2. Adam Smit - klassik iqtisad elminin banisidir. Adam Smit elm tarixinə cəmiyyətin və təsərrüfat həyatının inkişaf qanunlarını araşdıran, iqtisadi münasibətlərin mahiyyətini aydınlaşdırmağa səy göstərmiş böyük bir iqtisadçı kimi daxil olmuşdur.
Onun uzun illəri əhatə etmiş elmi-nəzəri müşahidələri, bizim günlərimizdə də öz aktuallığını qoruyub saxlamış Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında traktat (1776) kitabında əks olunmuşdur. Bu dahiyanə əsərin başlıca ideyası insanın iqtisadi azadlığı, onun sərbəst surətdə öz qabıliyyətlərini reallaşdıra bilməsidir.
A.Smit insan cəmiyyətinə mübadilə ittifaqı kimi baxaraq, bunun səbəblərini insanların təbiətində görmüşdü. O yazmışdı: Qəssabdan, çörəkçidən asılı olan naharımız, onların bizə olan xoş münasibətinin deil, xüsusi maraq və faydalarının nəticəsidir.
A.Smit ticarətə, mübadiləyə olan meyli insan təbiətinin əzəli və təbii əlamətlərindən biri hesab etmişdi.
Onun fikrincə, insanların iqtisadi fəaliyyət və əməllər nın başlıca amılı həmişə şəxsi, xüsusi maraqla bağlı olmuşdur. Bu maraq və ıqtısadı mənafe isə insanların istehsal etdik ləri müxtəlif təyinatlı məhsulları mübadilə etməklə, reallaşdırıla bilər. Məhz məhsulların və xidmətlərin mübadiləsi yolu ilə insanlar arasında yaşamağın zəruri şərtlərindən sayılan, iqtisadi münasibətlər yaranmış, habelə getdikcə inkişaf edərək təkmilləşmişdir.
A.Smit haqlı olaraq belə hesab edirdi ki, istehsalçılar, alıcılar və satıcılar arasında sərbəst rəqabət mühiti yaratmadan, iqtisadiyatın uğurlu inkişafını təmin etmək mümkün deyıldır.
Sərbəst iqtisadi fəaliyyətə tərəfdar olan muəllif, istər istehsal, istərsə də istehlak (ticarət) sahəsində hər cür inhisarçılığın, bazarda tək agalığın əleyhinə olmuşdu O yazırdı ki, bazarı görünməyən əl (tələb-təklif və rəqabət mənasında) idarə etdiyindən, dövlət bu işlərə qarışmamalıdır. Dövlətin vəzifəsi və borcu öz vətəndaşlarının həyatını, azadlığını, mülkiyyətini qorumaqdır. Həm də bu prinsip ayrı-ayrı qruplara, təbəqələrə deyil, bütün cəmiyət üzvlərinə aıd olmalıdır. Çünki, ölkədə təkcə varlıların, mülkiyyətçilərin, kapıtal sahiblərinin qorunub müdafiə edilməsi, lakin yoxsul və xırda sahibkarların unudulması yolverilməzdir... belə getsə, kapitalın həcmi (kəmiyəti) heç vaxt real tələbatın ehnyacları səviyyəsinə çatmayacaqdır.
A. Smitin iqtisadi nəzəriyyəsində sərvət və onun arunlması probleminə ciddi diqqət yetirilmişdır. O sərvətin əsasını əməkdə görmüş və xalqın həyat səviyyasının yüksəlməsinin mənbəyini, illik ümumi məhsul istehsalı ilə bağlamışdı
O yazırdı ki, cəmiyyətin illik məhsulunun həcmi və ümumi sərvəti 2 amildən: a) istehsalda çalışan işçilərin sayından, b) onların əmək mahsuldarlığından asılıdır Bu mühüm şərtlərin nisbətindən çıxan A.Smit göstərirdi ki, əmək məhsuldarlığı yüksək olan mədəni xalqlar daha çox sərvət yaradır və yaxşı yaşayırlar. Əksinə, əmək məhsuldarlığı aşağı olan xalqlar isə az məhsuldar əməkləri ilə kifayət qədər məhsul istehsal edə bilmədiklərinə görə pis yaşamağa məcburdurlar.
Təbii qiymət və onun fəaliyyət mexanizmini bazarın tələbi, habelə sərbəst rəqabətlə əlaqələndirən A.Smit yazırdı kı, bu orta bir kəmiyyətdir, ona görə də əmtəələrin qiyməti həmin səviyyəyə yönəlmişdir. O, eyni zamanda göstərmişdi ki, təbii qiymət... pozulduqda inhisar yaranır... inhisar qiyməti ən yüksək, təbii qiymə isə ən aşağı həddir.
A.Smitin nəzəri irsində kapital anlayışına, əsas kapitala (avadanlıq, bina, maşın, dəzgahlar), dövriyyə kapitalına, əmək haqqına, gəlirlərə, mənfəətə, pula, vergi problemlərinə böyük diqqət yetirilmişdir
O, pulun meydana çıxması və istifadəsinin bilavasitə əmək bölgüsünün nnkişafı, habelə mübadilə proseslərinin genişlənməsi ilə əlaqəlndirmişdi. A.Smitin pul haqqında fikirlərində ən qiymətli cəhət bundan ibarətdir ki, o pulu görkəmli adamların yaradıcılıq məhsulu, razılaşma sazişi kimi deyil, əmtəə kimi, lakin ümumi ticarət, mübadilə vasitəsi olan bir əmtəə kimi dəyərləndirmişdi.
Dövlətin müxtəlif xərclərinin ödənilməsi üçün vergilərin zəruri olduğunu qeyd edən müəllif, bu siyasət həyata keçirilərkən — vergilərin konkret müəyyənliyinə, mütənasibliyinə, rahatlığına, aşağı səviyədə olmasına diqqət yetirməyi vacib saymışdı.
Müxtəlif ölkələrin iqtisadçıları bu gün də A.Smitin zəngin elmi-nəzəri irsinə müraciət edərək, onun bir sıra ideyalarından faydalanırlar.