İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

SİYASƏT
54
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
Şmidin  geopolitik  nəzəriyyələri  əsasında 
qurmaqdadır.  Belə  ki,  Makinderin  “tor-
paq” (qitə) və “dəniz” (okean) geopolitik 
arxetiplərini  Şmidin  “gəmi”  (dəniz)  və 
“ev” (torpaq) metaforaları ilə birləşdirərək 
özünün  sivilizasiyaların  geopolitikası 
fikirlərinə uyğunlaşdırmışdır. Gəmi bura-
da  dənizcilikdə  olduğu  kimi  həyatda  da 
hərəkəti simvollaşdırmaqdadır. Bunun əks 
qütbündə ev yer almaqdadır. Ev isə torpaq-
mərkəzli həyatı və sabitliyi (durğunluğu) 
təmsil  etməkdədir.  Həyat  fəaliyyətinin 
dənizçi  forması  eyni  zamanda  piratlığı, 
zənginliklərin müsadirə olunmasını təmsil 
etdiyi  halda,  torpaq  oturaq  və  pastoral 
həyatı təmsil etməkdədir. Panarin bu du-
alist  görüşünü  müasir  (modern)  dünya-
mızı  izah  etmək  üçün  tətbiq  etməkdədir. 
“Günümüzdə  global  kapitalizm  görünü-
şü altında ən yüksək mərhələsinə qədəm 
qoymuş dənizçilik-tərzi həyatla qarşı-qar-
şıyayıq… Bu gün biz, dəniz sivilizasiyası-
nın global piratlığı ilə mübarizə aparmaq 
məcburiyyətində qalmışıq. ” [18, s. 128]
Panarin, yuxarıdakı fikirlərinə paralel 
olaraq  horizontal  (üfüqi)  və  vertikal  (şa-
quli)  kimi  digər  dualist  geopoltik  meta-
forlardan da istifadə etməkdədir. Avrasiya 
burada  Şərqi,  yəni  üfüqi  vektoru,  Qərb 
isə iyerarxik münasibəti ifadə edən verti-
kal geopolitik vektoru təmsil etməkdədir. 
Buna görə, ABŞ-ın liderliyi altında dəniz 
vəya Qərbin qüvvələri köhnə SSRİ coğra-
fiyasına (Avrasiyaya) və yaxud da “İkinci 
Dünyaya” müdaxiləyə başlamışdır. Onun 
düşüncəsinə  görə  Qərbin  Avrasiyaya 
müdaxilə  etməkdə  məqsədi,  Avrasiya-
nı  parçalamaq  və  onu  Üçüncü  Dünyaya 
çevirməkdir. Qərb məqsədyönlü bir forma-
da niyyətlərinə çatmaq üçün İkinci Dünya-
nı de-industrilizasiya (sənayeləşsizdirmə) 
prosesinin  içərisinə  çəkmişdir.  Qərbin 
təşviqi  və  səyləri  ilə  həyata  keçirilən  bu 
prosesin məqsədi inkişafın qarşısının alın-
masıdır. [19, s. 331]
Panarin,  Üçüncü  Dünya  Müharibəsi 
olaraq  gördüyü  Soyuq  Müharibənin 
bitməsiylə 
Dördüncü 
Dünya 
Müharibəsinin başladığını bildirməkdədir. 
Ona  görə  yeni  müharibədə  vəziyyət  ma-
nipulyasiya  edilmişdir.  Rusiya  hücuma 
məruz qalmadığı görüntüsünə son qoyma-
lıdır. Rusiya buna qarşı mübarizə aparacaq 
gücdə  deyildir,  ancaq  söhbət  onun  möv-
cudluğundan getdiyinə görə böyük Avra-
siya dövlətləri ilə birləşərək qlobal hücu-
ma  qarşı  mübarizənin mərkəzi olmalıdır. 
Rusiya Avrasiya dövlətləri ilə müttəfiqlik 
etməlidir,  çünki  Qərb  bütün  Avrasiya 
üzərində nəzarəti əlinə keçirməsi üçün bu 
dövlətləri təsirsiz hala gətirməlidir. [15, s. 
227]
Yuxarıdakı  fikirlərində  sivilizasiya-
ların  zidləşməsi  görüntüsünün  konkret 
ifadəsini  müşahidə  etmək  mümkündür. 
Burada  klassik  Alman  geopolitikasının 
izlərini  görmək  mümkündür.  Karl  Ha-
ushofer,  dövlətlərin  həyat  məkanlarının 
kifayyət  etməməsi  səbəbi  ilə  uc 
nöqtələrinin  müharibə  cəbhələrinə  çev-
rildiyini  yazmaqdaydı.  Klassik  geopo-
litik  məktəblə  yanaşı  Hantinqtonun  da 
“toqquşan sivilizasiyaların ən önəmli ak-
torları  dövlətlərdir”  düşüncəsi  Panarinin 
kontekstində də qəbul olunmaqdadır. 
Nəticə
Nəticə  etibarı  ilə  Panarin,  Avrasi-
ya  sivilizasiyası  üçün  ən  doğru  geopo-
litik  model  olaraq  Türk  –  Slavyan  bir-
liyini  qəbul  etməkdədir.  Daha  ümumi 

SİYASƏT
55
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
formada isə tərafdarlıq etdiyi avrasiyaçılıq 
düşüncəsinin, atlantizmin bütün dünyaya 
qəbul  etdirməyə  çalışdığı  inkişafın  Qərb 
modelinə  qarşı  alternatif  bir  sivilizasiya 
modeli olduğunu ifadə etməkdədir. Onun 
bu  alternatif  modelinin  əsasında,  Qərb 
fərdiyyətçiliyi  və  merkantilçiliyindən 
fərqli  olaraq  mənəvi  və  kollektivist  baş-
lanğıc  faktorları  dayanmaqdadır.  [18,  s. 
240-279] Tarixə baxışında isə A. Toynbi-
nin güclü təsiri altındadır. Toynbinin tarixə 
fəlsəfi-idealist baxışları istiqamətində Pa-
narin, gec və ya tez Qərb sivilizasiyasına 
qarşı  mübarizənin  başlayacağına  inan-
maqdadır.  Ona  görə  tarix  heçbir  zaman 
tək  bir  gücün  monoloqu  olmamışdır.  Bu 
mənada demək mümkündür ki, Panarinin 
Avrasiya modeli, siyasi bir layihə olmaq-
dan daha çox mədəni-fəlsəfi bir mahiyyət 
kəsb etməkdədir.
ƏDƏBİYYAT SİYAHISI:
1.  Johann P. Arnason, Civilizations in Dispute: Historical Questions and Theoreti-
cal Traditions, Leiden: Brill, 2003. 
2.  Samuel P. Huntington, Medeniyetler Çatışması ve Dünya Düzeninin Yeniden 
Kurulması, Çevirenler: Cem Soydemir, Mehmet Turhan, İstanbul: Okuyan Us Yayın, 
2008. 
3.  Norbert Elias, Uygarlık Süreci, Batılı Dünyevi Üst Tabakaların 
Davranışlarındaki Değişmeler, Çeviren: Ender Ateşman, İstanbul, İletişim Yayınevi, 
2000. 
4.  Immanuel Wallerstein, Geopolitics and Geoculture: Essays On The Changing 
World-System, New York: Cambridge University Press, 1997. 
5.  Immanuel Wallerstein, Jeopolitik ve Jeokültür, Çeviren: Mustafa Özel, İstanbul: 
İz Yay. , 1998. 
6.  John A. Agnew, Geopolitics: Re-visioning World Politics, London: Taylor & 
Francis, 2003.
7.  John A. Agnew, Stuart Corbridge, Mastering Space: Hegemony, Territory, and  
International Political Economy, London: Routledge, 1995. 
8.  Avdeeva L. R. , “Danilevskiy Nikolay Yakovleviç”, Russkaya Filosofiya, 
Lüğət, Moskva, 1999. 
9.  Oswald Spengler, The Decline of the West, New York: Oxford University 
Press, 1991. 
10. Arnold Toynbee, Uygarlık Yargılanıyor, İstanbul, Örgün Yayınevi, 2011. 
11. Arnold Toynbee, Çivilizaçiya Pered Sudom İstorii, Moskva: Ayris Press, 1995. 
12. Samuel Huntington, “Stolknovenie Çivilizaçii”, Polis, No. 1, 1994. 
13. Aleksandr Panarin, V V. İlyin, A. S. Akhiezer, Reformı i Kontrreformı v Rossii, 
Moskva: MGU, 1996. 

SİYASƏT
56
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
14. Aleksandr Panarin, “Raskoli i Sintezi: Konkurs Çivilizaçionnix Proektov v 
Evrazii”, “Vtoroya Evropa” ili “Tretiy Rim”? İzbrannaya soçialno-filosofskaya pub-
liçistika, Moskva: RAN, 1996. 
15. Aleksandr Panarin, Globalnoe Politicheskoe Prognozirovanie v Usloviakh Stra-
tegicheskoy Nestabilnosti, Moskva: URSS, 1999. 
16. Aleksandr Panarin, “Zabludivşchiyesya Zapadniki i Probudivşchiyesya Evra-
ziyçi”, Boris Erasov, (ed. ) Çivilizaçii i Kulturi, Cilt 1, Moskva: RAN. 
17. Aleksandr Panarin, Rossiya i Vostok: Geopolitika i Çivilizaçionnie Otnoşeniya, 
Moskva: RAN, 1996. 
18. Aleksandr Panarin, Rossiia v Çiklakh Mirovoy İstorii, Moskva: MGU, 1999. 
19. Aleksandr Panarin, Pravoslavnaya Tsivilizatsia v Globalnom Mire, Moskva: 
Algoritm, 2002. 
МАШДИ ДЖАЛАЛ оглы ИСМАЙЫЛОВ
Бакинский Государственный Университет
e-mail: m14ismayilov@gmail. com
УДК: 32 (091)
ГЕОПОЛИТИЧЕСКИЙ ПОДХОД В ЕВРОЗИЙСКОЙ МЫШЛЕНИЕ 
АЛЕКСАНДРА ПАНАРИНА К ЦИВИЛИЗАЦИИ
РЕЗЮМЕ 
В статье анализируется концепция цивилизации Александра Панарина и его 
подход к этой концепции с геополитической точки зрения. В этом контексте ис-
следуется  исторические  корни  цивилизационного  подхода  и  их  влияние  геопо-
литическим мышлениям Панарина. Одновременно в современном геополитиче-
ском контексте сравниваются понятие о цивилизации Панарина и С. Хантингтона. 
Здесь описывается геополитическая теория Панарина, который предлагает общий 
эсхатологический обзор мира. 
Ключевые слова: евразийство, цивилизация, геополитика
Məqalənin redaksiyaya daxil olma tarix: 18. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir. 
Rəyçi: prof. H. B. Məmmədov

SİYASƏT
57
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
VƏLIYULLA BEYDULLA OĞLU CƏFƏROV
Bakı Dövlət Universiteti
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti
e-mail: valicafarov@mail. ru
UOT: 327-027. 21
«İCTİMAİ DİPLOMATİYA»DAN «NOOSİYASƏT»Ə 
SƏMTLƏNƏN DÜNYA ÇAĞDAŞ BAXIŞLARIN KƏSİŞMƏ 
NÖQTƏSİNDƏ
XÜLASƏ
XX əsrin ikinci yarısından dövlətlərarası siyasətdə və diplomatiyada yeni inkişaf 
meylləri müşahidə olunsa da, hələ “soyuq müharibə” davam edirdi. Artıq zaman “ic-
timai  diplomatiyanın”  real  nəticələrini  beynəlxalq  münasibətlərin  mənzərəsini  dəyişə 
biləcək bir faktor kimi təsdiqləmişdi. Xüsusilə “mülayim güc” fenomeni ətrafında elmi 
mülahizələr xeyli aktuallaşmışdı. Məqalədə yeni informasiya əsrində dövlətlərin xarici 
siyasət strategiyasının əsasında da ictimai diplomatiyanın noosiyasətlə bağlılığı araşdı-
rılır. 
Açar sözlər: “ictimai diplomatiya” , ”Soyuq müharibə”, beynəlxalq münasibətlər 
sistemi,  .  informasiya,  “mülayim  güc”,  kommunikasiya,  “virtual  diplomatiya”, 
“informasiya gücü”, informasiya strategiyası və s.
Müasir dünya siyasətində, beynəlxalq 
münasibətlər  sistemində  və  dovlətlərarası 
əlaqələrdə  baş  verən  sürətli  dəyişikliklər 
nəzəriyyəçiləri 
və 
bu 
proseslərin 
tədqiqatçılarını ilk növbədə mövcud real-
lıqları  əks  etdirə  biləcək  termin  və  anla-
yışların qıtlığı, əksər hallarda isə yoxluğu 
problemi ilə üzləşdirir. Nəticədə hər kəsin 
mahiyyətini  və  mənasını  yetərincə  dərk 
edə bilmədiyi qloballaşma, inteqrasiya, to-
lerantlıq,  multikulturalizm  kimi  terminlər 
leksikona daxıl olur və oturaqlıq qazanır. 
Etiraf  olunmalıdır  ki,  indiki  şəraitdə  baş 
“termin  ixracatçıları”  rolunda  qərb,  və 
daha çox ABŞ tədqiqatçıları çıxış edirlər. 
Onlara bu kimi imkanları yaradan amillər 
yetərincədir. 
A.  B.  Fletçer  adına Tafta  Universite-
tinin  hüquq  və  diplomatiya  məktəbinin 
dekanı  Edmund  Qullion  tərəfindən 
dövriyyəyə  buraxılan  “ictimai  diploma-
tiya”  (public  diplomacy).  [2]  termini  də 
zamanında  populyarlıq  qazanan  bir  ter-
min  idi.  Müəllifin  yazdığı  kimi,  ənənəvi 
diplomatiyadan fərqli olaraq “ictimai dip-
lomatiya”  bir  dövlətin  (ABŞ  nəzərdə  tu-
tulur) digər dövlətin xarici-siyasi qərarlar 
qəbul  etməsinə  təsir  göstərə  biləcək 
mexanizmlərin  səmərəliliyini  artırmaq 
üçün  mümkün  vasitələrdən  məqsədyönlü 

SİYASƏT
58
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Vəliyulla Beydulla oğlu Cəfərov
şəkildə  istifadə  olunmasına  yönəlmiş 
fəaliyyət  kimi  insanların  şüuruna  təsir 
göstərməklə  öz  mənafelərinə  uygun  icti-
mai rəy formalaşdırmaq məqsədi daşıyır. 
Bu  sırada  ayrı-ayrı  şirkətlərin,  iş  adam-
larının,  kütləvi  informasiya  vasitələrinin 
də yeri aydın görünür. ”Soyuq müharibə” 
illərində  belə  düşünülmüş  siyasi  kursun 
gerçəkləşməsi  əslində  dünya  siyasətində 
yeni mərhələyə keçid kimi dəyərləndirilə 
bilər. 
Yeni əsrin başlanğıcı “rəqəmsal inqi-
lab” effekti yaratmaqla dünya düzənində 
öz  çəkisini  qoruyub  saxlamaq  istəyində 
olan  dövlətləri  “ictimai  diplomatiya” 
yeni  nəzərlərlə  baxmağa  vadar  etdi.  Xa-
rici  və  daxili  siyasətdə,  eləcə  də  diplo-
matiyada  informasiya  məfhumuna  baxış 
bucağı kökündən dəyişdi. Bu proseslərin 
elmi-nəzəri  dəyərini  verməyin  ağır-
lığı  yenə  də  fikir  sahiblərinin  çiyninə 
düşdü.  Bu  məqamda  “.  .  .  informa-
siya  və  təbliğat  siyasətdən  irəlidə 
getməlidir”(Lord  Biverbuk.  (1879-1964)
ingilis  siyasətçisi,  naşir.  )  deyimi  əsl 
istiqa-məti  müəyyənləşdirməkdə  köməyə 
gəldi.  Sonrakı  illərdə  informasiya  “icti-
mai  diplomatiya”nın  əsas  elementi  kimi 
pasportlaşdı.  Məqsədimiz  dövlətlərin 
digərlərinə  münasibətdə  davranışının 
ötən  əsri  ortalarından  üzü  bu  yana  han-
sı  dolanbaclardan  keçdiyini,  zamanın 
çağdaş  durumunda  təzahürlərini  elmi-
nəzəri  dəyərləndirməkdən  ibarətdir.  Bu 
məqsədlə  keçəcəyimiz  yolda  çoxsaylı 
qərb  müəllifləri  ilə  yanaşı  addımlamaq 
zorundayıq. 
Qeyd  edək  ki,  ABS  siyasi 
məfkurəsində  hələ  ötən  əsrin  30-cu 
illərində  amerikalı  tədqiqatçı  F.  Barqxon 
tərəfindən dövriyyəyə buraxılan «mədəni 
diplomatiya»,  soradan  “yeni  diploma-
tiya”  ,  ”xarici  siyasətdə  dördüncü  ya-
naşma”  terminləri  aktuallaşdı.  Bu  gün 
isə  həm  “ictimai  diplomatiya”,  həm  də 
«mədəni  diplomatiya»  hər  bir  dövlətin 
xarici  siyasət  cəbbəxanasında  özunə  yer 
alan xarici mədəni siyasət fenomeni kimi. 
uzunmüddətli əməkdaşlığa və tərfdaşlığa 
hesablanmış konseptual əsaslara söykənən 
strateji fəaliyyətin forma və metodlarının 
toplusudur.  Beynəlxalq  münasibətlərn 
mövcudluğunun bütün dönəmlərində bit-
kin  açıqlaması  olmayan  bu  tiplı  gedişlər 
həmişə xarici mədəni siyasətin əhəmiyyətli 
tərkib elementi kimi digər komponentlərlə 
vəhdətdə təzahür etsə də düzgün adı indi 
də tapılmayıb. 
XX  əsrin  sonuna  doğru  amerikalı 
politoloq,  Harvard  Universitetinin  pro-
fessoru  Cozef  Nay  “mülayim  güc”  (soft 
power)  konsepsiyası  ilə  bir  neçə  proble-
min  həllində  iz  qoya  bildi.  1990-cı  ildə 
ABŞ Dövlət katibinin keçmiş köməkçisi, 
sonralar  isə  Müdafiə  Naziririnin  müavi-
ni C. Nay öz növbəsində ABŞ siyasətini 
pərdələyən  “mülayim  güc”  fenomeni-
nin  əsasında  bu  dövlətin  xarici-mədəni 
simasını  onun  hərbi  qüdrəti  və  gücü,  iq-
tisadiyyatı  hesabına  formalaşdırmağın 
mümkünsüzlüyünü  təsdiqlədi  və  inanr-
dı  ki,  “ictımai  diplomatiya”  bütövlükdə 
“mülayim  güc”  deməkdir.  [2;3]Digər 
dövlətlərə iqtisadi yardımlar göstərməklə, 
demokratik  institutların  formalaşmasına 
dəstək verməklə rəğbət və etimad qazan-
maq daha asan, az məsrəfli və daha effekt-
lidir.  Hansı  bucaq  altında  nəzər  tuşlansa 
də, “ictımai diplomatiya” anlamı mədəni 
əməkdaşlıqla  eynilik  təsəvvürü  yaratmır. 

SİYASƏT
59
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
Bu daha çox bir dövlətin mədəniyyətinin 
digər  mədəniyyətlər  uzərində  zəfər  yü-
rüşü  taktikasıdır.  Halbuki  qloballaşan 
dünya  mədəni  dialoqun  zərurətini  inkar 
emir və bu zərurətin insanlıq üçün faydalı 
məcraya yönəldilməsini diqtə edir. Qarşı-
lıqlı  mədəni  əməkdaşlıq,  dövlətin  xarici 
-mədəni simasını formalaşdırmaq siyasəti 
heç  vaxt  bəşər  övladını  vahid  planetar 
mədəniyyətə qovuşdurmayacaq. Bu danı-
maz həqiqətin inkar olunması düşüncədən 
kənardır, daha dogrusu, Naylıq deyildir. 
Beləliklə,  “ictımai  diplomatiya”nın 
əsas  məramı  transmilli  ideyaların 
gerçəkləşməsi  yolunda  kommunikasi-
ya  və  fasiləsiz  informasiya  axını  kimi 
qəbul olunmalıdır. Bu fenomenin təbiətini 
açmaq  niyyətində  bulunan  Britaniya-
lı  tədqiqatçı  Leonard  Mark  göstərir  ki, 
“ictimai  diplomatiya”  cütşaxəlidir.  Onun 
bir  qolu  əməkdaşlığa  yönəlmiş  “ictimai 
diplomatiya”  (qarşı  tərəflə  mübadilələr 
aparmaq, 
birgə 
layihələr 
həyata 
keçirmək)  ,  ikinci  qolu  isə  rəqabət  “icti-
mai  diplomatiya”sıdır  (hər  hansı  dövlətə 
münasibətdə digər dövlətləri qabaqlamaq, 
özünün  daha  humanist,  daha  cəlbedici 
olmasını  təsdiqləmək  və  bununla  da 
yad  auditoriyanın  rəğbətini  qazanmaq  ). 
Dəyişən  dünyada  “ictimai  diplomatiya” 
ilə  bağlı  keçmiş  təsəvvürlərin  effektsiz 
olduğunu etiraf edən müəllif rəqabət mey-
danında  informasiyanın  önəmini  xüsusi 
vurğulayır. Bu maraqlı yanaşma “ictimai 
diplomatiya”nin  üçmərhələli  ardıcıllıq-
la  :  məlumatlandırma  -  təsirgöstərmə  və 
əlaqələrin  qurulması,  şəklində  aparıl-
masının  daha  ağlabatan  olduğuna  inan-
dırır.  Göstərilən  ardıcıllıqdakı  sonuncu 
element  əməkdaşlığa  yönəlmiş  “ictımai 
diplomatiya”dir.  İnformasiya  məfhumu 
“ictımai  diplomatiya”nin  əsasında  daya-
nan  faktordur.  Bu  zaman  dövlət  haqqın-
da təsəvvür formalaşdıra biləcək hər şey, 
kütləvi- informasiya vasitələri və internet 
də daxil olmaqla mədəni-kütləvi tədbirlər, 
sərgilər,  qardaşlaşan  şəhərlər  layihələri, 
səfərlər,  tədris-mübadilə  proqramları,  id-
man yarışları, kinofestivallar informasiya 
anlamına daxil edilir. 
Belə  qərara  gəlməliyik  ki,  “ictımai 
diplomatiya”  əslində  kommunikasiya-
nin  formalarından  biridir  və  sonda  in-
formasiya  məkanının  formalaşmasına 
xidmət  edir.  Hadisələrin  və  proseslərin 
belə  inkişafı  xarici  siyasət  strategiyasın-
da  yeni  bir  istiqamət-  noosiyasət  (noo-
politik)  formalaşdırır.  Rus  tədqiqatçıları 
dünya  siyasətində  və  beynəlxalq 
münasibətlərdəki  yeni  tendensiyalara  üz 
tutarkən  noosiyasəti  kutləvi-informasiya 
vasitələri ilə gerçəkləşən informasiya stra-
tegyası adlandırırlar. Terminin müəllifləri 
(Arquilla  J.  ,  Ronfeldt  D.  -amerika)  də 
noosiyasəti təqribən eyni səkildə - İnfor-
masiya  əsrində  formalaşan  xarici  siyasət 
strategiyası  kimi  ideyaların  maraqların, 
normaların “mülayim güc” səklində real-
laşması adlandırırlar. [6] 
Yeni  əsrin  başlanğıcında  keyfiyyətcə 
yeni  surətli  və  effektiv  mübadilə 
aparılmasında(“ictimai  diplomatiya”da) 
internet,  peyk  rabitəsi,  mobil  operator 
şəbəkələri, telekommunikasiya sistemləri 
öncüllüyü  ələ  aldığından  “mülayim 
güc”dən  kənar  baxıla  bilməyən  “vir-
tual  diplomatiya”,  “infomasiya  gücü” 
kimi  yeni  anlayışlar  formalaşdı.  İnfd-
rmasiyanın  dövlət  siyasətində,  “ictimai 
diplomatiya”da  yetərli  rolunu  diqqətdən 

SİYASƏT
60
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Vəliyulla Beydulla oğlu Cəfərov
kənarda qoymayan C. Nay uzunmüddətli 
mədəni  əlaqələr  və  informasiya  strate-
giyası  hazırlayarkən  üç  istiqamətdə  is 
görülməsini vacib sayır:
1.  Gündəlik  ünsiyyət  -(dövlət,  onun 
siyasəti,  görəcəyi  işlər  ,  atacağı  addım-
lar  barədə  bütün  şəbəkələr  vasitəsi  ilə 
məlumatlar yaymaq)
2. Strateji ünsiyyət (maraqların təmin 
olunmasına cəhdlər)
3.  Etibarlı  əlaqələrə  nail  olmaq  (se-
minarlar,  konfranslar  keçirmək,  ianələr 
vermək,  təqaüdlər  təsis  etmək,  iç  adam-
ları,  fikir  sahibləri  ilə  təmas  nöqtələrini 
tapmaq və informasiya şəbəkələrinə çıxışı 
təmin  etmək.  Amerikanlar  bu  mərhələni 
“ictimai  diplomatiya”nın  “sonuncu  addı-
mı” adlandırırlar. ) [11. 184-187] 
İnformasiya şəbəkələrinə çıxış əslində 
kütləvi-informasiya  vasitələrindən  “ic-
timai  diplomatiya”nın  baş  seqmeti  kimi 
stratei  informasiya  məkanında  oturaqlıq 
qazanmağa hesablanan noosiyasətdir. [5]
“İctimai  diplomatiya”  fenomeninə 
aydınliq gətirmək istəyndə olan diqərləri 
də(Cefferi  Kovan  və  Amelio  Arseno-
ABŞ) dövlətin xarici siyasətinin daha çox 
informasiya  (kommunikasiya)  ilə  bağ-
lılığını  inkar  etmədən  monoloq,  dialoq 
və  əməkdaşlıq  mərhələlərindən  keçdiyi-
ni  təsdiqləyirlər.  Monoloq  səviyyəsində 
dövlət  birtərəli  qaydada  özünü  təqdim 
edir, öz pzitiv imicini formalaşdırırr. Son-
rakı  mərhələlərdə  də  çeşidli  gedişlərlə 
əməkdaşlıq mühiti formalaşdırılır. Sonda 
etimad qazanılarsa “ictimai diplomatiya” 
mexanizmi  tam  gücü  ilə  saat  əqrəbləri 
istiqamətində hərəkətə gəlir. [7]
Bütövlükdə  isə  belə  bir  qənaət  for-
malaşır  ki,  iqtisadi  baxımdan  imkan-
lı  dövlətlərin  informasiya  məkanında 
liderliyə  can  atması  zamanın  tələbindən 
qaynaqlanır. Hətta bir çox məqamlarda bö-
yük dövlətlərin ideoloqları kiçik dövlətlərin 
informasiya məkanında uzunmüddətli yer 
tuta  bilməyəcəyini  iddia  edirlər  və  on-
ların  dominant  dövlətlərin  təklif  etdiyi 
xidmətlərdən yararlanmasını təklif edirlər. 
Beynəlxalq  münasibətlər  nəzəriyyəsində 
bu tipli yanaşma “David effekti” adlanır. 
İnformasiya  məkanında  fərqli  strategiya-
ların  rəqabəti  əslində  noosiyasət  termini 
ilə  pərdələnir.  Artıq  geosiyasətin  də  öz 
yerini  semantikası  qaranlıq,  istiqaməti 
isə  aydın  olan  noosiyasətə  (kutləvi  in-
formasiya  vasitələri  ilə  gerçəkləşən  in-
formasiya 
strategyasıyasına-“ictimai 
diplomatiya”ya)  güzəştə  gedəcəyi  şübhə 
yaratmır. 
Bu qənaəti yaşadığımız və şahidi ol-
duğumuz qlobal transformasiyalar və ar-
dınca  göyk  dövlətlərin  formalaşdırmağa 
tələsdiyi  və  zamanın  çağırışlarına  cavab 
ola  biləcək  «qlobal  siasətdir.  «  [8].  Bu 
zaman  və  məkan  ölçülərinə  sığmayan, 
dövlətlərin  real  sərhədlərindən  uzaqlq-
rda  yuvalanan  xarici  siyasət  strategiya-
sıdır. Bunu siyasi məkan adlandırsaq da, 
əslində  informasiya  məkanı  kimi  başa 
düşməliyik.  Bir  vatlar  siyasi  məkanın 
dəyərləndirilməsidə  işləklik  qazanan  qe-
osiyasi  konsepbiyalar  artıq  ömrünü  başa 
vurduğundan qlobal məkana « noosiyasət» 
gözü ilə baxmağın vaxtıdır.

SİYASƏT
61
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
ƏDƏBİYYAT SİYAHISI:
1.  Давыдов Ю. Понятие «жесткой» и «мягкой» силы в теории 
международных отношений Международные процессы. Т. 2. 2004. № 1 (4). С. 
74–76. 
2.  Долинский А. Дискурс о публичной дипломатии. http://www. intertrends. 
ru/
3.  Зонова Т. Публичная дипломатия и ее акторы http://www. mgimo. ru/
4.  Кастельс, М. Информационная эпоха: экономика, общество и культура. - 
М. , 2000. 
5.  Никонов C. Ноополитика, как информационная стратегия. - M. , 2012. . 
6.  Никонов C Ноополитика как инструмент продвижения экономических 
интересов госудаств www. chaskor. ru/. 
7.  Обринская Е. Ноополитика как внешнеполитическая стратегия: проблема 
дефиниции. Политические науки. №5. 2004 . http://national-science. ru/
8.  Плугатаренко Н. Полипарадигмальный подход в исследовании 
политического пространства:«Политика и общество». -2011. -№4(82). -С. 120-
125. 
9.  Хантингтон, С. Столкновение цивилизаций. - М. , 2003. 
10. Хелд, Д. и др. Глобальные трансформации: Политика, экономика, 
культура. - М. , 2004. 
11. Ширин С. Фактор внешней среды в современной глобальной системе 
международных отношений // Международные процессы. Т. 3. 2005. № 3 (9). С. 
180–184. 

Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin