Nəqliyyat-maddi istehsalın xüsusi sahəsidir.
Nəqliyyatın texniki- iqtisadi xüsusiyyətləri onun maddi istehsalın xüsusi bir sahəsi kimi fərqləndirilir.Digər maddi bir istehsal sahələrində olduğu kimi,nəqliyyatda da
istehsal fəaliyyətini insan əməyindən və istehsal vasitələrindən istifadə zamanı meydana gəlir.Lakin nəqliyyatda istehsal prosesinin xarakteri bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir.Birincisi- nəqliyyatda əmək predmeti müxtəlif istehsal sahələrinin satış üçün nəzərdə tutulan hazır məhsuldur.İkincisi-məhsulun istehsal edilməsi-onun istehsalı ilə eyni vaxtda baş verir.Nəqliyyatda maddi formada yeni məhsul yaradılmadığına görə,o öz məhsulunun saxlanması və satışı ilə əlaqədar vaxt və əlavə vəsait tələb edilir.Nəqliyyatda istehsal prosesinin nəticəsi- yüklərin xassələrinə, keyfiyyətinə və həcminə xətər yetirmədən onların yerlərinin məsafəcə və müddətcə dəyişməsindən ibarətdir.Nəqliyyatın məhsulu müəyyən məsafəyə daşınan yüklərin tonla miqdarı ilə yəni ton-kilometrlərlə ölçülür.Bu ölçü vahidi ümumən qəbul edilmiş olsada tam kamil deyildir, çünki dasınma nəticəsində yükün məsafəcə yerdəyişməsi əks etdirdiyi halda bu yerdəyişmənin icra olunduğu müddət ərzində baş verir.İstehsal dairəsində yükün yerdəyişməsi prosesi yükün müxtəlif hərəkət vasitəsindən istifadə olunmaqla istehsal daxili nəqliyyat vasitəsilə yerinə yetirilir.Tədavül dairəsində nəqliyyat ölkənin ayrı-ayrı müəssisələri, rayonları, xalq təsərrüfatı sahələri arasında istehsal əlaqələrini həyata keçirir.Burada nəqliyyatın istehsalı sənayə və kənd təsərrüfatının mal dövriyyəsi və tikintinin istehsal prosesindən asılı deyildir. Bu proses ümumi istifadə üçün yaradılan müstəqil nəqliyyat təşkilatları tərəfindən yerinə yetirilir.Nəqliyyatda daşımalarin texniki səviyyəsi və təşkili hazır məhsulların tədavül xərclərinə mühüm təsir göstərir.Yerdəyişmənin surətindən asılı olaraq məhsulun yolda olma müddəti artır və ya azalır,bunun da nəticəsində onun satışı nəticəsində pul xərcləri artır və ya azalır.
Dostları ilə paylaş: |