İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Mövzu VI. Klassik siyasi iqtisadın əleyhidarları



Yüklə 88,08 Kb.
səhifə18/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
iqtisadi təlimlər tarixi

Mövzu VI. Klassik siyasi iqtisadın əleyhidarları
1.İ. Xırda burjua iqtisadi təlimləri
a) S.Sismondi b) P.Prudon
2. Utopik sosialistlərin iqtisadi təlimləri
a) A.Sen-Simon b) Ş.Furye c) R.Oyen
3. Tarixi məktəbə nümayəndələrinin iqtisadi təlimləri

1. Xırda burjua iqtisadi təlimləri
Xırda buryua iqtisadi təlimləri, yaxud romantik iqtisadi cərəyan XIX əsrin əvvəllərində Qərbi Avropa ölkələrində meydana çıxmışdır. Sonralar bu iqtisadi təlimlərin müxtəlif ideyaları dünyanın başqa ölkələrinə, o cümlədən ABŞ və Rusiyaya da yayılmışdır.
XIX əsrin 30-50-ci illəri İngiltərədə fəhlələrin yeni texnika və dəzgahların istehsal proseslərinə tətbiqinə qarşı kütləvi çıxışlar (luddistlər hərəkatı), çartizmin genişlənməsi, Fransada Lion üsyanı, nəhayət 1848-ci il inqilabı, habelə onun Avropa ölkələrində əks-sədası, iqtisadi nəzəriyyədə kapitalizmin təbiəti, inkişafı, gələcəyi haqqında klassik məktəbin A.Smit, D.Rikardo kimi görkəmli nümayəndələrinin təlimlərinin tənqidi üçün əlverişli bir zəmin yaratmışdı.
Öz fikir və ideyalarını kapitalizm cəmiyyətinə iqtisadi sistem kimi əbədi haqq qazandıran klassik məktəb nümayəndlərini, habelə yaşadıqları quruluşun nöqsanlarını tənqid edən xırda burjua iqtisadi nəzəriyyəçiləri ziddiyyətli bir mövqedə? çıxış edirdilər. Onlar həm kapitazim cəmiyyətinin xırda burjuazıyanın mənafeyinə cavab verməyən xüsusiyyətlərini kəsgin tənqid edir, həm də onun əsaslarını və ilk növbədə xüsusi mülkiyyəti müdafiə edirdilər Bu nəzəriyyənin tərəfdarları yaşadıqları cəmiyyətin nöqsanlarını görüb tənqid etsələr də, lakın həmin ziddiyyətlərin mahiyyətini tədqiq edə bilməmiş və ən başlıcası isə bunların həlli üçün təsirli vasitələr axtarıb, yeal tədbirlər irəli sürə bilməmişlər.
Xırda buryua iqtisadi təlimlər cərəyanının baniləri Simond de Sismondi (1773-1842) və Pyer Jozef Prudon (18091865) olmuşlar.
Prudon və Sismondinin ideyaları Rusiyada xalqçılar, habelə digər Şərq ölkələrində (məsələn Hindistanda M Qandi tərəfmdən) yerli konkret şəraiti nəzərə almaqla kapitalist munasibətlərinin həmin ölkələrdə inkişafına qarşı mübarizədə istifadə edilmişdi.
Lakin bu romantik iqtisadi təlimlərin" müsbət və aşkar humanist cəhətlərinə baxmayaraq, tarixi inkişafın nə qədər ziddiyətli olsa da, irəliləyişinin istiqamətləri düzgün dərk edilməyindən, uğur qazana bilməmişlər. Onların daha ədalətli bir iqtisadi-sosial quruluş yaratmaq yolundakı çağırış və səyləri, bəzən iqtisadi-nəzəri təlimlər çərçivəsi hüdudlarından kənarlaşsa da, lakin bu elmin inkişafında mühüm rol oynamışdır.
Bu iqtisadi təlimin yaradıcılarından sayılan S.Sismondi, özünün iqtisadi baxışlarını bir sıra əsərlərində şərh etsə də, onun başlıca kitabı — Siyasi iqtisadin yeni başlanğıcı, yaxud sərvət və onun əhali artımına nisbəti haqqında sayılır.
O, əvvəllər A.Smitin iqtisadi ideyalarının böyük təsiri altında olsa da, lakin sonralar özünün müstəqil iqtisadi baxışları sistemini yaradaraq, müxtəlif iqtisadi məsələlərə dair xüsusi mövqeyini irəli sürmüş və təlimlər tarixində yeni bir cərəyanın — İqtisadi romantizmin əsasını qoymuşdur. Kapitalizm cəmiyətinin ədalətsizliyinə qarşı mövqeyini özünün belə bir fikrində aydın ifadə etmişdir: Necə? Sərvət — hər şeydir, insanlar isə heç nə? Belə bir haqsızlığı aradan qaldırmaq üçün o, təkcə istehsalı genişləndirməklə kifayətlənməyib, bazar, istehlak, əhalinin gəlirlərinin yüksəldilməsinin zəruri olduğunu irəli sürmüşdü.
Sismondi klassik iqtisadi nəzəriyyənin kapitalizm cəmiyəti, onun mütərəqqi cəhətləri, meylləri, gələcəyi haqqında fikirlərini kəsgin tənqid etmişdir. O, kapitalist yığımının xırda buryuaziya üçün zərərli olduğunu göstərmiş, bu prosesin ziddiyyət və çətinliklərinin gətirdiyi bəlalara cəmiyətin diqqətini cəlb etməyə çalışmış, istehsalla istehlak arasındakı uyğunsuzhuğu ciddi tənqid etmişdir.
Sismondi iqtisadi nəzəriyyə tarixində ilk dəfə — 1819-cu ildə kapitalizmdə iqtisadi böhranların qaçılmaz labüdlüyü haqqında nəticəyə gələrək yazmışdı: Xalqlar ziddiyyətli görünən təhlükə ilə üzləşmişlər... Onlar ifrat çox xərcləməkdən də və ifrat az xərcləmkdən də müflis ola bilərlər... — yəni cəmiyyətdə ifrat, artıq istehsal, habelə həddsiz, qədərsiz istehlak prosesləri böhran yarada bilər.
O, sərvətin və xüsusi mülkiyyətin tərəfdarı olub, cəmiyyətin dayağını xırda istehsalçılarda, sənətkarlarda görmüş, iri maşınlı sənayenin əleyhinə çıxmış, daxili bazarın tədricən həcminin məhdudlaşacağını düşünmüş, xarici bazarın isə ölkələr arasında yaranacaq kəsqin rəqabət nəticəsində ciddi çətinliklərlə üzləşəcəyini söyləmişdi.
P.Prudon və onun ideyalarının davamçıları olan prudonçular, iqtisadi təlimlər tarixində xırda buryua sosializmi və anarxizmin təmsilçiləri kimi xüsusi bir cərəyandır.
P.Prudonun bəşər cəmiyyətini iqtisadi inkişaf qanunauyğunluqları və meylləri əsasında deyil, əbədi ədalət prinsipi ilə qurmaq, dövləti ləğv etmək, müxtəlif sinif, habelə təbəqələrin əməkdaşlığını tə”min etmək, xalq bankı yaradaraq əvəzi ödənilmədən kredit paylamaq, pulu aradan göt ürmək kimi real gerçəkliklə uyuşmayan romantik fikirləri öz əksini - İqtisadi ziddiyyətlər sistemi, yaxud fəlsəfə yoxsulluğu, Fəhlə sinifinin siyasi bacarığı haqqında, Mülkiyyət nədir?, habelə digər əsərlərində tapmışdır.
Mülkiyyəti oğurluq, talan və qarət kimi səciyyələndirən müəllif hesab edirdi ki, ctəbiətə və şüura zidd olan mülkiyyət məhvə məhkumdurə. P.Prudon mülkiyyətin mövcudluğunu zorakılıq və yalanla bağlayaraq, yalnız xırda mülkiyyətçilərin bu hüquqa malik olduqlarını qəbul etmişdi. O, cəmiyyəti iri kapitalistlərsiz, müasir texnikasız, yalnız sərbəst əmtəə istehsalçıları olan xırda buryuaziya və sənətkarlardan ibarət hesab edirdi.
Dövləti və hər sür hakimiyyəti iqtisadi gücün anarxiyası (özbaşınalığı) adlandıran P.Prudon, eyni zamanda cəmiyət həyatında ticarətin rolunu həddsiz dərəcədə şişirdərək, onun yaradıcı əmək olduğunu, istehlakın hərəkətvericisi rolunu oynadığını söyləyirdi.
Onun fikrincə, insan cəmiyətinin malik olduğu bütün nemətlər və sərvətlər insanlar arasında yaxşılığı, habelə bərabərliyi həyata keçirmək üçün yaradıldığı halda, əksinə alınmışdı. Deməli, o öz romantik iqtisadi ideyalarını — xırda təsərrüfatlar, istehsalçıların sərbəstliyi və bərabrliyi əsasında reallaşdırmağa səy göstərmişdi.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin