2. Şərq ölkələrində iqtisadi fikirlər və ideyalar. Ərəb mütəfəkkiri İbn Xəldun
Orta əsrlərdə Şərq ölkələrinin iqtisadi fikir və təlimlər tarixindən danışırkən, öz dövrünün böyük mütəfəkkirləri olmuş Nizamının, Nizammülkün, Nəsirəddin Tusinin, xüsusilə də İbn Xəldunun, habelə digərlərinin bütövlükdə əsərlərinə səpələnmiş ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqı motivlərin iqtisadi təlimlər baxımından öyrənilib qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
İbn Xəldun (1332-1406), həqiqətən dünya iqtisadi fikir tarixində xüsusi xidmətləri olan nadir şəxsiyyətlərdəndir. Avropa alimləri onu tarix filosofu və Şərqin Monteskyesi adlandırmışlar.
Bu böyük alımın mühüm elmi xidmətlərindən biri — cəmiyyətin keçdiyi tarixi inkişaf yolunun mərhələləri haqqında fikirləridir. O, həmin mərhələləri köcərilik, oturaq həyat və mədəniyyət kimi səciyyələndirmişdi. Eyni zamanda İbn Xəldun cəmiyyətin bu inkişaf mərhələlərini və onların bir-birini əvəzlənməsini əmək bölgüsü, məhsuldar qüvvələrin yüksəlişi ilə əlaqələndirmişdi.
O hesab edirdi ki, insan öz qabiliyyəti və təfəkkür tərzi sayəsində heyvanlar aləmindən ayrılaraq, təkamül yolu ilə irəliləyərək, sonrakı yüksək inkişaf mərhələsinə çata bilmişdir. İbn Xəldunun fikrincə, elm və müxtəlif sənətlər, peşələr insanların düşünüb yaratmaq qabiliyyətlərinin nəticəsidir.
İnsanların yaşayıb-yaratmaları üçün cəmiyyət, yaxud ictimai həyatın zəruri olduğunu qeyd edən müəllif, Aristotelin belə bir fikrinə istinad edirdi ki, cinsan öz təbiətinə görə siyasi bir varlıqdırə. Cəmiyyət halında birləşmiş insanların maddı nemətlər istehsal etmək üçün birləşərək, müxtəlif əmək alətlərindən istifadə yolu ilə fəaliyyətlərini zəruri hesab edərək, o yazmışdı ki, insanların yaşaması və təhlükəsizliyi, təbiətin nemətlərindən səmərəli faydalanmaları bunu tələb edir.
Orta əsr gerçikliyi şəraitində İbn Xəldunun sərbəst bazar, əmtə, dəyər, qiymət, rəqabət, tələb, təklif, ticarət, dövlət idarəçiliyi, pul, sərvət haqqındakı nəzəri fikirləri, iqtisadi təlimlər tarıxının dəyərli səhifələrini təşkil edir.
Mütəfəkkir alım, insanların ctəbii hüququ əsasında qurulmuş iqtisadiyyatada tərəfdar olmuşdu. O yazırdı: Əgər dövlət əkinçının, sənətkarın, tacirin, elm adamlarının təbi insanı hüququnu qorumasa, onlara sərbəst fəaliyyət göstərmək azadlığı yaratmasa, cəmiyyətin nizamı pozular, dövlət özü də məhv olmaq təhlükəsiylə qarşılaşar.
Alim belə bir cəhətə diqqət yetirmişdi ki, dövlətin və onun məmurlarının bilavasitə iqtisadi fəaliyyətlə məşğul olması, ölkə, habelə onun əhalısı üçün zərərli hal hesab edilə bilməz. Onun fikrincə, belə meyllər və yüksək vergilər qoyulması, tacirlərdən zorla bac-xərac alınması, son nəticə etibarılə tələblə-təklifin dinamikasına mənfi təsir göstərəcək, qazanc azalacaq, iqtisadi maraq aşağı düşəcəkdir.
Dostları ilə paylaş: |