İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


İqtisadi təlimlər tarixinin metodlar



Yüklə 88,08 Kb.
səhifə3/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   2   3   4   5   6   7   8   9   ...   35
iqtisadi təlimlər tarixi

İqtisadi təlimlər tarixinin metodlar

Hər bir elm və onun müxtəlif sahələri, öz konkret predmetinə aid olan problemləri tədqiq edib öyrənərkən, müəyyən üsul, vasitə yaxud bu istiqamətdə sınaqdan çıxmış metodlardan istifadə edir. Metod anlayışı, yunan dilində olan methodos sözündən götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu baxımdan metod iqtisadi təlimlər tarixinin problemlərimi araşdırmaq və onları açmaq üçün sankı bir açar rolumu oynayır. Təsadüfi deyildir ki, tanınmış ingilis filosofu F.Bekon (XVH əsr), metodu elmin və tədqiqatçının yolunu işıqlandıran bir fanarla müqayisə etmişdi.
Məşhur almvn filosofu Heqelıin fikrincə, elmi tədqiqatlar prosesində güclü bir qüvvə olan metod czəkanın hər şeydə (sahədə) özünü tapmaq və dərk etmək səyidirə. Aydındır ki, ictimai (sosial) elmlərdə, o cümlədən də iqtisad elmində, deməli iqtisadi təlimlər tarixində də, texniki elmlərdə olduğu kimi mürəkkəb texniki vasitələrdən, habelə laboratoriya cihazlardan istifadə etmək mümkün deyildir. Burada həmin araşdırma və tədqiqatları nəzəri təfəkkür, habelə onun əsaslandığı müəyyən metodlar yerinə yetirir.
Bu istiqamətdə aparılan elmi tədqiqat axtarışlarında, əsası hələ qədim yunan müdrikləri tərəfindn qoyulmuş təbiət və cəmiyyət hadisələrinə həmişə dialektcəsinə yanaşmaq prinsipi zəruridir. Dialektik: təhlil və araşdırmalar əsasında çıxarılan elmi nəticələr, daim dəyişməkdə, hərəkətdə olan bütövlükdə real həyat hadisələrinə, o cümlədən də iqtisadi prosesİrə, səbəb-nəticə əlaqələrinin sadədən aliyə, habelə bəsitdən mürəkkəbə doğru yüksəlişinin qarşılıqlı təsirini aydınlaşdırır.
İqtisadi təlimlər tarixi öz tədqiqatlarında ictimai elmlərin və iqtisadi nəzəriyyənin aşağıdakı metodlarından istifadə edir: elmi abstraksiya metodundan, analiz və sintez metodundan, tarixi müqayisəlik metodundan, məntiqi ardıcıllıq metodundan, induksiya və deduksiya metodundan. Qeyd etmək lazımdır ki, elmi abstraksiya metodu vasitəsiylə, iqtisadi hadisələrin mühüm, həlledici tərəfləri aşkara çıxarılaraq, elmi-nəzəri ümumiləşdirmələr aparılır. Eyni zamanda bu metod, iqtisadi hadisələrdə rast gəlinən təsadüfu və keçici cəhətləri nəzərə almayaraq, əsas diqqəti həmin proseslərin ən mühüm tərəflərinə cəlb edir.
İqtisadi təlimlər tarixində istifadə olunan və tətbiq edilən digər bir metod — analiz və sintez metodudur. Analiz metodu iqtisadi hadisələri bir tam, yaxud sitem halında götürərək, onu elmi təfəkkür vasitəsiylə müəyyən hissələrə, tərəflərə ayırarq öyrənir. Sintez metodu isə, iqtisadi hadisə və proseslərin ayrıayrı cəhətlərinin ümumiləşdirilərək, vahid bir sistem halında formalaşmasını nəzərdə tutur.
Tarixi və məntiqi metod, iqtisadi tədqiqatlar apararkən, ardıcılığa rəayət olmasını, həmin hadisələrin meydana çıxması şəraitini, inkişafını, habelə sonrakı vəziyyətini düzgün nəzərə alıb qiymətləndirməyi, hadisələrin gedişini obyektiv dəyərləndirməyi tələb edir. İqtisadi təlimlər tarixində induksiya və deduksiya metodlarından da yeri gəldikcə istifadə olunur. İnduksiya metodu vasitəsiylə toplanmış ayrı-ayrı məlumatlar, faktlar əsasında sistemləşdirmə aparılır, habelə bu prosesə müəyən şərhlər, izahatlar verilir Dedüksiya metodu vasitəsiylə, toplanmış faktlar, məlumatlar əsasında ümumi nəticələr çıxarılır, aparıcı prinsiplər müəyənləşdirilır, əmli fəaliyyət, habelə ölkənin iqtisadi siyasəti üçün konkret tövsiyyələr hazırlanır. İnduksiya və deduksiya metodları qarşılıqlı əlaqə, habelə təsir dairəsində fəaliyyət göstərdiklərindən, onların birlikdə tətbiqi daha səmərəli iqtisadi nəticələr verir.
İqtisadi təlimlər tarixi, cəmiyyət həyatı inkişafının müxtəlif mərhələlərində meydana çıxan, tədricən formalaşıb yüksələn, nəhayət öz yerini daha mütərəqqi və zamanın tələblərinə uyğun yeni ideyaları, fikirləri, nəzəri konsepsiyaları təhlil edərkən, şübhəsiz bu metodlardan müvafiq surətdə, həm də tənqidi yaradıcılıq yolu ilə faydalanmalıdır.


  1. Yüklə 88,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin