İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Merkantalist nəzəriyyənin meydana çıxması və yayılması



Yüklə 88,08 Kb.
səhifə13/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
iqtisadi təlimlər tarixi

2. Merkantalist nəzəriyyənin meydana çıxması və yayılması
Merkantilist iqtisadi təlimliər məktəbinin nümayəndələri Qərbi Avropanın İngiltərə, İtaliya, Fransa, Rusiya kimi ölkələrində yaşayıb fəaliyyət göstərdiklərindən, şübhəsiz onların nəzəri baxışlarında konkret şəraitlə bağlı fərqlər olmuşdur.
Lakin merkantlistlərin bir sıra mühüm cəhətlərinin ümumiliyi, onların məhz bu məktəbin nümayəndələri olmalarını söyləməyə haqq verir.
Merkantilizm anlayışı, Qərbi Avropa dillərindən tərcümə olunduqda pul, ticarət, alverçi mənasını verir. Bu iqtisadi məktəbin formalaşması, ticarət kapitalının rolunun artdığı və ilkin kapital yığımı dövrünə təsadüf edir.
Onlar sərvətlə pulu eyniləşdirirdilər. Merkantristlərin fikrincə csərvət puldur, pul isə qızıl və gümüşdürə. Onlar deyirdilər ki, əmtənin dəyəri olmasına səbəb, pula satılması, yaxud pula alınmasıdır. Eyni zamanda göstərirdilr ki, ölkənin sərvətinin mənbyi - xarici ticarətdir.
Merkantilistlər iqtisadiyyatı bir sistem kimi deyil, onun yalnız əmtəə tədavülü dairəsini öyrənib tədqiq etmiş, habelə üstün tutmuşlar. XV-XVI əsr, yaxud ilkin, erkən merkantilizmin əsas müddəası ölkənin pul sərvətini artırmaq və cbalans nəzəriyəsib, yəni çox mal satıb, az şey almaqdır. Bunu monetar sistem də adlandırırlar.
XVI əsrin ikinci yarısı və XVII əsri əhatə etmiş sonrakı, son merkantlizmin başlıca ideyası — aktiv ticarət balansı, yəni ölkəyə ucuz xammaldan başqa digər əmtəələrin idxalını məhdudlaşdırmaq, eyni zamanda ixracın idxaldan artıq olmasını təmin etmək idi.
Merkantilizm iqtisadi təlimlər məktəbinin ingilis nümayəndələri arasında — Uilyam Stafford (1554-1612) və Tomas Men (1571-1641) xüsusi yer tutmuşlar.
U.Staffordun əsərlərində ölkədə cçəpərləməə siyasəti və onun nəticələri, qiymətlərin artması, balialıq, İngiltərədən pul axını kimi o zamankı təsərrüfat həyatı üçün son dərəcə ciddi məsələlər ətraflı təhlil olunmuşdu.
O, ölkəyə gəlmiş xarici tacirlərin buradan mal-əmtə deyil, pul aparmalarına, habelə İngiltərədən aparılmış xammaldan hazırlanmış məhsulların yenidən buraya qaytarılmasına qarşı çıxırdı. Eyni zamanda ölkənin qiymətli daş-qaşlarının, qızılgümüşdən hazırlanmış məmulatlarının xaricə aparılmasının məhdudlaşdırılmasını irəli sürürdü.
Ölkdə yerli sənaye sahələrinin inkişafına xüsusi diqqət yetirməyin vacibliyini qeyd edən müəllif, bu işdə dövlət tənzimlənməsinin müstəsna rolunu zəruri sayırdı.
T.Men tanınmış tacir, Ost-Hind kompaniyasının direktoru olmaqla yanaşı, həm də cticarət balansı nəzəriyyəsinin müəllifi kimi məşhurlaşmışdı. O, ölkənin təbii sərvətlərini və topladığı var-dövləti qiymətləndirsə də, lakin əsl sərvətin xarici ticarət vasitəsiylə qazanılan pul olduğunu sübut etməyə çalışmışdı. Eyni zamanda bu işdə ölkənin öz gəmilərindən istifadə edilməsinin zəruriliyini göstərmişdi.
Aktiv ticarət balansı tərəfdarı olan T.Men, sənətkarlığa himayədarlıq göstərilmsini, xarici xammaldan hazırlanmış məhsulların ixracından gömrük vergisi alınmamasını, pulun hərəkətdə (tədavüldə) sürətlə dövr etməsi zəruriliyini əsaslandırmağa çalışmışdı.
İtaliyalı merkantilistlər arasında bank sahibi Qaspar Skaruffi (1519-1584) və iqtisadçı Antonio Serra (1535-1612) fərqlənmişlər.
Q.Skaruffi 1582-ci ildə nəşr olunmuş cPul haqqında düşüncələrə əsərində, bütün Avropa dövlətlərini vahıd ümumı pul sistemi yaradaraq, qızılın gümüşə nisbətinin 1:12 kim müəyyənləşdirilməyi irəli sürmüşdü.
Avropa ölkələrində çəki və ölçüdə qızıl-gümüş pulların tədavüldə olması ticarət adamları üçün müxtəlif çətinliklər yaratdığından, bu məsələnin Q.Skaruffi tərəfindən qaldırılması təsadüfi sayıla bilməzdi.
Antonio Serra isə əsaslandırmağa çalışmışdı ki, ölkənin pul ehtiyatlarını artırmağın əsas yolu tarazlaşdırılmış ticarət balansıdır. Müxtəlif yollarla ölkəyə qiymətli metalların gətirilməsini bəyənən müəllif, bu işdə dövlətin mühüm rol oynaya biləcəyini göstərmişdi. O eyni zamanda siyasi amillərin və hakimin şəxsi nüfuzunun böyük rola malik olduğunu qeyd etmişdi.
Ölkənin təsarrüfat həyatında mühüm rol oynayan sənətkarları müdafiə edən A.Serra, onları əkinçilərdən daha üstün tutmuşdu.
O dövrdə, İtaliyanın ərazisinin parçalanmış vəziyyəti A.Serranı çıxış yolları axtarmağa vadar etmişdi.
Ölkəyə pul gətirilməsi və ölkədən pul çıxarılmasını normal hal kimi dəyərləndirən müəllif, göstərilən problemi pulun hərəkəti ilə yox, əmtəələrin hərəkəti ilə tənzimlənməyi irəli sürmüşdü.
Fransız merkantilistləri arasında Antuan Monkretyen (1575-1622) xüsusi bir yer tutur. Maraqlıdır ki, iqtisad elminə adı da məhz o vermişdir. A.Monkretyen qədim yunan sözləri olan - oykos (ev təsərrüfatı) və nomos (qayda, qanun) sözbirləşməsini, 1615-ci ildə nəşr etdirdiyi əsərinə başlıq seçərək, onu Siyasi iqtisad traktatı adlandırmışdı. Həmin ad uzun müddət iqtisadi nəzəriyyə elminin sinonimi kimi işlənmişdir.
O, ölkənin təsərrüfat həyatında tacirlərin rolunu yüksək qiymətləndirərək, olduqca faydalı bir sahədə fəaliyyət göstərdiklərini xatırlatmışdı
Pul həyatın və müharibənin nəbzidir, deyən , A .Monkretyen, qızılı colduqca güclü dəmirə kimi səciyyələndirmişdi. Ticarət adamlarının əldə etdiyi mənfəəti o, bu işdəki təhlükə və risk üçün bir mükafat saymışdı.
Eyni zamanda A.Monkretyenin iqtisadi baxışlarında belə məqamlara da rast gəlirik ki, o qızıl və gümüşə nisbtən yaşayış vasitələrinə (ərzaq, paltar) üstünlük vermişdi. Məsələyə bu cür yanaşma isə, şübhəsiz merkantlist düşüncə tərzindən çox uzaq idi.
Əkinci əməyi və zəhmətinə böyük rəğbətlə yanaşan müəllif, onları dövlətin ağırlığını daşıyan ayaqlarla müqayisə edərək, bu adamlar haqqında xüsusi qayğı göstərilməsini hakimiyyətə məsləhət görürdü.
Ölkədə hər cür narazılığın və etiraz çıxışlarının qarşısını almaq üçün A.Monkretyen əhalinin maddi vəziyətinin yaxşılaşdırılmasının zəruriliyini dönə-dönə qeyd etmişdi. O, insanların xoşbəxtliyi sərvətdə, sərvət isə əməkdədir — fikrini irəli sürərək, bu istiqamətdə dövlətin fəal rolunun xüsusi əhəmiyyətə malik olduğunu göstərmişdi.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin