İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Mövzu X. İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi və keynsçilik



Yüklə 88,08 Kb.
səhifə31/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   27   28   29   30   31   32   33   34   35
iqtisadi təlimlər tarixi

Mövzu X. İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi və keynsçilik
1. İqtisadiyyatın dövlət tənzimlənməsi ideyasına formalaşdığı tarixi şərait
2. C.M.Keyns və onun iqtisadi təlimi
3. Keynsin ardıcılları və yeni keynscilik ideyaları
1. İqtisadiyyatın dövlət tənzimlənməsi ideyasına formalaşdığı tarixi şərait
İqtısadı təlimlər tarixində muhüm yer tutan və görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsın (1883-1946) adı ilə bağlı olan keynsçilik, habelə onun davamçıları tərəfindən sonralar yeniləşdirilərək təkmilləşdirilən bu nəzəri istiqamət, dünya miqyasında ümumi iqtisadi fikrin inkişafında böyük rol oynamışdır.
Keynsçilik XX əsrin 30-cu illərində meydana çıxıb formalaşmış və sonralar geniş yayılmışdır. Bu dövr dünyanın iqtisadi və təsərrüfat həyatında dərin böhran proseslərinin baş verməsi ilə səciyyələnirdi.
Dünya təsərrüfat həyatında görünməmiş bir qarışıqlıq, istehsalın aşağı düşməsi, işsizlik, maliyyə-kredit sahəsində pozğunluq yaratmış böhran, Amerika və Avropa qitəsinin müxtəlif ölkələrini əhatə etmişdi.
1929-1933-cii illərdə cBöyük depresiya (durğunluq) adı altında davam etmiş bu böhran nəticəsində ABŞ-da sənaye istehsalı 40 faiz azalmış, işsizlik isə 30 faiz artmışdır. İqtisadiyyatın nemfiyyat, fikinti, kənd təsərrüfatı kimi sahələri, habelə maliyyə bank-kredit dairəsi də kəsgin problemlərlə rastlaşmışdı.
Böhran dünyanın başqa ölkələrində, ilk növbədə isə sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə öz mənfi nəticələrini nələ xeyli müddət göstərə bilmişdi.
Həmin dövrdə dəbdə olmuş və sərbəst bazar münasibətlərinin özünü tənzimləyə bilmək ideyalarını təbliğ edən neoklasik nəzəriyyə tərəfdarları, yaranmış böhran vəziyyətini, onun səbəblərini, ən başlıcası isə ondan xilas olmaq yollarımı göstərə bilmirdilər.
Məhz belə bir tarixi şəraitdə C.M.Keyns, özünün iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsini irəli sürüb əsaslandırmışdı.
Qeyd etmək lazımdır ki, sərbəst bazar iqtisadiyatının tənzimlənib dövlət tərəfindən idarə olunması ideyasının ilk rüşeyimləri hələ XX əsnn əvvəllərində yaranmışdı. Sərbəst rəqabətin inhisarlarla əvəz olunması, iri birliklərin təşkil olunması, bazar qiymətinin dəyişkənliyi, daha yüksək mənfəət əldə etmək cəhtlərinin obyektiv əsasa malik olduğunu göstərən bir sıra iqtisadçılar, şüurlu tənzimləmə mexanizmi hazırlamaq zərurətinə diqqəti cəlb etmişdilər.
Alman iqtisadçısı Şults-Hevernits, Risser, Ziqman, Zombart, Hilferdinq və başqaları, öz əsərlərində müxtəlif şəkildə iqtisadiyyatın inkişafına planlı xarakter vermək, əlaqəli təsərrüfat yaratmaq, iqtisadi proseslərin kortəbiiliyini tənzimləmək ideyaları ilə çıxış etmişdilər.
Deməli, Keynsin iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi boş yerdə yaranmamışdır. Bu fikir və ideyaların kökləri, genetik əsasları iqtisadi təlimlər tarixində 30-cu illərdən hələ xeyli əvvəl meydana çıxmışdı. Çünki iqtisadi fikir və həzəriyyələr real həyatda baş verən proseslərin ifadəçisi kimi meydana çıxırlar.
Lakin iqtisadiyyatın dövlət tənzimlənməsi haqqında ilkin fikirləri, müəyyən ideyaları, baxışları elmi bir sistem və nəzəriyyə kimi irəli sürüb əsaslandıran C.M. Keyns olduğundan inqilabi bir təlim kimi səciyyələndirilən bu nəzəriyyə, iqtisadi fikir tarixinə onun adı ilə bağlı daxil olub, keynsçilik isti, qaməti formasında məşhurlaşmışdır.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin