İqtisadi meteorologiya anlayışı və onun təsərrüfat praktikasında əhəmiyyəti. İqtisadi meteorologiyanın inkişaf tarixi


İqtisadi meteorologiya hava və iqlimin təsirini nəzərə alan təsərrüfat qərarları və strategiyalarını nəzərdə tutur



Yüklə 84,81 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü84,81 Kb.
#46120
1   2   3
movzu 1-2

İqtisadi meteorologiya hava və iqlimin təsirini nəzərə alan təsərrüfat qərarları və strategiyalarını nəzərdə tutur.

1960-1990-cı illər dövründə dünyada təbii fəlakətlərlə əlaqədar ümumi itkilər 40 dəfə artmışdır. İqtisadi itkilərin belə artması ilk növbədə tufan, su basması, quraqlıq, leysan və s. kimi təbiət hadisələrinin intensvliyi və təkrarlanmasının artması ilə əlaqədardır. Demək olar ki, bütün ölkələr iqtisadi itkilərin və təbii fəlakətlərdən insanların həyatına təhlükənin azaldılmasına ehtiyac hiss edirlər.

İqtisadi meteorologiya insan fəaliyyətinin hava və iqlimdən asılılığı və hidrometeorologiya xidmətlərində əldə edilmiş məlumatlar əsasında ona optimal uyğunlaşmanın çətin prosesləri haqqında elmi bilikləri özündə birləşdirir.

İqtisadi meteorologiya hava və iqlimin iqtisadi və sosial sferaya təsirinin qanunauyğunluqlarını, bunlara optimal adaptasiyanı və meteoroloji məlumatların faydalılığını öyrənən elmdir.

İqtisadi hidrometeorologiya meteoroloji məlumatlardan iqtisadi baxımdan əlverişli istifadə metodlarını öyrənir ki, bu da həm itkilərin azaldılmasını və xalq təsərrüfatının konkret sahəsində gəlirlərin artmasını təmin edir.

Elmin digər sahələri kimi, iqtisadi meteorologiya da praktikanın artan tələbləri əsasında və insanın təbiətlə çoxəsrlik mübarizəsi nəticəsində formalaşmışdır. Erkən tarixi dövrlərdə insanların həyat fəaliyyəti praktiki olaraq tamamilə ətraf mühitin, xüsusilə də hava və iqlimin xüsusiyyətləri ilə müəyyən olunurdu. Bu ilk növbədə hava şəraiti və iqlimdən kəskin asılı olan insan köçləri və əkinçiliyə aid idi. Maddi istehsalın artması ilə insanın təbiətə qarşı davam gətirmə qabiliyyəti də artırdı. Bunun bariz nümunəsi kimi coğrafi kəşvlər dövrünü misal çəkmək olar.

Lakin istehsalın artan miqyası, texnika və texnologiyaların keyfiyyətcə təkmilləşdirilməsi təsərrüfat fəaliyyətini hava və iqlimdən daha çox asılı vəziyyətə gətirdi. Sxematik olaraq bu tarixi paralellər şəkil 1-də göstərilmişdir.

İctimai inkişafın yüksək elmi-texniki səviyyəsinə və iqtisadiyyatı idarəetmənin bütün sahələrində böyük təşkilati səylərə baxmayaraq meteoroloji mühitdə tam avtonomiyaya nail oluna bilinməmişdir. Meteoroloji asılılıqdan prinsipial olaraq çıxmağa hələlik nail olunmamışdır. Bu nöqteyi-nəzərdən meteoroloji məlumatlar təsıərüfat praktikasında daimi resurs statusunu almışdır.

Praktiki tələbatın iqlim və havanın xüsusiyyətləri haqqında məlumatlarla təmin olunması bir sıra regionlarda müxtəlif layihə, konstruktor, texniki və operativ təsərrüfat məsələlərini müvəffəqiyyətlə, iqtisadi baxımdam hesablanmış və məqsədəuyğun şəkildə həll etməyə imkam verir.

Şəkil 1. Təbii fəlakətklərə qarşıdurmanın (A) və meteoroloji şəraitdən asılılığın inkişaf dinamikası (B)

Xalq təsərrüfatında hava proqnozlarına geniş yer verilir. Meteoroloji məlumatlar və xüsusilə də proqnozlar konkret texniki, istehsal və təsərrüfat sahələrindən asılı olaraq müxtəlif cür istifadə oluna bilər. İqtisadi meteorologiyanın sahələr üzrə predmetliyi elə bundan ibarətdir.

Son nəticədə proqnozun elm-istehsal məlumatı kimi materiallaşdırılması proqnoz xidmətinin məqsədli vəzifəsidir və hava-proqnoz-istifadəci sistemi çərçivəsində bu sistemin nə dərəcədə nəticəli olmasını qiymətləndirmək isə iqtisadi meteorologiyanın əsas məsələsidir.

1936-cı ildə M.A.Omşanski meteoroloji proqnozlara böyük əhəmiyyət verməklə ilk dəfə olaraq onların iqtisadi cəhətdən qiymətləndirilməsini təklif etdi və beləliklə iqtisadi hidrometeorlogiya sahəsində ilk tədqiqatlara başlanıldı.

Sonrakı onilliklərdə istisaslaşdırılmış hidrometeoroloji təminat sahəsində toplanmış təcrübə və əldə olunmuş statistik baza meteoroloji məlumatların optimal istifadəsinin nəzəri əsaslarını yaratmağa imkan verdi.


Yüklə 84,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin