Hesabatın təsnifatı. Hesabat növlərə görə,təsərrüfat fəaliyyətinin xarakterinə görə,tərtib olunma müddətləri və təsərrüfatın əhatə etdiyi obyektlərə görə təsnifləşdirilir.
Növlər üzrə hesabat mühasibat ,statistika və əməli hesabata ayrılır.Mühasibat hesabatı elmi surətdə qruplaşdırılmış hesab qeydlərinin məcmusundan irəli gələn göstəricilər sistemindən ibarətdir.Bu qeydlər təsdiqləndirici mühasibat sənədlərinə əsaslanır.Məlum olduğu kimi təsərrüfatda təsərrüfatda istehsal,təchizat və məhsul satışı ,mal dövriyyəsi və hesablaşma-kredit münasibətləri və.s öz əksini sənədlərdə tapır.
Müəssisənin statistik hesabatı mühasibat uçotuna aid olmayan texniki-iqtisadi məlumatlar sistemini əhatə edir.Bura məhsuldarlıq,işçi qüvvəsinin hərəkəti və başqa bir sıra götəricilər aiddir. O həmçinin, ölçmə işlərinin yekunlaşdırılması üçün də aparılır.
Əməli(operativ) hesabat başlıca olaraq ayrı-ayrı müəssisə və istehsal birlikləri daxilində cari nəzarət və idarəetmə məqsədləri üçündür.Operativ hesabatda məsələn,ən mühüm məhsul növlərinin istehsalı,material və yanacaq təchizatının yerinə yetirilməsi ,müəssisəni maliyyəti vəziyyəti haqqında göstəricilər və.s aiddir.
Mühasibat hesabatları icərisində ən mühüm yeri maliyyə hesabatları tutur. Maliyyə Hesabatları aşağıdakı kimi qruplaşdırılır:
Dostları ilə paylaş: |