İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Mövzu IX. İqtisadi fikirin institusional-sosiolofi istiqamətləri



Yüklə 88,08 Kb.
səhifə27/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
iqtisadi təlimlər tarixi

Mövzu IX. İqtisadi fikirin institusional-sosiolofi istiqamətləri
1. İnstitusional-sosioloji istiqamətin meydana çıxması və ümumi səciyyəsi
2. Sosial-psixolofi istiqamət
3. Sosial-hüquqi istiqamət
4. Emprik, yaxud konyuktor-statistik istiqamət
5. Sosioloji istiqamət

1. İnstitusional-sosioloji istiqamətin meydana çıxması və ümumi səciyyəsi
İqtisadi təlimlər tarixində institusional-sosiolofi, yaxud institusionalizm XIX əsrin sonları və XX əsrin əvvəllərində meydana çıxmışdır. İqtisad elminin nəşəri, bir istiqaməti kimi XX əsrin 20-30-cu illərindən etibarən ABŞ-da geniş yayılmağa başlamışdır. Ölkənin iqtisadi problemlərinin həllini dövlətin siyasəti və rəsmi, habelə qeyri-rəsmi təşkilatların fəaliyyətləri ilə bağlayan bu elmi-nəzəri istiqamətin ideyaları, fikirləri geniş surətdə yayılaraq, özünə xeyli tərəfdarlar toplamışdır.
İnstitusionalizmin görkəmli nümayəndələri sırasında Torsteyn Veblen (1857-1929) Con Kommönos (1862-1945), Rolnald Kouz (1910), Uesli Mitçell (1874-1948), Con Helbreyt (1908), Yan Tinberqen (1903-1996) kimi iqtisadçıların adını çəkmək olar.
Bu nəzəri istiqamətin adı, latın dilindən institut sözündən götürülmüşdür, cəmiyyətdə möhkəmlənmiş müəyən adətlər, qayda-qanunlar, təsisatlar, təşkilatlar mənasında başa düşülür. Özü də bu ifadə həm rəsmi dövlət idarə orqanlarına, həm də qeyri-rəsmi təşkilatlara aid edilir.
İnstitusionalizmin meydana çıxıb formalaşması XIX əsrin axırı və XX əsrin başlanğıcında, sərbəst rəqabətə əsaslanan bazar iqtisadiyatının (kapitalizmin) öz inkişafının daha yüksək, inhisarçı mərhələsinə (imperializmə) keçməsi olmuşdur. Həmin mərhələdə baş verən proseslər və qarşıya çıxan iqtisadi sosial problemlər, cəmiyyətdə yaranmış yeni qüvvələr nisbəti baxımından bir sıra məsələlərin elmi-nəzəri cəhətdən dərk edilərək, ümumiləşdirilməsini irəli sürürdü.
Mürəkkəb və ziddiyyətli bir iqtisadi nəzəriyyə istiqaməti olan İnstitusionalizm nümayəndələrinin vahid ümumi mövqeləri olmamışdır Lakin qevd etmək lazımdir ki, ölkənin iqtisadiyyatına dövlət tərəfindən nəzarət olunub, onun tənzimlənməsi məsələsində, bu nəzəri istiqamətin tərəfdarları eyni fikirdə olmuşlar.
Digər ümumi oxşar cəhət isə, bu iqtisadi istiqamət nümayəndələrinin yaşadıqları bazar iqtisadiyyatı münasibətlərinin hakim olduğu cəmiyyəti ciddi tənqid etmələridir.
İqtisadi nəzəriyyəə dərsliyində göstərilir ki, institusionalizm iqtisadi nəzəriyyənin cəhəmiyyətli dərəcədə yenidən qurulması mərhələsinin başlanğıcı və ondan yeni tarixi şəraitə (azad rəqabətin məhdudlaşması, inhisarların hökmüranlığı, dövlətin rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoymuşdur).
Onlar cəmiyətin iqtisadi münasibətləri.ilə yanaşı, sosioloji münasibətlərin hərtərəfli öyrənilməsi zəruriliyinə diqqəti cəlb etmiş, iqtisadi nəzəriyyənin predmetinə siyasi və texniki amilləri də daxil etmiş, təsərrüfat subyektlərinin fərdi fəaliyyətini deyil, kollektiv institutların (dövlətin, həmkarlar təşkilatlarının, iri korporasiyaların, inhisarların) fəaliyyətini öytənməyi irəli sürmüşlər.
Bu istiqamətə mənsub olan iqtisadçılar, kapitalizmin təkamül yolu ilə təkmilləşməsi (transformasiyası), xalq kapitalizmi, cəmiyyətin inkişaf mərhələlərini yeni mövqelərdən müəyyənləşdirmək ideyalarını müdafiş etmişlər.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin