Mövzu IV. Bazar münasibətlərinin yaranması dövrünün iqtisadi fikirləri Bazar münasibətlərinin formalaşması dövrünün ümumi ictimai-iqtisadi mənzərəsi
Merkantilist nəzəriyyələrin meydana çıxması və yayılması
Fiztokratların iqtisadi görüşləri
1. Bazar münasibətlərinin formalaşması dövrünün ümumi ictimai-iqtisadi mənzərəsi Ümumdünya təsərrüfat və ictimai-siyasi həyatında XVI əsrin sonu, XVII əsrin əvvəlləri yeni, böyük bir dövrün başlanğıcı kimi səciyyələnir. Sanki orta əsrlərin və feodalızmin dın, ətalət, mövhumat pərdəsinə bürünmüş ictimai-iqtisadi həyatı oyanmağa başlamış, özünü, habelə cəmiyyətdə baş verən mürəkkəb prosesləri daha obyektiv surətdə dərk etmyə başlamışdı.Bu ictimai-iqtisadi inkişaf meylləri ilk növbədə Qərbi Avropa ölkələrində başlanmışdı.
Böyük coğrafi kəşflər, əmtəə-pul münasibətlərinin inkişafı, ölkələr arasında əlaqələrin yeni mərhlyə daxil olması, ilkin kapital yığımı prosesi, müstəmləkə sisteminin yaranması, dünya bazarının formalaşması, gəmiçiliyin nailiyyətləri, beynəlxalq ticarət münasibətlərinin genişlənməsi, bu yeni dövrün əlamtdar cəhətləri olmuşdu.
Nəticədə xüsusi mülkiyyətin müxtlif formaları geniş yayılmağa başlamış, azad sahibkarlıq üçün daha əlverişli imkanlar açılmış, rəqabət mübarizəsi gündəlik təsarrüfat həyatına daxil olmağa haqq qazanmışdı.
Məhz belə bir iqtisadi mühitdə əmək bölgüsündə key. fiyyət dəyişiklikləri baş verərək o xeyli dərinləşmiş, istehsalın inkişafında manufaktura mərhələsi başlanmış, daxili-xarici bazarların həcmi və coğrafiyası genişlənmiş, təsərrüfat həyatında pul tədavülünün rolu əhəmiyyətli dərəcədə artmışdı.
Yeni yaranan və sürətlə inkişaf edən iqtisadi münasibətlər, bu sistemin araşdırılmasını, onun nəzəri-praktik məsələlərini öyrənməyi tələb edirdi.
Ona görə də XVII əsrə qədər ümumi şəkildə, müxtəlif elmlərin tərkibində inkişaf etmiş iqtisadi fikir, yaxud təlimlər tarixi, artıq müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdı. Bu elmin ilk mərhələlərindən biri — merkantlizm məktəbi olmuşdur.