Nəqliyyat məhsulunun qiyməti Qiymət dəyərin pul formasında ifadəsidir. Dəyər kəmiyyətin bü-tün cəmiyyətdə orta hesabla məhsul vahidinin istehsalına sərf olu-nan ictimai zəruri iş vaxtı ilə müəyyən edilir. Lakin praktikada məhsul vahidinin istehsalına pul formasında ifadə olunan ictimai zəruri əmək və iş vaxtı məsrəflərini təyin etmək imkanı verən me-todika və tövsiyələr hələ elm tərəfindən yaradılmamışdır. Qiymətin hər hansı tərkib hissəsi real əmək məsrəflərinə ciddi surətdə uyğun gəlməlidir, əks təqdirdə qiymətlər öz təyinatını itirir və onlara həvalə olunan funksiyaları yerinə yetirmir. Qiymətlərə yeni-dən baxılanda, məhsul istehsalına real məsrəflərin və rentabelliyin iqtisadi cəhətdən əsaslandırılmış normal səviyyənin müəyyənləş-dirilməsi kimi qiymətqoymanın mühüm, böyük problemləri ilə ya-naşı, texniki tərəqqi üçün stimul yaradılması, məhsulun keyfiyyə-tinə görə həvəsləndirmə məsələləri həll edilir. Bir çox məhsul növləri üzrə istehsalçı və istehlakçı təşkilatlara ixtiyar verilmişdir ki, sifarişçinin xüsusi tələbləri ilə əlaqədar olaraq keyfiyyəti yük-səldilmiş məhsula görə artırmalar barədə məsələləri müstəqil sürətdə həll etsinlər. Sənayenin, kənd təsərrüfatının və onların ayrı-ayrı sahələrinin məhsulları üçün qiymətlər mövcud olduğu kimi, nəqliyyat məhsulunun qiymətlərin bir növüdür. Bununla əla-qədar olaraq onlar nəqliyyat məhsulu üçün qiymətlər eynilə maddi istehsalın başqa sahələrinin məhsulu üçün qiymətqoyma prinsipləri və metodları üzrə qurulmalıdır, yəni nəqliyyat məhsu-lunun yaradılmasına sərf olunan real əmək məsrəflərinin əks etdirməli, normal işləyən hər nəqliyyat müəssisəsi üçün renta-belliyi təmin etməli və dövlətin xalis gəlirini - cəmiyyətin ehtiyacla-rının ödənilməsi üçün nəzərdə tutulan gəliri çoxlatmalıdır.