2. Utopik sosialistlərin iqtisadi təlimləri
Utopik sosializmi və onun nümayəndələrindən söhbət getdikdə, ilk növbədə onun Qərbi Avropa ölkələrindəki SenSimon, Şarl Furye və Robert Ouen kimi nümayəndələri gözlərimiz önündə canlanır. Onlar ictimai-sosial inkişaf və bu mürəkkəb prosesin hərəkətverici qüvvələrinin qanunauyğunluqlarını bilmədən, cəmiyyətin köklü surətdə dəyişdirilməsi haqqında müxtəlif arzu xarakterli layihələr irəli sürmüşlər.
Sen-Simon (1760-1825) klassik iqtisadi nəzəriyəçilər. dən fərqli olaraq, kapitalizmin tarixi, yaxud keçici xarakter daşıdığını göstərmiş, mülkiyyətin cəmiyyət həyatında əsas olduğunu söyləmiş, sinifli cəmiyyətlərdə onlar arasında mübarizə getdiyini etiraf etmiş, lakin onun dağıdıcı qüvvə hesab etdiyi inqilab yolu ilə dəyişdirilməsini qəbul etməmişdir. Eyni zamanda o, cəmiyyətin tarixi inkişaf prosesinin səbəblərini araşdırmağa çalışaraq, onun keçmiş ləkələri ilə gələcək toxumlarını bir-biriylə qatıb-qarışdırmamağı vacib saymışdı. Cəmiyətin keçmişi ilə onun gələcəyi arasındakı ziddiyyətli məqamları özünəməxsus utopik yollarla həll etməyə çalışan müəllif, Avropa cəmiyyətini düşdüyü dəhşətli böhrandan, daha mütəşəkkil ictimai idarəçiliklə xilas etməyə çalışmışdı.
O, bazar iqtisadiyyatı (kapitalizm) şəraitində hökm sürən istehsal hərc-mərcliyi, fərdiyyətçiliyi, xudnəsəndliyini bəla kimi səciyyələndirmişdi.
Sərvətlə öyünməyi milli xəstəlik adlandıran Sen Simon, mədəniyyətin mövcud mərhələsində dövlətin hərbiçilər, hüquqşünaslar, avara mülkiyyətçilərin əlində olmasını qeyri-təbii saymışdı. Onun fikrincə, ölkə onu bataqlıqda saxlamağa çalışan 30 min tüfeyli itirsə peşman olar, lakin 3 min alim, mühəndis, əkinçi, sənətkar, dənizçi itirərsə fəlakət baş verər.
Sen-Simon cəmiyyətin gələcəyini sənaye əsasında qurulmuş, müxtəlif, siniflərin əməkdaşlığı təmin olunmuş, hər kəs qabiliyyətinə uyğun təmin edilmiş, ictimai mənafe şəxsi mənafedən yüksək tutulmuş, azadlıq və iqtisadi sərbəstlik bərqərar olmuş bir səviyədə görməyi arzulamışdı.
Şarl Furye (1772-1837) yaşadığı cəmiyyətin bütün bəla” larını yaxından müşahidə etmiş bir adam kimi, bəşəriyyəti xoş gələcəyə qovuşdurmaq arzusu ilə yaşayıb çalışmışdır. O, əsl sosialist kimi əmtəə-pul münasibətlərinin hökm sürdüyü kapitalizm cəmiyyətini bəyənməmiş və onun inqilablar yolu ilə dəyişdirilməsinə mənfi yanaşmışdır. Ş.Furyenin fikrincə, cəmıyətdə baş vermiş inqilablar, adətən varlıların talan edilməsi və araqızışdıranların sərvət sahibi olmaları ilə nəticələnmişdir.
Xüsusi mülkiyyətin hərc-mərcliyə, rəqabətin isə cticarət feodalizmiə adlandırdığı inhisarçılığa apardığını göstərən müəllif, cəmiyyətin ədalətli gələcəyini — ictimai mülkiyyətdə görmüşdü.
Onun Dörd hərəkət və ümumi talelər nəzəriyyəsi, Yeni sənaye və ictimailik aləmi adlı əvəzlərində burjua cəmiyyətinin kəsgin tənqidi verilmiş, kapitalist üsulunun gələcəyi olmadığı göstərilmiş və yeni bir quruluşun gələbəsinə qəti inam ifadə olunmuşdu.
Ş.Furye bəşər tarixini vəhşilik, barbarlıq, patriarxal, mədəniyyət kimı 4 dövrə bölmüşdü. Kapitalizmi mədəniyət dövrünə aid edən müəllif, eyni zamanda onun çıxılmaz dairə içərisində hərəkət etdiyini göstərmişdi. O yazırdı ki, cahəngdar cəmiyyətə yaranana qədər bəşəriyyətin bəlaları davam edəcəkdir.
Ş.Furyenin belə bir fikri də maraqlıdır ki, hər cəmiyyət öz yerini daha mütərəqqisinə verməklə bərabər, keçmişin qalıqlarını (ləkələrini) hələ bir müddət saxlayacaqdır. Deməli, həyatda xalis cəmiyyət ola bilməz.
Kapitalizmdə hökm sürən fərdiciliyin əksinə olaraq o, gələcək yeni cəmiyyətin hüceyrəsini cfalanqap adlandırdığı kollektiv təsərrüfat formasında görmüşdü. 1500-1800 nəfərdən ibarət hər bir falanqa öz istehsalını və idarəciliyini təşkil etməli idi. Ş.Furyenin fikrincə, burada tətbiq və təşkil olunan əmək, ən yüksək məhsuldarlığı təmin etməli idi.
O, varlıları təklif etdiyi yeni ictimai dünyanı ləngimədən qürmağa çağırsa da, özü ömrünün sonuna qədər bu cür xeyirxah adamları gözləməli olmuş və xoş arzuları, ideyaları utopiya olaraq qalmışdır.
Robert Ouen (1771-1858) böyük ürək sahibi kimi özünün bütün maddi imkanlarını və intelektual bacarığını insanların güzaranını yaxşılaşdırmaq üçün gələcək xoşbəxt cəmiyyət qurulması arzusunun reallaşdırılmasına sərf etmişdi.
Onun yaşadığı dövr istehsal və xidmət dairəsində böyük texniki dəyişikliklərlə səciyyələnsə də, lakin əhalinin qütbləşməsi, habelə iri varlı kapitalistlər lə yoxsul proletar kütlələri arasındakı ziddiyyətlərin kəsginləşməsi ilə səciyyələnmişdi.
R.Ouen iri müəssisə sahibi kimi əməli fəaliyyətə keçərək, fəhlələr üçün daha rahat iş və məişət şəraitı yaratmağa nail olmuşdu. Başqa müəssisələrdən fərqli olaraq burada iş günü 10 saat idi Müəssisənin nəzdində körpələr evi və uşaq başqaları təşkil olunmuş. bazara nisbətən ucuz qiymətlə ücarət obyektləri açılmış, xəstələrə yardım kassaları fəaliyyətə başlamışdı.
Onun uşaqlara və gənclərə iş yerində müəyən güzəştlər edilməsinə dair ölkə parlamentinə təqdim etdiyi Qanun layihəsi xeyli dəyişdirilsə də, hər halda qəbul olunmuşdu.
İlk vaxtlar xeyirxah kapitalist kimi fəaliyyət göstərmiş R.Ouen, sonralar cəmiyyəti köklü surətdə dəyişmək zəruriliyi ideyaları ilə çıxış etdikdə, ciddi maneələrlə rastlaşdı. Xüsusi mülkiyyyəti, dini, mövcud ailə qurmaq qaydalarını cəmiyətin üç bəlası kimi tənqid edib, kapitalizm quruluşunu ictimaiyyət əleyhinə olan ağılsız və qeyri-səmərəli cəmiyyət kimi səciyyələndirdikdən sonra, o rəsmi cəmiyyət tərəfindən qəbul olunmamışdı. Bir müddət ABŞ-da yaşayıb kommunist icmaları yaratmaq səyləri boşa çıxdıqdan sonra yenidən İngiltərəyə dönərək, öz fəaliyyətini daha 30 il davam etdirmişdir.
Dostları ilə paylaş: |