İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Antik dünyanın iqtisadi ideyaları



Yüklə 88,08 Kb.
səhifə6/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   2   3   4   5   6   7   8   9   ...   35
iqtisadi təlimlər tarixi

Antik dünyanın iqtisadi ideyaları

Qədim Şərq ölkələrinin sivilizasiyası bir çox sahələrdə ılkın olduğu üçün, iqtisadi fikrin yaxud təlimlərin daha da ınkışaf edib irəliləməsi yolunda Avropa, xüsusilə də yunan mədəniyyətə təsir göstərilmişdir. Bu təsir, şübhəsiz qarşılıqlı zənginləşmə xarakteri daşısa da, lakın sözün əsl mənasında yunanlar, vaxtılə Şərqdə yüksəlmiş iqtisadi və mədəni həyatın davamçıları, habelə bacarıqlı yaradıcı xələfləri olmuşlar Mubalığəsiz demək olar ki, müasir bəşəriyyət əldə etdiyi mısılsız nailiyyətlər üçün yunan sivilizasiyasına. onun çöxcəhətli zəngin mədəni irsinə borcludur.
Yunan mütəfəkkirləri elmin bir sıra — fəlsəfə, ritorika, poeziya, dramaturgiya, heykəltaraşlıq, sənətkarlıq kimi sahələrində son dərəcə görkəmli nailiyyətlər qazanmaqla yanaşı, təsərrüfat həyatının, iqtisadiyyatın öyrənilib araşdırılması yolunda da yüksək intelekt, zəka, ağıl sahibi olduqlarını sübut etmişlər.
Ksenofontun (e.ə. 430-355-ci illər), Platonun (e.ə. 427347), Aristotelin (e.ə. 384-322) bir sıra əsərlərində (Oykonomiya, yaxud Ev təsərrüfatı, Dövlət, Politika, Afina siyasəti, Etika) iqtisadi fikirin — ictimai əmək bölgüsü, cəmiyyətdə təbəqələşmə prosesi, peşələr üzrə ixtisaslaşma, əkinçilik və bağçılığın səmərəliliyi, əmtəə-pul münasibətləri, sərvət və onun formaları, qiymət, sələm, rəqabət kimi iqtisadi kateqoriyalara dair dəyərli mülahizələr söylənmiş, mübahisəTər aparılmış, konkret fikirlər irəli sürülmüş, əməli tövsiyyələr verilmişdir.
Qədim dünyanın elm nəhənglərindən biri sayılan Aristotelin iqtisadi fikir tarixində ən böyük xidməti — əmtəənin hərtərəfli təhlilidir. O, ilk dəfə əmtəənin ikili xassəsini aydınlaş. dırmışdır. Aristotel əmtəənin istehlak dəyəri (faydalılığı) və mübadilə dəyəri (dəyəri, qiyməti) olduğunu göstərmiş, eyni zamanda müxtəlif məhsulların mübadiləsinin əsasında əmək sərfinin durduğunu təsəvvür edə bilmişdi. Onun əmək, dəyər, pul, qiymət, faiz, xüsusi mülkiyyətə dair qiymətli mülahizələri, sonrakı dövlətlərdə dünyada iqtisadi-nəzəri fikrin inkişafına öz güclü tə”sirini göstərmişdir.
Belə bir cəhət maraqlıdır ki, sanki gələcəkdə əmtəənin mübadilə dəyəri ilə istehlak dəyəri arasında iqtisadçılar arasında uzun sürən kəsgin mübahisələri duyan Aristotel, hələ 2300 il bundan əvvəl haqlı olaraq bildirmişdi: mübadilə əmtəə istehsalçılarının tələblərini tarazlaşdırır, lakin xərclərini yox! Bu fikirdən nəticə çıxarmaq mümkündür ki, ehtiyac qarşısında, müəyyən dəyər kəmiyyət olan əmtəəyə öz dəyərindən artıq qiymət qoyula və satıla bilər. Başqa sözlə, bu mübadilənin bərabərlik (ekvivalentlik) əsasında deyil, sırf subyektiv amil, yəni alıcı üçün faydalılığına görə baş tuta biləcəyinə arifanə bir işarədir.
Aristotelin pulun bərabərləşdirici ümumi ekvivalent rolu oynaması, qənaət rejimi, sələmçiliyin əleyhinə çıxaraq, — pul özü pul yarada bilməz, ona görə də borc pul üçün faiz almaq ədalətsizlikdir, — ideyası, qızıl orta hədd mövqeyi, dövlətin iqtisadi həyatda nisbətən məhdud rol oynamasına tərəfdar çıxması, insanların xüsusi mülkiyyət hüququnu müdafiə etməsi, onun iqtisadi görüşlərinin genişliyinə, fikirlərinin uzaqgörənliyinə dəlalət edir.



  1. Yüklə 88,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin