Mövzu II. Qədim dünyanın iqtisadi təlimləri
Qədim Şərqdə iqtisadi fikrin meydana çıxması
Antik dünyanın iqtisadi ideyaları
Quldarlıq cəmiyətinin iqtisadi baxışları
Qədim Şərqdə iqtisadi fikrin meydana çıxması
İqtisadi təlimlər tarixinin meydana çıxıb formalaşması çox qədim olub, eramızdan əvvəlki minillikləri əhatə edir.
Qədim əcdadlarımız, öz bəsit, lakin heç də asan olmayan, müxtəlif təhlükə və çəunliklərlə rastlaşan gündəlik həyatlarında, bir sira qayğılarla yanaşı, qida, ov, su, əmək alətlər), yaşayış yeri, od-ocaq, yemək hazırlamaq, mübadilə, ticarət, iqtisadi hadisələr haqqında da düşünməli olmuşlar. Yaşamaq uğrunda mübarizə, təbiət qüvvələri və hadisləri qarşısında da davam gətirmək zərurəti insanları öz dövrünün təsərrüfat həyatnı öyrənməyə, onun müəyyən qaydalarına əməl etməyə, nəhayət tədricən çoxcəhətli əmək fəaliyyətlərini daha məqsədyönlü istiqamətdə aparmağa yönəltmişdi.
Keçmiş dövrlərdə yaşamış insanların ətraf mühit, təsərrüfat fəaliyyəti, iqtisadi əlaqələr, mübadilə münasibətləri haqqındakı ilkin, bəsit təsəvvürləri öz əksini müxtəlif icmalam, qəbilələrin, tayfaların, xalqların milli adət-ənənələrində, toyyas, bayram-şənlik mərasimlərində, bayatı-mahnılarında, əfsanələrində, nağıllarında, dastanlarında tapmışdır.
Qədim yunanların Homerin adı ilə bağlı İliada və Odisseya əsərİrində, türklərin Dədə Qorqud və Manas dastanlarında, slavyanların Russkaya Pravda, İqor polku haqqında mənbələrində, Qərb-Şərq xalqlarının mahnılarında, atalar sözlərində, akın və aşıqların nəğmələrində, habelə digər xalq yaradıcılığı yanrlarında, başqa motivlərlə (məsələlərlə) yanaşı, o dövrün təsərrüfat həyatı, ticarəti, insanların yaşayış səviyyəsi, ehtiyac və tələbləri də müəyyən ünsürlər, hadisələr, mənzərələr şəklində verilmişdir.
Lakin bütün bu cəhətlər nə qədər qiymətli olsa da, iqtısadi fikrin nümunəsi, daha dəqiq desək, elm kimi səciyyələndirilə bilməz. İqtisad elminin, o cümlədən də bu elmin tərkib hissəsi sayılan iqtisadi təlimlər tarixinin həqiqi mənada formalaşması, onun bir elm kimi təşəkkülü XVII-XVIII əsrlərdən başlayaraq, son 250-300 ilin hadisəsidir. Lakin danılmaz bir həqiqətdir ki, ilkin iqtisadi fikir və biliklərin meydana çıxması, ” şübhəsiz minillikləri əhatə edir.
Aydındır ki, iqtisadi fikir və biliklərin yetişməsi üçün nisbətən yetqin iqtisadiyyatın yaranıb fəaliyyət göstərməsi tələb olunur. Çünki iqtisadi fikir, ideya, təlim, nəzəriyyə, konsepsiyalar yalnız iqtisadi bazanın mövcudluğu, real iqtisadı münasibtlərin hərtərəfli təhlili, habelə ölkənin təsərrüfat həyatının daha da təkmilləşdirilməsi təməlində formalaşa bilər.
Bəşəriyyətin 3 milyon ilə yaxın tarixi inkişafı, yolunda nisbətən əlverişli mədəni-iqtisadi şəraitin təxminən 7-10 min il (70-100 əsr) bundan əvvəl yarandığı arxeolofi qazıntılar və elmi-nəzəri dəlillərlə sübut olunur.
Eramızdan əvvəl 5-6-cı minilliklərdə belə bir şərait Mərkəzi Afrikada, Cənub-Şərqi Asiyada, Babilistanda, Misirdə, Çində, İranda, Qafqazda, bəzi mülahilzələrə görə Cənubi Amerikanın müəyən ərazilərində olmuşdur. Tarixi faktlar sübut edir ki, həmin yerlərdə təsərrüfat həyatı və insanın əmək fəaliyyətinin ən qədim, habelə yaşayış üçün zəruri sayılanəkinçilik, maldarlıq, sənətkarlıq, suvarma sistemi şəbəkələri, ticarət, şəhər mədəniyyəti öz dövrünə görə xeyli yüksək səviyyəyə qalxmışdı.
Qeyd etmək maraqlıdır ki, yeni eranın başlanğıcında (2000 il əvvəl), Şərq ölkələrinin ümumi inkişaf səviyyəsi, müasir Qərbi Avropa ölkələrinin o zamankı səviyyəsindən xeyli yüksək olmuşdu. Məsələn, Qərbi Avropa ölkələrində yeni eranın başlanğıcında əhalinin 10-12 faizi şəhərlərdə yaşamışdısa, qədim Şərqin Bağdad, Bəsrə, Qahırə, Luksor, Kəlküttə, Bombey, Şanxay, Təbriz, Şam kimi iri şəhərlərində ölkə əhalisinin 15-20 faizı yaşamışdı.
Əhalinin təhsil (savad) səviyyəsinə, metal əridilməsinə, sənətkarlıq məhsullarının hazırlanmasına, gəmiçiliyin inkişafına, fəza cismlərinin öyrənilməsinə, bir sıra dəqiq elmlərin tədqiqinə görə o vaxt Şərq, Qərbi Avropanı xeyli qabaqlamışdı.
Tədqiqatçı alim və mütəxəssislərin belə bir mövqeyi təsadüfi sayılmamalıdır ki, ilk sivilizasiyalar, mədəniyyət ocaqları Qərbdə deyil, Şərqdə yaranmışdır. Lakın sonralar, xüsusilə XIV-XV əsrlərdən və böyük coğrafi kəşflərdən sonra Qərbi Avropa ölkələrinin daha yüksək templərlə inkişafı danılmaz faktdır. Eyni zamanda sonralar belə bir ifadə də geniş yayılmışdı: cŞərq Şərqdir, Qərb Qərbdirlə.
Son elmi-nəzəri proqnozlarda belə bir variant da irəli sürülür ki, XXI əsr Şərq ölkələrinin, xüsusilə türk dünyasının yeni dirçəlişi və yüksəlişi dövrü olmalıdır.Müasir iqtisadimədəni əlaqələr, inteqrasiya prosesləri, bəşəriyyətin qarşılaşdığı qlobal təhlükəsizlik, ərzaq, təbii fəlakətlər, xəstəliklər, ekologiya, ətraf mühitin qorunması problemləri Qərblə Şərqi bir-birindən ayırmağı yox, əksinə onların birgə əməkdaşlığını tələb edir. Məlumdur ki, Yer Kürəsi təbil sərvətlərlə kifayət qədər zəngindir və onda yaşayan insanların intelektual səviyyəsi çox yüksəkdir. Qarşılıqlı anlaşma və sülh şəraitində dünya ölkələrinin iqtisadi-mədəni əlaqələri, planetimizin bütün insanları üçün normal yaşayış şəraiti yaratmağa qadirdir.
Şərq ölkələrində təsərrüfat həyatının müxtəlif sahələrinin meydana çıxıb inkişaf etməsi, əmək bölgüsünün genişlənib dərinləşməsi, iqtisadi əlaqələrin böyük vüsət alması, bazarların yaranması, metal pulların kəsilib dövriyyəyə buraxılması, başqa ərazı və ölkələrlə ticarət münasibətləri, şübhəsiz burada iqtisadi fikirin formalaşmasına əlverişli zəmin hazırlanmışdır.
Qədim Şərqdə iqtisadi fikir və təlimlərin formalaşması prosesi öz əksini:
Misir papirus yazılarında (e.ə. II-III minillikdə),
Şumerlərin daş və kərpiç üstü yazılarında (e.ə. IV-III minilliklərdə),
Babolistan hökmdarı Xammurapinin daş üzərindəki mixi yazılarında (e.ə. XVIII əsr),
Arthaşastra adlı sanskrit dilində yazılmış qədim hind traktatında (e.əv V-IV əsr),
İran ərazisindəki Bisinin qayalarına həkk olunmuş mixi yazılarda,
Orxon-Yenisey abidələrindəki yazılarda tapmışdır.
Əlbəttə, bu tarixi abidə və mənbələrdə müxtəlif dövrlərə aid, məlum və naməlum müəlliflərə məxsus iqtisadi fikirlər, bitqin sistem kimi deyil, dağınıq, səpələnmiş, yeri gəldikcə deyilmiş (yazılmış) şəkildə verilmişdir.
Lakin əhəmiyyətli cəhət ondan ibarətdir ki, həmin qədim ilkin mənbələrdə o dövrün iqtisadi vəziyyəti, təsərrüfat həyatının səciyyəvi cəhətləri, iqtisadiyyatın idarə olunması qaydaları təbii sərvətlərdən istifadə edilməsi, vergilər, sələmçilik, iqtisadi cəza tədbirləri, əhalinin yaşayış səviyyəsi, habelə gəlirləri haqqında qiymətli faktlar toplanmışdır.
Məsələn, Xammurapinin qanunlarında (arxeolofi qazıntılar nəticəsində 1901-1902-ci illərdə tapılmış və Parisin Luvr muzeyində saxlanır) xüsusi mülkiyyət, qul sahibinin qul üzərində ağalığı, dövlətin möhkəmləndirilməsi, əhalinin müxtəlif təbəqələrə bölünməsi, onların hüquq və vəzifələri dəqiq göstərilmişdir.
Dövlət, iqtisadiyyat və siyasət haqqında qədim Hindistanın böyük ədəbi abidəsi, habelə zəngin mənbələrindən birı sayılan — Artahaşastra traktatında ölkə əhalisi və onun 4 qrupu (kastası), qul üzərində sahibkarlıq, əkinçilik barəsində, sənətkarlıq, habelə ticarətlə bağlı məsələlərlə əlaqədar geniş məlumatlar öz əksini tapmışdır.
Azərbaycanda ilk iqtisadi fikir ünsürləri, hələ eramızdan əvvəl 1 minillikdə burada geniş yayılmış zərdüştlük dini, atəşpərəstlik ideyaları və müqəddəs kitab sayılan Avestapda tapmışdır.
Əsərdə qədim dövrün təsərrüfat həyatının müxtəlif sahə və cəhətləri, xüsusilə də əkinçilik, maldarlıq, bağçılıq öz dolğun əksini tapmışdır. Burada Şərq ölkələri üçün həlledici əhəmiyyəti olan suvarma məsələlərinə böyük diqqət yetirilmişdi. Kitabda əkinçiliyin o dövrdə oynadığı rol yüksək qıymətləndirilərək göstərilmişdi ki, ölkədə cxalqın xoşbəxtliyi bu mühüm peşədən asılıdırə. Ona görə də torpağı canlı bir varlıq kimi sevmək, xidmət etmək, becərmək, yüksək məhsul götürmək — müqəddəs işdir.
Eramızın V-VI əsrlərində məzdəkilər, VI-VI əsrlərdə xürrəmilər hərəkatında iqtisadi bərabərlik, ədalətli bödgü, başqalarının əsarətindən xilas olmaq ideyaları geniş yayılmışdı. Sonrakı dövrlər, islam dininin qayda-qanunlarının geniş yayılması, çarizm və bolşevik reyiminin əsarəti ilə bağlı olmuşdur.
Qeyd etmək lazımdır ki, min illər boyu davam etmiş qədim Şərqdə meydana çıxmış güclü imperiyalar, formalaşmış sivilizasiyalar, iqtisadi-mədəni sərvətlər obyektiv yaxud subyektiv səbəblər üzündən dağılmış, parçalanmış, iflasa uğrayaraq, məhv olub getmişlər. Lakin o sivilizasiyaların izləri və mədəni irsi, o cümlədən iqtisadi fikirləri, ideyaları, baxışları bizim günlərimizdə də maraq doğurur. Müasir iqtisad elmi, hazırda öz qarşısında duran mürəkkəb problemləri daha yaxşı dərk edib, gələcək iqtisadi-sosial inkişaf perspektivlərini aydınlaşdırmaq üçün bu irsdən yaradıcılıqla faydalanmalıdır.
Dostları ilə paylaş: |