РАЗДЕЛ ЭКОНОМИКИ
10
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Салман Агагасан оглы Тагиев
при маркетинговом анализе. Теория
Маслоу основывается на потребностях
человека и всем хорошо известной пи-
рамиде Маслоу. (Figure 1) По его тео-
рии, потребности человека составляют
иерархию от наиболее значимых к наи-
менее значимым. Наиболее важные, это
потрбности низшего уровня- физиоло-
гические, далше в порядке убывания
идут потребность в самосохранение,
социальные потребности, потребность
в признании и уважении и потребность
в самоутверждении и самовыражении.
Не реализовав низжшую потребность,
человек не может реализовать потреб-
ность стоящую выше[5]. Но по мере
того как каждая из этих потребностей
удовлетворяется, наступает черед для
следующей.
Фрейд же думал, что человек не
способен осознать истинную силу
психологических факторов, которые
формируют его поведение. И по его
мнению эти побуждения ему так и не
удается ни полностью изгнать, ни взять
под полный контроль. Изучение моти-
вации потребителей выявило интерес-
нейшие и подчас забавные вещи насчет
скрытых мотивов, которыми они руко-
водствуются при выборе того или ино-
го товара. Например, одно классиче-
ское исследование этого рода показало,
что многим покупателям не нравится
чернослив, потому что он сморщенный
и напоминает им о болезнях и старости
Изучение поведения потребителей
предлагает ответы на вопросы о том,
что покупают, почему покупают, ког-
да покупают, где покупают, как часто
покупают, каким образом покупают.
Поэтому предприятия и специалисты
тратят много усилий на исследование
зависимостей между побудительными
факторами маркетинга и ответной ре-
акцией потребителей.
Для этих целей следует раскрыть
понятие мотивачионного анализа.
Мотивационный анализ – это направ-
ление маркетинговых исследований,
связанное с выявлением причин изме-
нения поведения потребителя на рын-
ке и оценкой их влияния на изменение
спроса [2].
Как было рассмотрено выше, оче-
видно, что потребительское поведе-
ние - это динамический процесс, по-
стоянно меняющееся под влиянием
огромного количество факторов, так-
же как факторов маркетинг-микса или
4-P различных организаций, стремя-
щихся реализовать свою продукцию
(услуги), которые формируют пред-
почтения и вкусы потребителей, а во
многом и образ жизни и мысли. Таким
образом, мы можем придти к заклю-
чению, что фирмы которые действуют
на Азербаиджанском рынке в данный
кризисный для нашей страны и мира
момемнт, должны реализовывать соб-
ственные маркетинговые стратегии, а
не приминять стратегии, которые хоть
и успешно, но пользовались зарубеж-
ные компании. И нужно помнить, что
не все маркетинговые ходы могут сра-
батывать в нашей стране, так как усло-
вия ведения бизнеса, также как и пове-
дение самих потребителей могут резко
отличаться.
РАЗДЕЛ ЭКОНОМИКИ
11
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Роль потребительского поведения в реализации маркетинговых стратегий
Схема 1
ЛИТЕРАТУРЫ:
1. Иванова О. О. Мотивационные исследования в маркетинговой деятельности
российских предприятий: автореф. дис. … канд. экон. наук. – М. , 2003. – 25 с.
2. Краткий словарь экономиста[Электронный ресурс]. URL:http: // dic.
academic. ru/dic. nsf/_rus/
3. Ламбен Жан-Жак. Менеджмент ориентированный на рынок / Пер. с англ.
под ред. В. Б. Колчанова. – СПб. : Питер, 2007. – (Серия «Классика МВА»). – С.
146
4. Филип Котлер, Джон Боуэн, Джеймс Мейкенз. Маркетинг. Гостеприимство.
Туризм- C. 96
5. Энджел Дж. , Блэкуэлл Р. , Миниард П. Поведение потребителей. – СПб. :
Питер, 2000. – С. 39.
6. Залтман Дж. Как мыслят потребители. То, о чем не скажет потребитель, то,
чего не знает ваш конкурент. — СПб. : Праймеврознак. , 2006.
РАЗДЕЛ ЭКОНОМИКИ
12
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Салман Агагасан оглы Тагиев
SALMAN AĞAHƏSƏN oğlu TAĞIYEV,
Bakı Dövlət Universiteti
İqtisadiyyat və idarəetmə kafedrasının saathesabı müəllimi
e-mail:stagiyev112@gmail. com
UOT: 338. 46:339. 1
MARKETİNQ STRATEGİYALARININ REALLAŞMASINDA İSTEHLAKÇI
DAVRANIŞININ ROLU
XÜLASƏ
Bu gün yüksək rəqabət dünya bazarlarında istehlakçı davranışının təhlili daha
aktual məsələlərdəndir. Mal, məhsul və xidmətlərin tanınması marketinq sahəsində
həmişə uğura zəmanət vermir. Burada məsələnin həllində marketinq strategiyaları rolu
əhəmiyyətlidir. Bu rəqabət şəraitində qalib çıxmaq üçün, istehlakçıların davranışının
proqnozlaşdırmaq vacibdir. Məqalədə müəllif istehlakçı davranışı anlayışı və firmaların
marketinq strategiyalarının qarşılıqlı təsirini təhlil edir.
Açar sözlər: istehlakçı davranışı, marketinq, istehlakçı motivləri, insan xüsusiyyətləri
Məqalənin redaksiyaya daxil olma tarix: 25. 08. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir.
Rəyçi: dos. K. Y. Eyyubov
РАЗДЕЛ
SİYASƏT
13
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
Əxlaqın
ümumbəşəri
xarakteri,
əxlaqi sərvətlərin mənəvi-psixoloji me-
xanizminin təsir xüsusiyyətləri, eləcə
də insanın fəaliyyətinin və davranışı-
nın humanistcəsinə tənzimlənməsi əxlaq
və siyasətin qarşılıqlı münasibətini
şərtləndirir. Əxlaq və siyasət cəmiyyətin
təşkiledici, tənzimləyici və nəzarətedici
sferalarıdır, lakin bu mənəvi fenomenlərin
cəmiyyətdə mövcuduğu və faəliyyəti bir-
birindən xeyli fərqlənir.
Əxlaq digər təsisatlardan, məsələn,
hakimiyyətdən və siyasiətdən fərqli ola-
raq idarəetmə aparatında, hakimiyyət
təsisatlarında
maddiləşmir,
əlaqə
vasitələrindən məhrumdur. O, yalnız
dildə və nitqdə, eləcə də digər ictimai
hadisələrin əlamətlərində və xassələrində
obyektivləşir. Lakin əxlaq siyasətin
nahiyyətini və onun bütün fenomenlərini
əhatə edir. Vurğulamaq vacibdir ki, əxlaqa
xas olan bu xüsusiyyət onu siyasi etikadan
xeyli fərqləndirir. Əxlaq siyasi fəaliyyəti
bu və ya digər formada səciyyələndirsə
də özü bu fəaliyyətdən kənarda daya-
nır, onunla yalnız müəyyən münasibətdə
olur. Etika isə əksinə, siyasərdə iştirak
edir, onu istiqamətləndirən başlanğıc
hadisələrdən biri kimi səciyyələnir. Məhz
bu mənada etika siyasətdən ayrılmaz-
dır. İctimai fenomenlər olmaq etibarilə
əxlaq və siyasət ümumi və spesifik fərqli
xüsusiyyətlərə malikdir. İctimai həyatın bu
iki mənəvi sferası eyni mənbədən təşəkkül
tapır. İnsana xas olan fərdiyyətçilik, xü-
susi keyfiyyətlər və eləcə də onun kol-
lektivçilik təbiəti, başqaları ilə qarşılıqlı
münasibəti əxlaq və siyasətin vəhdətini
şərtləndirir [1, 236].
Əxlaq və siyasətin başlıca icti-
mai funksiyaları bir-birinə uyğundur.
Əxlaq və siyasətin təbii-tarixi “qohum-
MƏCID ƏHMƏD oğlu ƏFƏNDIYEV
Bakı Dövlət Universiteti
Politologiya və sosiologiya kafedrasının dosenti
e-mail: mecidefendiyev@mail. ru
UOT: 32:1
ƏXLAQ VƏ SİYASƏTİN SPESİFİK FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
XÜLASƏ
Məqalədə əxlaq və siyasət anlayışları açıqlanır, onların bir-biri ilə qarşılıqlı əlaqəsi
aydınlaşdırılır, əxlaq və siyasəti fərqləndirən spesifik cəhətlərə xüsusi diqqət yetirilir,
eləcə də bu mənəvi fenomenlərin ümumi xüsusiyyətləri araşdırılır. Əxlaqi və siyasi
dəyərlərin mahiyyəti, bu dəyərlərin siyasi və əxlaqi şəxsiyyətin formalaşmasında, eləcə
də bütövlükdə cəmiyyətin inkişafında rolu təhlil edilir.
Açar sözlər: Siyasət, əxlaq, mənafe, dəyər, siyasi fəaliyyət, əxlaqi ideal
SİYASƏT
SİYASƏT
14
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev
luğu” təsadüfi deyildir. Siyasət və əxlaq
cəmiyyətdə ümumi rifahın və social
ədalətin qərarlaşmasına istiqamətlənən
ictimai hadisələrdir. Siyasət o zaman ya-
ranır ki, əxlaq insanların davranışını, qar-
şılıqlı münasibətlərini kifayət dərəcədə
tənzimləyə bilmir. Siyasət əxlaqın spesifik
formada tamamlanmasıdır [2, 41].
Əxlaqla
siyasətin
ümumi
xüsusiyyətlərə malik olmasına baxmaya-
raq onlar bir-birindən prinsipial surətdə
fərqlənirlər. Əxlaq və siyasəti fərqləndirən
başlıca xüsusiyyət siyasətin münaqişəli
təbiətə malik olmasıdır. Əxlaq isə insan-
lar arasında gündəlik fərdi münasibətlərlə
səciyyələnir. Əxlaqın münaqişəli mahiyyət
kəsb etməsi xüsusi hallarda nəzərə çarpır.
Siyasətin bilavasitə mənbəyi kimi iqti-
sadi və digər zəruri mənafelər çıxış edir.
Əxlaqın mənbəyi isə ümumbəşəri və kol-
lektiv dəyərlərdir.
Əxlaqi
imperativlər
mücərrəd-
normativ xarakter daşıdığı halda,
əxlaqi tələblər konkretlik kəsb edir.
Siyasət müxtəlif vasitələrlə müəyyən
məqsədlərin reallaşmasına istiqamətlənir.
Əxlaq siyasətdən fərqli olaraq insanın
hərəkətlərinin, davranışının subyektiv,
daxili tərəfinin qiymətləndirilməsidir [3,
15-17]. Siyasət üçün başlıca olaraq əldə
edilən nəticələr əhəmiyyət daşıyırsa,
əxlaqı davranışın özü, ona sövq edən vasitə
və məqsədlər daha çox səciyyələndirir.
Əxlaq həmişə fərdi mahiyyət daşı-
maqla onun subyektini məhz, ayrı-ay-
rı fərdlər təşkil edir. Siyasət isə əksinə,
kollektiv xarakter kəsb edir. Siyasəti
fərqləndirən ən spesifik xüsusiyyət gücə
arxalanmasıdır, məcburetməyə üstünlük
verməsidir. M. Veber yazır: “Siyasət spe-
sifik vasitənin – hakimiyyətin köməyi ilə
zorakılıqdan istifadə etməsi ilə fərqlənir”
[4, 694]. Əxlaq isə prinsip etibarilə zo-
rakılığı pisləyir və başlıca olaraq vicda-
nın “hökmünə” əsaslanır. Vicdan yalnız
əxlaqi kateqoriya deyil, həm də social
keyfiyyətdir.
Vicdanın mahiyyəti öz ifadəsini onda
tapır ki, insan davranışını ictimai borcun,
əxlaqi idealın tələblərinə uyğunlaşdırır,
özünü daxilən dəyərləndirməsi əsasında
fəaliyyətini və hərəkətlərini tənzimləyir.
Vicdan dərin intim hiss olub, şəxsiyyətin
öz davranışı üçün başqaları və cəmiyyət
qarşısında əxlaqi məsuliy¬yətini, mənəvi
ləyaqətini ifadə edir. Antik dövrün müdrik
insanlarından biri vicdan anlayışını çox
sərrast dəyərləndirərək demişdir: “Mən
şəxsi vicdanımın sakit səsindən dəhşətli
məhkəmə tanımıram”. Vicdan cəmiyyətin
mənəvi həyatının ideallarının müəyyən
cəhətlərini özündə təcəssüm etdirir.
Siyasi elmə aid ədəbiyyatda siyasi və
etik təlimlər tarixinə əsaslanaraq əxlaq və
siyasətin qarşılıqlı münasibətlərinin üç
başlıca xüsusiyyəti araşdırılır: 1) Əxlaqın
siyasətə tam tabe olması; 2) siyasətlə
əxlaq arasında tam ayrılığın mövcudlu-
ğu; 3) siyasətlə əxlaqın gərgin qarşılıqlı
əlaqələrinin saxlanmasına cəhd etmək [5,
185]. Mülahizə və hərəkətlərin ədalətli
olması ənənəvi olaraq əxlaqiliyin ən mü-
hüm meyarlarından biri kimi etiraf olunur.
Bir-birinə münasibətdə əxlaq və
siyasət muxtar xarakter daşıyır. İnsana
əxlaqi tələbkarlıq müəyyən situasiya-
da heç bir xüsusi və yaxın nəticələrin
əldə edilməsini nəzərdə tutmur. Əxlaqi
tələbkarlıq ilk öncə, davranışın ümumi
normalarına və prinsiplərinə əməl olun-
SİYASƏT
15
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
masını səciyyələndirir. Təsadüfi şəraitdən
asılı olaraq ayrı-ayrı hallarda davranı-
şın praktiki nəticələri müxtəlif ola bilər.
Ümumsosial miqyasda əxlaqi normala-
rın bütün məcmuunun yerinə yetirilməsi
bu və ya digər ictimai tələbata cavab
verir. Bu baxımdan əxlaqi normaların
ifadə formaları xarici məqsədəuyğunluq
prinsipi deyil (müəyyən nəticələrin əldə
edilməsinə istiqamətlənən), məhz elə
imperativ tələbatdır ki, insan özünün ən
müxtəlif məqsədlərini həyata keçirərkən
buna riayət etməlidir. Əxlaqi normalar in-
sanın və cəmiyyətin tələbatlarını müəyyən
xüsusi şərait və situasiya hüdudunda əks
etdirmir.
Siyasət insanların birgə həyatını
və fəaliyyətini təşkil edir, cəmiyyətin
həyatını tənzimləyir və ona nəzarət edir.
Əxlaq da belə funksiyalara malikdir, lakin
o, eləcə də siyasətə nəzarət edir. Etikadan
fərqli olaraq əxlaq siyasətdən kənarda və
onun üzərində dayanır. Məhz bu mənada
onların birləşməsi bir o qədər mürəkkəb
və qeyri-sabit olur.
Siyasət əxlaqa nəzarət etməsə də
konkret siyasi hərəkətlərin spesifik
əxlaqına təsir göstərə bilər. O, ideal əxlaqi
şüurdan fərqli olaraq konkret situasiya xa-
rakteri daşıyır, bu və ya digər ictimai, si-
yasi, eləcə də etik və əxlaqi şərait yaradır.
Əxlaqi borc normaları və siyasətdə
borc haqqında təsəvvürlərin özü də
birmənalı və ziddiyyətsiz deyildir.
Əxlaq sferasında borc yüksək prinsip,
mənəviyyatın meyarı hesab olunursa,
siyasətdə borc arzu edilən nəticələrin əldə
olunmasıdır.
Əxlaqla siyasətin qarşılıqlı münasibəti
məsələsi həmişə aktuallıq kəsb et-
mişdir. Siyasi fikir tarixində siyasəti
cəmiyyətin digər təşkilati və tənzimləyici
sistemlərindən təcrid etmək cəhdləri daim
səmərəsiz olmuşdur. Siyasət ideologi-
ya, hüquq, iqtisadiyyat, mədəniyyət və
elmlə bağlı olduğu kimi, əxlaqla da qar-
şılıqlı əlaqədə olmalıdır. Cəmiyyətin iki
başlıa sferası olmaq etibarilə siyasət və
əxlaqın qarşılıqlı münasibətləri ictimai
inkişafın obyektiv tələbatıdır. Siyasətin
və hakimiyyətin zəif yeri mənəviyyat ol-
duğuna görə onlar əxlaqdan və əxlaqi
sərvətlərdən uzaqlaşmağa cəhd edirlər.
Sosial həyatda siyasətlə əxlaqın qar-
şılıqlı münasibəti elmi ədəbiyyatda dörd
başlıca mövqedən dəyərləndirilir. Həmin
mövqelərdən birincisi nəsihətçilikdir.
Nəsihətçilik mövqeyinə görə siyasət
nəinki yüksək əxlaqi məqsədlərə ma-
lik olmalıdır, eləcə də düzlük, insanla-
ra nəcib münasibət, saflıq və digər bu
kimi əxlaqi prinsiplərin pozulmasına yol
verməməlidir.
Siyasət
və
əxlaqın
qarşılıqlı
münasibətinə dair ikinci mövqe isə on-
ların muxtar xarakter daşıdığını ifadə
edir və bir-birinin səlahiyyətinə qarış-
mamasını nəzərdə tutur. Belə ki, əxlaq
vətəndaş cəmiyyətinə aid olan işdir,
şəxsi məsuliyyət¬dir, siyasət isə qrup
mənafelərinin qarşıdurma sahəsidir,
mənəviyyatdan azad sferadır. Makiavel-
li əxlaqı siyasətçilərin xüsusi həyatının
tənzimləyicisi kimi əsaslandırır.
Siyasətlə
əxlaqın
qarşılıqlı
münasibətinə aid üçüncü mövqe onların
nisbəti məsələsini əks etdirir. Bu mövqe
belə bir fikri vurğulayır ki, əxlaqi dəyərlərin
siyasiliyini təhrif etmək siyasətin qeyri-
əxlaqiliyinə dəlalət edir. Real həyatda
SİYASƏT
16
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev
siyasətin mənəviyyatdan azad olması ge-
niş yayılan hadisədir. Bu cəhət siyasətlə
əxlaqın barışmaz əksliklər olmasını, başqa
sözlə əxlaqın xeyir, siyasətin isə şər kimi
səciyyələndirilməsini
əsaslandırmağa
xidmət edir. Anarxizmə görə siyasət ən
neqativ hadisədir. Çünki onun təbiəti şərlə
köklənir. Rus anarxizminin atası sayılan
M. A. Bakunin yazırdı ki, siyasət və onun
başlıca daşıyıcısı olan dövlət məhz zora-
kılıqdır, zorakılıq vasitəsilə hökmranlıqdır
[6, 27].
Siyasət
və
əxlaqın
qarşılıqlı
münasibətinə aid dördüncü mövqe on-
ların nisbətinə kompromis baxımdan
yanaşılmasıdır. Belə mövqe müasir po-
litoloqlar arasında daha geniş yayılmış-
dır və siyasətin spesifikliyini nəzərə al-
maqla, əxlaqın mənəviyyata təsirinin
zəruriliyindən çıxış edir.
Siyasət
və
əxlaqın
nisbətinə
kompromis mövqedən yanaşılması-
nı əsaslandı¬ranlardan biri Veberdir.
O, hesab edir ki, etika ilə siyasəti bir-
birindən tamamilə ayırmağa cəhd etmək
məqsədəuyğun deyildir, lakin siyasətin
xüsusiyyətlərini diqqətlə nəzərə al-
maq lazımdır. Veber ilk öncə, zorakılıq
vasitələrindən legitim-cəsinə istifadə
olunmasını siyasət üçün məqbul hesab
edir, həm də mənəviyyatın siyasətə təsir
imkanlarını məhdudlaşdırmaq şərtilə.
Siyasətlə əxlaqın nisbətində siyasətə ne-
qativ münasibət liberal mütəfəkkirlərin
baxışlarında da diqqəti cəlb edir. Məşhur
filosof N. Berdyayev yazır: “Mən
siyasətə nifrət edirəm, çünki o, bəşəri
mövcudluğun obyektivləşməsi üçün
ən mənhus formadır, insanlara hakim
olan uydurmadan başqa bir şey deyildir
[7, 101]. Əlbəttə, siyasətin əxlaqi tərəfi
hüquq¬dan və ictimai nəzarətdən kənarda
qalmamalıdır. Əks təqdirdə siyasətdə
mənəviy-yatsızlıq qərarlaşa bilər. Əxlaqi
tələblərin təsisatlaşdırılması onların siya-
si təşkilatların normalarında və ilk öncə,
hüquqda möhkəmlən-dirilməsini nəzərdə
tutur və əxlaqi prinsiplərin pozulmama-
sı üçün müəyyən təminat verilməsini əks
etdirir. Əxlaqın belə təsisatlaşdırılmış
formada möhkəm¬ləndirilməsi siyasətin
humanistləşdirilməsinin ən əhəmiyyətli
şərtlərindən biridir.
Alman politoloqu B. Sutorun qeyd et-
diyi kimi, siyasətin humanistləşdirilməsi
və mənəviyyatın möhkəmləşndirilməsi
üçün o quruluşu yaxşı adlandırmaq ol-
maz ki, öz vətəndaşlarının daha yüksək
və ya hətta ən yüksək əxlaqi tələblərə
yiyələnməsini məqsədəuyğun sayır, məhz
o quruluşu yaxşı adlandırmaq olar ki, hər
şeydən əvvəl, insan xarakterinə cavab ve-
rir. . . və eyni zamanda insanların hüquq
və iradəsi üçün maksimum imkanlar açır,
onların xeyirxahlıq qabiliyyəti naminə
özünü inkişaf etdirməsini həyata keçirir
[8, 68].
Müasir dünyada əxlaqi tələblərin
siyasətə
təsisatlaşdırılmış
başlıca
istiqaməti insan hüquqlarıdır. Dünya birli-
yi tərəfindən qəbul olunmuş sənədlərə uy-
ğun olaraq insan hüquqları siyasətin hu-
manistliyini qiymətləndirməyin universal
meyarı kimi çıxış edir.
Bütövlükdə əxlaqın siyasətə təsiri bir
sıra istiqamətlərdə həyata keçirilməlidir
və keçirilə bilər. Bu istiqamətlər əxlaqi
məqsədlərin qoyuluşunda onlara uyğun
olan real metodlar və vasitələr şəraitinin
seçilməsindən,
əxlaqi
prinsiplərin
SİYASƏT
17
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
fəaliyyəti prosesini nəzərə almaqdan,
siyasətin səmərəliliyini təmin etməkdən
ibarətdir. Əlbəttə, bütün bu tələblərin real
siyasətdə yerinə yetirilməsi mürəkkəb
məsələdir. Praktikada əxlaqi tələblərin
humanistliyi məqsədlərin təntənəsindən
çox, onlara nail olmaq prosesində istifadə
edilən metod və vasitələrdən asılı-
dır. Bir sözlə, siyasətin əxlaqiliyi onun
müqəddəsliyinin təcəssümüdür.
Siyasi həyatın başlıca məzmununu
təşkil edən siyasi fəaliyyətin strukturu
ilk öncə, bununla səciyyələnir ki, onun
daşıyıcıları siyasi mənəviyyatına görə
fərqlənirlər. Məsələn, qrup əxlaqı və qrup-
da əxlaqi münasibətlər fərdin əxlaqından
mürəkkəbdir. Buna görə əxlaqi cəhətdən
qüsursuz fərd ola bilsin ki, istər-istəməz
qrupun qeyri-əxlaqi siyasətində iştirak et-
sin. Başqa sözlə, belə fərd siyasi təsisatın,
partiya təşkilatının, hakimiyyət orqanının,
ordunun və sairənin fəaliyyətinə cəlb olu-
na bilər. Belə halda ikiqat əxlaqın – qrup
və fərdi əxlaqın toqquşması nəzərə çarpır.
Əxlaqi cəhətdən naqis fərd əxlaqi baxım-
dan qüsurlu qrupa nəzarət etməyə qadirdir
və ya sonuncunun əxlaqi şöhrətini kölgədə
qoya bilər. Fərdin əxlaqı siyasətlə həmişə
rəqabətdə olmur. Qrupda və qruplararası
münasibətlər artıq siyasətdir, deməli, həm
də əxlaqdır. Buna görə siyasi və əxlaqi pa-
radoks
1
meydana çıxır: qüsurlu liderin və
rejimin kütləvi surətdə müdafiə olunması,
kütlələrin heç də qüsurlu olmayan, bəzən
isə sadəcə olaraq cinayətkar təşkilatların
işində iştirakı və s. bu qəbildəndir.
Müxtəlif
siyasi
funksiyaları
səciyyələndirən əxlaq da mövcuddur.
Siyasətin və hakimiyyətin əxlaqi
məsuliyyəti məhz bunun göstəricisidir.
Belə ki, əxlaqi hakimiyyət qeyri-əxlaqi
siyasət yeritməyə məcbur ola bilər
və əksinə, əxlaqi cəhətdən qüsurlu
hakimiyyət tarixi zərurət üzündən əxlaqi
siyasət həyata keçirə bilər. Lakin bir qay-
da olaraq belə siyasət təntənəli olmur.
Hər hansı siyasi sistemin həyat
qabiliyyəti xeyli dərəcədə onunla
müəyyən olunur ki, dövlət təsisatları və
bütün sistem bütövlükdə cəmiyyətdə ha-
kim olan əxlaqi ideala və dəyərlərə nə
dərəcədə uyğun gəlir. Şübhəsiz ki, siyasi
sistem və əxlaq, mənəviyyat sistemi bir-
birini qarşılıqlı surətdə şərtləndirir, onla-
ra nüfuz edən proseslərin məzmununa və
xarakterinə mühüm təsir göstərir.
Əxlaq sferası özündə nəinki in-
sanlar arasındakı əxlaqi münasibətləri,
onların davranışını, eləcə də insanın
hərəkətlərinin motivlərini izah edən əxlaqi
və mənəviyyat haqqında xüsusi elm olan
etika mövcuddur.
Hər bir tarixi mərhələdə cəmiyyətdə
müəyyən əxlaqi dəyərlər sistemi mövcud
olur. Insanların hərəkətləri və davranı-
şı həmin dəyərlər sistemi mövqeyindən
qiymətləndirilir. Konkret əxlaqi normalar,
ənənələr və digər dəyərlərlə tənzimlənən
və müvafiq olaraq insanların və sosial
qrupların davranış qaydalarını forma-
laşdıran əxlaqi amillər məcmuu fəlsəfi
nəzəriyyələrdə öz təcəssümünü tapır. Bu
nəzəriyyələrdə həmişə belə bir məsələyə
toxunulur: xeyir və şər nə deməkdir, yax-
şı və pis nədir, düzgün olmayan necə başa
düşülməlidir. Bu baxımdan əxlaqi nor-
maları dini, hüquqi və siyasi normalar-
dan fərqləndirmək mühüm əhəmiyyətə
1. Paradoks – hamı tərəfindən qəbul edilmiş doğru fikirlərlə,
elmi müddəalarla düz gəlməyən fikir.
|