Mövzu V. Klassik siyasi iqtisad məktəbinin formalaşması 1. Klassik iqtisadi məktəbin meydana çıxmasının tarixi şəraiti
2. Adam Smitklassik iqtisad elminin banisidir
3. David Rikardonun iqtisadi görüşləri
1. Klassik iqtisadi məktəbin meydana çıxmasının tarixi şəraiti Klassik iqtisad elmi ilk dəfə İngiltərədə meydana çıxaraq formalaşmış və bu məktəbin davamçıları tərəfindən inkişaf etdirilərək, Qərbi Avropa, habelə dünyanın bir sıra ölkələrinə yayılmışdır.
Klassik (latınca — classicus, yə”ni ən nümunəvi) iqtisadi nəzəriyyə elminin məhz İngiltərədə yaranması təsadüfi deyildi. Çünki bu nəzəriyyənin formalaşdığı XVII-XVIII əsrlərdə İngiltərə, Avropanın ən yüksək inkişaf etmiş sənaye ölkəsi sayılırdı.
XVIII əsrin 60-cı illərindən başlanmış sənaye çevrilişi və bu prosesin elm-texnika, texnologiya, istehsalın yeni, daha mükəmməl bazası, ölkədə əl əməyinə əsaslanan manufakturalardan fabrik-zavod sənayesinə keçməyə imkan yaratdı.
Sənayedə başlayan ınqılabi dəyişikliklər (buxar eneri)isindən istifadə, yeni dəzgah və avadanlıqların hazırlanması, digər elmi-texniki yeniliklər) İngiltrə iqtisadiyyatının nəqliyyat, kənd təsərrüfatı, ticarət, xidmət kimi sahələrində də sözün əsl mənasında sıçrayışlı irəliləmələr yaratmışdı.
Belə bir tarixi şəraitdə, təsərrüfat həyatının təcrid olunmuş şəkildə, məsələn merkantilistlərin ticarəti və fiziokratların torpağı tədqiq edib öyrənmələri metodu özünü doğrulda bilməzdi. Cəmiyyətdə və iqtisadiyyatda gedon köklü dəyişik liklər, ölkənin təsərrüfat həyatının bütöv tam bir sistem halında öyrənilməsini tələb edirdi.
Dövrün ehtiyac və tələblərindən doğan yeni iqtisad elmi, yaxud klassik iqtisad məktəbi, habelə onun Uilyam Petti (1623-1687), Adam Smit (1723-1790), David Rikardo (1772 1823) kimi görkəmli nümayəndələri, hələ qədim zamanlardan başlamış iqtisadi biliklər təməlində, bütövlükdə iqtisadiyyatı elmi-nəzəri öyrənmə, təhlil, tədqiqat obyektinə çevirdilər.
Yeni, klasik iqtisad elminin əsaslarının yaradılmasında U.Petti həqiqətən mühüm yer tutaraq, onun banisi sayılır. O, cəmiyyətin sərvətinin mənbəyini merkantilistlərdən fərqli olaraq tədavül sahəsində devil, istehsalda görmüşdü U Petti əmək dəyər nəzəriyyəsini əsaslandıran ilk iqtisadçıdır. Sərvətin atası əmək, anası isə torpaqdır aforizmi ona məxsusdr. U.Petti hər hansı bir istehsal prosesində 4 amilin - torpaq, əmək, işçinin peşə-ixtisas bacarığı, əmək vasitələrinin iştirakı sayəsində məhsulların hazırlanması və cəmiyyətin sərvətinin yaradıldığını qeyd etsə də, əmək-torpaq amillərinə üstünlük vermişdir.
U.Petti Vergilər və rüsumlar haqqında traktat (1662), Müdrüklərə söz (1664), İrlandiyanın siyasi anatomiyası (1672), Siyasi hesab (1676), Pul haqqında düşüncələr (1682) kimi əsərlərində, özünəməxsus bir yanaşma təhlil üsulu, habelə metodologiya ilə iqtisadi hadisələrin mahiyətini izah etməyə çalışmış, əmtəənin dəyərini ona sərf edilmiş əməklə müəyyənləşdirmiş, əmək haqqının minimum tələblərə uyğun olmasını əsaslandırmış, torpağın qiyməti, torpaq rentası haqqında maraqlı fikirlər söyləmişdir.
Onun, Vergilər və rüsumlar haqqında traktatə adlı əsərində vergilərin mənbələri, habelə cəmiyyət həyatındakı rolu açıqlanaraq göstərilmişdir ki, onun fikirlərinin təkcə bir ölkə üçün deyil, başqa ölkələr üçün də əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onlardan faydalanmaq, yaxud cdəmiri isti-isti döyməkə lazımdır.
Pul tədavülünün dövlət tərəfindən tənzimlənərək, ona nəzarət edilməsini irəli sürən müəllif, tədavüldə çox pul olmasının əleyhinə çıxmışdı. O yazırdı ki, pul yağa bənzəyir, yağ hər bir orqanizmə lazımdır, lakin onun artıqlığı — xəstəlikdir.
Eyni zamanda milli gəlirin hesablanması və onun csiyasi hesab?) adlandırdığı iqtisadi statistikanın yaradılmasında da müəyyən rolu olmuşdur. Təsadüfi deyildir ki, K.Marks iqtisadi nəzəriyyə və təlimlər tarixində U.Pettinin mövqeyini - siyasi iqtisadın atası, statistikanın ixtiraçısıə kimi səciyyələndirmişdir.