5. Sosioloji istiqamət II dünya müharibəsindən sonra institusional istiqamətin zəifləməsi prosesi nəzərə çarpsa da, lakin bir qədər başqa formada, Ç.Helbreytin sanballı tədqiqatlarında (Yeni sənaye cəmiyət, İqtisadi nəzəriyələr və cəmiyyətin məqsədləri) öz dolğun əksini tapmışdır. Onun iqtisadi-sosiolofi fikirləri bazar münasibətləri şəraitində texniki işçilərin, mütəxəssislərin roluna, idarəetmə məsələlərinə, maliyyə problemlərinə, ümumiyyətlə isə iri koorporasiyaların normal fəaliyyətinin təşkilinə həsr olunmuşdur.
Onun fikrincə, cəmiyyətin inkişafının” müasir mərhələsində istehsalın təşkilinin ən əlverişli və optimal forması iri koorporasiyalar, inhisar birlikləridir. Bu koorporasiyaların fəaliyyəti isə tədricən kapitalizmin csənaye cəmiyyətinəə və yeni sənaye cəmiyyətinəə çevrilməsini (transformasiyasını) təmin edəcəkdir. Müasir istehsal sahələrinin rəhbərliyinə texnokratların (texniki, səriştəli mütəxəssislərin) gəlməsi, şübhəsiz istehsalın gələcək yüksəliş persektivlərinə müsbət təsir göstərməlidir.
C.Helbreyt eyni zamanda iri koorporasiyalarda planlaşdırma ünsürlərinin zəruri olduğunu göstərmiş, sənaye cəmiyyəti reallığında bazar hərc-mərcliyi, rəqabət mübarizəsi və qiymət məsələlərinin əvvəlki dövrlərdən fərqli surətdə qoyulub həll edildiyini irəli sürmüşdü.
Eyni zamanda nnhisar birlikləri ilə dövlət arasında müəyən əlaqələrin olduğunu təsdiqləyən müəllif, iqtisadiyatın dövlət tərəfindən tənzimlənməsi ideyasını bəyənərək, bu istiqamətin zəruriliyini müdafiə etmişdi.
Onun fikrincə, hazırda cəmiyyətin gəlirlərinin bölgüsündə inqilabi dəyişiklər baş verdiyindən, tədricən bolluq cəmiyyəti və cümumi rifah dövləti formalaşmaqdadır. Bu mənada, o sərbəst rəqabət dövrlərinə yenidən qayıtmaq haqqında keçmiş nəzəriyyələri əsassız hesab etmişdi.
C.Helbreyt özünün irəli sürdüyü konvergensiya nəzəriyəsində, iqtisadiyyat və təsərrüfat həyatında müxtəlif iqtisadi sistemlərin, yaxud mülkiyyət formalarının qarışıq iqtisadiyyatı, formasında (tipində, şəklində) fəaliyyət göstərə biləcəyinə inanıb, bunu əsaslandırmışdır.