gəlmək meyllərindən tədricən xilas olaraq, daha obyektiv bir xarakter daşımasıdır.
Məhz belə bir obyektiv istiqamətdə və həyat reallıqlarının irəli sürdüyü problemlərə cavab verə bilən iqtisadi təlimlər tarixi, şübhəsiz müqayisəli təhlillər əsasında cəmiyyətin üzləşdiyi mürəkkəb iqtisadi-sosial qaydaların düzgün həlli yollarını tapa bilər. İqtisadi təlimlər tarıxi kursunun tədris, olunub öyrənilməsi, gələcək mütəxəssislərə müxtəlif sahələrdə çalışacaqlarına baxmayaraq, onların yüksək ixtisaslı peşəkar kadrlar kimi ümumi dünyagörüşünn formalaşmasına, iqtisadi ideya və nəzəriyyələrin tarixi təkamül yolu ilə inkişafı prosesinin özünəməxsus xüsusiyyətləriylə tanış olmalarına, müasir mərhələdə qlobal, habelə milli iqtisadiyyat səviyyəsində baş verən mürəkkəb, ziddiyyətli dəyişiklikləri tənqidi surətdə təhlil edib qiymətləndirərək, həmin proseslərdən düzgün nəticələr çıxarmağa daha əlverişli imkanlar yaradır.
Bəşəriyyətin keçdiyi çoxəsrli təkamül və inkişaf yolunun konkret elmi-nəzəri irsi sayılan iqtisadi təlimlər tarixi, keçmişin zəngin iqtisadi ideyalar xəzinəsindən müasir təfəkkür meyarları ilə tənqidi təhlil istiqamətində bacarıqla faydalanmaqla, yeni daha mütərəqqi, günün real tələb-qayğılarına cavab verən iqtisadı ideyaların, nəzəri baxışların, elmi məktəllərin formalaşması perspektivlərini sərtləndirir


  1. Yüklə 88,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin