İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Keynisin ardıcılları və yeni keynsçilik ideyaları



Yüklə 88,08 Kb.
səhifə33/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   27   28   29   30   31   32   33   34   35
iqtisadi təlimlər tarixi

3. Keynisin ardıcılları və yeni keynsçilik ideyaları
Keynsin davamçıları, yaxud neokeynsçiliyin A.Hansen, R.Xarrod, E.Domar, C.Xiks, P.Samuelson, C.Robinson kimi nümayəndələri, bu nəzəriyyəni təkmilləşdirərək, daha da inkişaf etdirmiş, habelə onu yeni yaranmış iqtisadi dinamika nöqteyi-nəzərdən işləyib hazırlamışlar.
Həmin müəlliflər ilk növbədə diqqətlərini təsərrüfat həyatının ən aktual problemləri sayılan — iqtisadi tsikl və iqtisadi artım məsələlərinə yönəltmişdilər.
İqtisadi tsikl nəzəriyyələrindən biri, Keynsin nəzəri müddəaları əsasında meydana çıxmış akselerator (sürətləndırici) mexanizmi ilə zənginləşdirilmiş investisiya nəzəriyyəsidir.
Əgər multiplikator — gəlirin artımının investisiyaların artımına olan nisbətini göstərirsə, akselerator isə əksinə investisiyaların artımının gəlirlərin artımına təsirini göstərir.
Bu nəzəriyyənin yaradıcısı Harvard Universitetinin (ABŞ) professoru A Hansen (1887-1976) olmuşdur.
II dünya müharibəsindən sonra Qərb ölkələrində geniş yayılmış iqtisadi keynsçi nəzəriyyələrdən digəri — iqtisadi artım nəzəriyyəsidir. Həmin nəzəriyyənin müəllifləri - R.Xarrod (İngiltərə) və C.Domar (ABŞ) olmuşlar.
XX əsrin 70-ci illərinin sonlarından neokeynsçiliyi, postkeynsçilik əvəz etmişdir. Onlar müəyyən məsələlərdə keynsçiliyi tənqid etsələr də, lakin bütövlükdə Keynsin təlimindən imtina etməmişlər.
Postkeynsçi nəzəriyyədə əsas yeri iqtisadi artım və bölgü problemləri tutur.
Postkeynsçilərin fikrinə görə istehsalın artım sürəti milli gəlirin bölgüsündən, həmin gəlirin kəmiyyəti və onun artımı isə yığımdan asılıdır. Öz növbəsində yığımın ümumi kəmiyyəti əmək haqqı və əldə edilmiş mənfəətdən əmələ gəlir. Bu prosesdə yığıma meyllik, əmək haqqı və mənfəət əldə edənlərdə müxtəlif olduğundan, şübhəsiz bölgüdə baş verən real dəyişikliklər, yığımın ümumi məbləğinə öz fəal təsirini göstərəcəkdir.
Maraqlıdır ki, postkeynmçilər sələflərindən fərqli olaraq, müxtəlif islahat və dəyişikliklər yolu ilə kapitalist iqtisadi sisteminin dəyişdirilərək yeniləşdirilməsinə tərəfdar olmuşlar.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin