İqtisadi nəzəriyyənin predmeti və metodu. İqtisadiyyat və cəmiyyətin həyatında onun rolu Plan



Yüklə 15,67 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü15,67 Kb.
#46784
1   2
Fudo - 1

İqtisadi nəzəriyyənin metodu

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya 6 metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir. İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik əldə edə bilirik. İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır. Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və deduksiyadır. İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya - latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir. İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə olunur. İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü 7 iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.

Ədəbiyyat

http://bbkk-edu.com/wp-content/uploads/2016/10/Mikroiqtisadiyyat.pdf

referat.ilkaddımlar.az
Yüklə 15,67 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin