3. David Rikardonun iqtisadi görüşləri İngiltərədə baş vermiş sənaye çevrilişi və ölkəni dünya emalatxanasına çevirmiş böyük diəyişikliklər dövrünün yetişdirməsi olan David Rikardo, A.Smitdən sonra iqtisad elminin inkişafında ən sanballı xidmətləri ilə seçilən şəxsiyyətdir.
Bacarıqlı maliyyəçi və çevik iş adamı kimi tanınmış D.Rikardo, cəmi bir neçə il təhsil almasına baxmayaraq, öz dövrünün, habelə gələcəyin aktual problemləri ilə məşğul olmuşdur. O ölkənin siyası həyatında fəal iştirak edərək, parlamentə seçilmiş, lakın orada heç bir fraksiyaya qoşulmayaraq, təsərrüfat həyatının sərbəstləşdirilməsinə dair çıxışlar etmiş və 1821-ci ildə Londonda İqtisadi klub yaratmışdı.
Onun 1817-ci ildə nəşr olunmuş Siyasi iqtisadın və vergi qoyulmasının əsasları əsərində, iqtisad elminin pul tədavülü, kredit, vergilr, beynəlxalq əmək bölgüsü, dünya ticarti kimi məsələləri hərtərəfli təhlil olunmuşdur.
Bu kitabda müəllifin öz qarşısına qoyduğu məqsəd cəmiyyətin torpaq sahibkarları, kapitalistləri və fəhllən arasında sərvətin necə bölüşdürülməsini aydınlaşdırmaqdır. Eyni zamanda o izah etməyə çalışmışdır ki, bu 3 təbəqənin (sinifin) renta, mənfəət və əmək haqqı şəklində aldığı pay (sərvət), əməyin məhsuldarlığının artırılması səviyyəsinə necə təsir göstərə bilər.
D.Rikardonun iqtisadi təliminin mühüm cəhətlərindən birisi bundan ibarətdir ki, o əmtəələrin dəyərinə təkcə sərf olunmuş əməyi deyil, həm də istehsalda əmtənin hazırlanmasında iştirak etmiş kapitalı da daxil etmişdir. O göstərmişdir ki, əmtənin qiyməti, bütün bu xərclərin nəzərə alınması əsasında formalaşır. Əmtəənin dəyərini ifadə edən qiymət çoxlarının təsdiq etdiyi kimi tələblə təklifin nisbəti əsasında deyil, istehsal xərcləri ilə tənzimlənir... Əlbəttə, tələblə təklifin nisbəti müvəqqəti olaraq əmtəələrin qiymətinə təsir göstərə bilər. Deməli, belə nəticəyə gəlmək olar ki, qısa müddət üçün əmtəənin qiymətinə tələblə təklifin nisbəti, daha uzun müddət üçün isə istehsal xərcləri həlledici təsir göstərir.
Torpaq rentası haqqında nəzəriyyəsində D.Rikardo əmək dəyər prinsipini əsas götürmüş, lakın torpağın məhsuldarlığının aşağı düşməsi mövqeyində durduğu üçün, əkinçilik məhsullarının, xüsusilə də taxılın qiymətinin tədricən yüksələcəyi fikirini söyləmişdi.
O, kapital və mənfəət problemlərini izah edərkən göstərmişdi ki, kapital sərvətin istehsalda tətbiq edilən hissəsi olub, ərzaq, paltar, alət, xammal və materiallardan ibarət bir kompleks kimi əməyin hərəkətə gətirilməsini təmin edir. Onun əsərlərində kapital əsas və dövriyə kapitalına ayrılmışdı. O, eyni zamanda sahibkarların və iş adamlarının orta mənfəət normasının aşağı düşməyə meyilli olduğunu göstərmısdi Belə bir vəziyyətin istehsalın və əhalinin təchizatının pisləşəcəyi ilə nəticələnə biləcəyinə işarə edən müəllif, dövləti yığımı rəğbətləndirməyə çağırmışdı.
D.Rikardo da pulun əmtəə və mübadilə vasitəsi olduğunu söyləsə də, lakin onun mahiyyətini aça bilməmiş, habelə əmtəə nə üçün müəyən inkişaf mərhələsində pula çevrilir sualına doğru cavab tapa bilməmişdir. O həm də, belə hesab etmişdi ki, əmtəələrin qiyməti və qızılın dəyəri ölkənin tədavül dairəsindəki qızılın miqdarından asılıdır. Qızıl — puldur, amma pul hələ hökmən qızıl deyildir — hikməti də ona məxsusdur. O ölkədə kağız pulların buraxılmasını müdafiə edirdi, bu işlər üzərində dövlət nəzarəti olmasına tərəfdar çıxırdı. Eyni zamanda kağız pulların istənilən vaxt qızıla dəyişdirilməsinə zəmanət verilməsini irəli sürürdü. Lakin o, metal pullarla kağız pullar arasında fərq qoymuşdu. Qiymtlərin enibqalxmasını isə tədavüldə olan pul kütləsinin həcmi ilə əlaqələndirmişdi.
D.Rikardonun əmək haqqına dair fikirləri maraqlı, lakin ziddiyyətlidir. O, əməyi əmtəə kimi qəbul edərək, onun muzdlu əmək timsalında kapitalla mübadiləsinə təbii bir hadisə baxımından yanaşmışdı. Bu mübadilə, əmtəədə yığılmış (toplanmış) əməklə, işçinin bilavasitə əməyinin mübadiləsi. dir. Bu mövqedə, işçinin əməyi ilə onun iş qüvvəsi arasında fərq silinmişdir. Həm də kapitala hər hansı bir istehsal prosesinin maddi şərti, amili kimi deyil, yalnız toplanmış əmək kimi baxılmışdı.
D.Rikardo işçinin əmək haqqını onun minimum fiziolofi tələbatı səviyyəsində müəyənləşdirilmişdi. Nominal və real əmək haqqı, əməyin bazar qiymti haqqında fikir” yüyürdən müəllif, əmək haqqının artırılması prosesinin onların sayının artmasına, bu kəmiyt artımının isə son nticə etibarilə yoxsulluğa, əhalinin vəziyyətinin pisləşmsinə gətirib çıxacağını proqnozlaşdırırdı.
Xoşagəlməz bu mənfi halların qarşısını almaq üçün o, əhalının artımının azaldılmasını və ölkədə yığım prosesinin güclndirilməsini irəli sürmüşdü. Müəllif bu cəhətdən T.Maltusla eyni mövqedən çıxış edərək, İngiltərə hökumətinin yoxsullar haqqında qanununa öz münasibətini belə bildirmişdi: Bu qanun yoxsulları varlı etməyə yox, əksinə varlıları yoxsullaşdırmağa yönəlmişdir.
İqtisadi nəzəriyyə və təlimlər tarixində Sey qanunu kimi məşhur olan — istehsal özü özünə bazar yaradır tezisini müdafiə edən D.Rikardo, eyni zamanda artıq məhsul istehsalının vaxtaşırı böhranlar yaratdığını da göstərmişdi. O, böhranların səbəbini cəmiyətin iqtisadi resurslarının düzgün bölüşdürülməməsində görmüşdü.
Qeyd etmək zəruridir ki, D.Rikardo ölkənin daxili bazarı və ticarəti ilə, onun xarici iqtisadi əlaqələri arasında xeyli fərqli cəhətlərin olduğunu nəzərə çarpdırmışdı. O, müqayisəli üsütünlük prinsipinə əsaslanaraq, belə bir əmək bölgüsünün həm ixrac edən, həm də idxal edən ölkə üçün son nəticə etibarilə iqtisadi cəhətdən faydalı olacağını söyləmişdi. D.Rikardo beynəlxalq iqtisadi münasibətlərdə əlaqələri azad, qadağan rüsumları olmayan bir sistem kimi təsəvvür etmişdi, çünki gələcəkdə bütün sivilizasiyalı millətlərin bir ümumdünya təsarrüfatında birləşəcəklərini, yaxud müasir inteqrasiya və qloballaşma prosesləri baxımından yanaşsaq, vahıd dünya təsərrüfat sisteminin formalaşdığını müdriklərə xas olan uzaqgörənliklə proqnozlaşdıra bilmişdi.
Onun fikrincə, bu mütərəqqi meyllərə qarşı çıxmaq, şübhəsiz tədricən ölkəyə idxal olunan məhsulların qiymətini bahalaşdırır, əmək məhsuldarlığını aşağı salır, bütün dünyada istehsal sahələrinin daha səmərəli quruluşunun (strukturunun) formalaşmasına əngəllər törədir.
D.Rikardo klassik siyasi iqtisad elmi və nəzəriyəsinin sonuncu nümavəndəsi kmi bu təlimin varadıcılıqla zənginləşdirilməsində müstəsna rol oynamışdır. Siyasi iqtisad elmi və onun müxtlif problemləri ilə hərtərəfli məşğul olmaq, həqiqətən bu müdrik insanın ömürlük həyat işini təşkil etmişdir.