İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Tarixi məktəb nümayəndələrinin iqtisadi təlimləri



Yüklə 88,08 Kb.
səhifə20/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
iqtisadi təlimlər tarixi

3. Tarixi məktəb nümayəndələrinin iqtisadi təlimləri
Tarixi məktəb adı ilə tanınmış iqtisadi təlim və baxışlar, XIX əsrin ortalarında Almaniyada nəzəri bir cərəyan kimi meydana çıxıb formalaşmışdır. Bu iqtisadi cərəyanın F.List, V.Roşer, B.Hildebrant, K.Knis və sonralar yaranmış yeni tarixi məktəbin - Q.Şmoller, L.Brentano, K.Byuxer, A.Vaqner, V.Zombart kimi nümayəndələri klassik iqtisadi nəzəriyənin əsas prinsiplərinə qarşı çıxmışlar.
Bu müəlliflər öz əsərlərində müxtəlif şəkildə sübut etməyə çalışmışlar ki, kapitalist istehsal üsulu əbədidir, istehsal proseslərində istismar yoxdur, ümumi iqtisadi qanunlar mövcud deyildir, hər bir ölkənin özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri vardır, iqtisad elmi milli iqtisadiyat adlı yeni nəzəriyyə ilə əvəz olunmalıdır və s. Tarixi məktəbin banisi sayılan F.List (1789-1846) özünün Siyasi iqtisadın milli sistemi adlı əsərində göstərmişdi ki, müxtəlif ölkələrin iqtisadiyatı özünəməxsus qanunlarla inkişaf etdiyinə görə, bütün ölkələr üçün vahid siyasi iqtisad ola bilməz. Onun fikrincə, hər bir ölkənin öz milli siyasi iqtisad sistemi olmalıdır. Ölkənin yüksəlişini məhsuldar qüvvələrin inkişafı ilə bağlayan F.List, bu tərəqqini mövcud maddı və mədəni imkanlarının birliyində, xüsusilə elmin, əqli, zehni kapitalın aparıcı rolunda görmüşdü.
O, millətin iqtisadi-sosial inkişaf yolunu, — vəhşilik, çobanlıq, əkinçilik-manufaktura, öəkinçilik-manufakturaticarət kimi 5 mərhələyə ayırmışdı. Bu mərhələlərin xüsusiyyətlərinə uyğun da iqtisadi siyasətin həyata keçirilməsi, klassik iqtisadi məktəbin ümumi inkişaf qanunauyğunluqları prinsiplərinə qarşı yönəlmişdi.
Dövlətin fəal iqtisadi siyasətini və xarici ticarət sahəsində himayəçilik səylərini müdafiə edən müəllif, əsaslandırmağa çalışmışdı ki, belə bir xətt, şübhəsiz milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin əlaqələndirilmiş uzunmüddətli inkişafını təmin edə bilər.
Bu məktəbin görkəmli nümayəndəsi sayılan V.Zombarı (1863-1941) Müası kapitalizm, Alman sosializmi və digər əsərlərində tarixi, habelə abstrakt (mücərrəd) metodların birgə tətbiqi yolu ilə kapitalizm cəmiyyətinin inkişafını erkən, inkişaf etmiş, gecikmiş kimi mərhələlərə ayıraraq tədqıq etmişdir. O, iddia edirdi ki, kapitalist iqtisadiyatının böhransız inkişafı mümkündür. O eyni zamanda kapitalist istehsalının planauyğun surətdə inkişafı perspektivlərini mümkün saymışdı. Sosial plyuralizm əsərində, yeni yaranmış təsərrüfat formaları ilə yanaşı, köhnə təsərrüfat formalarının da yaşayıb fəaliyyət göstərməsi məli sürülmüşdü Belə bir cəhət xususi maraq doğurur kı, V.Zombart orta əsrlərdə mövcud olmuş kəndli, biyar, mülkədar, şəhər təsərrüfatının, kapitalizm şəraitində də davam edəcəyini əsaslandırmağa çalışmışdı. Bu fikirlər bəsit şəkildə olsa da, hazırda dünya təsərrüfat həyatında geniş yayılmış və real perspektivləri olan qarışıq iqtisadi sistemin fəaliyyəti ilə səsləşir.
Tarixi məktəbin hər iki istiqamətini səciyyələndirən xüsusiyyətlərdən ən başlıcası, onların klassik siyasi iqtisadı və onun tərəfdarlarını ayrı-ayrı ölkələrin milli inkişaf xüsusiyətlərini, nəzərə almayan kosmopolitizm meyllərində günahlandıraraq, habelə bu elmin nəzəri prinsiplərini, təhlil metodlarını rədd edərək, onu xalq təsərrüfatı tarixi, yaxud iqtisadı tarixlə əvəz etməyi əsaslandırmağa çalışmaları olmuşdu.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin