İQTİsadi TƏHLİLİN Üsullari


Avtomobil nəqliyyatında tariflər



Yüklə 23,38 Kb.
səhifə11/11
tarix02.01.2022
ölçüsü23,38 Kb.
#47383
1   2   3   4   5   6   7   8   9   10   11
79412neq muh 6

Avtomobil nəqliyyatında tariflər

Nəqliyyat məhsulu üçün dövlət tərəfindən müəyyən edilmiş qiy-mətlər bir qayda olaraq tariflər adlanır. Məsrəflər təyinatına görə düzgün qurulduqda və onların real uçotu aparıldıqda tariflər ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Hər şeydən əvvəl məhsuldar qüvvələrin yerləşdirilməsində, yeni rayonların və yataqla-rın inkişaf etdirilməsində, sənayenin xammal mənbələrinə yaxınlaş-dırılmasında rayonlar arasında iqtisadi əlaqələrin genişləndirilməsin-də tariflərin rolu daha böyükdür. Tariflər ayrı-ayrı nəqliyyat növləri arasında yük dövriyyəsinin səmərəli qaydada bölüşdürülməsində, hərəkət vasitələrindən daha dolğun şəkildə istifadə olunmasına, lü-zumsuz uzaq məsafələrə və səmərəsiz daşımaların aradan qaldı-rılmasına, yüksüz yüklərin maksimal yüklənməsinə, nəqliyyat müəs-sisələrində təsərrüfat hesabının möhkəmləndirilməsinə kömək edir. Nəqliyyatda vahid tarif sistemi yoxdur. Bu onunla izah olunur ki, daşımalarda əlaqədar məsrəflər nəqliyyat növlərinin hər birində müxtəlif ölçüdədir. Bu məsrəflər daşımaların uzaqlıq məsafəsindən, yük partiyalarından, nəqliyyat vasitələrinin texniki-istismar və iqtisadi göstəricilərindən, canlı əmək ilə maddiləşmiş əmək məsrəfləri ara-sındakı nisbətən yeni texnikanı tətbiq etməyin, bütövlükdə yerdəyiş-mənin, yükdaşıma – yükboşaltma işlərini yerinə yetirməyin üsulların-dan istehsalın idarə olunmasından asılıdır. Lakin onların qurulma prinsipləri demək olar ki, bütün nəqliyyat növlərində eynidir. Bütün nəqliyyat növlərində tarif məqsədləri üçün daşımaların maya dəyəri-ni hesablayarkən yüklərin növləri, onların məsafələri üzrə daşımala-ra orta-sahəvi maya dəyəri müəyyən edilir. Nəqliyyatın bu və ya digər növündə yerinə yetirilən xüsusi növ işlər fərdi məsrəflər üzrə uçota alınır.
Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin