SİYASƏT
54
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
Şmidin geopolitik nəzəriyyələri əsasında
qurmaqdadır. Belə ki, Makinderin “tor-
paq” (qitə) və “dəniz” (okean) geopolitik
arxetiplərini Şmidin “gəmi” (dəniz) və
“ev” (torpaq) metaforaları ilə birləşdirərək
özünün sivilizasiyaların geopolitikası
fikirlərinə uyğunlaşdırmışdır. Gəmi bura-
da dənizcilikdə olduğu kimi həyatda da
hərəkəti simvollaşdırmaqdadır. Bunun əks
qütbündə ev yer almaqdadır. Ev isə torpaq-
mərkəzli həyatı və sabitliyi (durğunluğu)
təmsil etməkdədir. Həyat fəaliyyətinin
dənizçi forması eyni zamanda piratlığı,
zənginliklərin müsadirə olunmasını təmsil
etdiyi halda, torpaq oturaq və pastoral
həyatı təmsil etməkdədir. Panarin bu du-
alist görüşünü müasir (modern) dünya-
mızı izah etmək üçün tətbiq etməkdədir.
“Günümüzdə global kapitalizm görünü-
şü altında ən yüksək mərhələsinə qədəm
qoymuş dənizçilik-tərzi həyatla qarşı-qar-
şıyayıq… Bu gün biz, dəniz sivilizasiyası-
nın global piratlığı ilə mübarizə aparmaq
məcburiyyətində qalmışıq. ” [18, s. 128]
Panarin, yuxarıdakı fikirlərinə paralel
olaraq horizontal (üfüqi) və vertikal (şa-
quli) kimi digər dualist geopoltik meta-
forlardan da istifadə etməkdədir. Avrasiya
burada Şərqi, yəni üfüqi vektoru, Qərb
isə iyerarxik münasibəti ifadə edən verti-
kal geopolitik vektoru təmsil etməkdədir.
Buna görə, ABŞ-ın liderliyi altında dəniz
vəya Qərbin qüvvələri köhnə SSRİ coğra-
fiyasına (Avrasiyaya) və yaxud da “İkinci
Dünyaya” müdaxiləyə başlamışdır. Onun
düşüncəsinə görə Qərbin Avrasiyaya
müdaxilə etməkdə məqsədi, Avrasiya-
nı parçalamaq və onu Üçüncü Dünyaya
çevirməkdir. Qərb məqsədyönlü bir forma-
da niyyətlərinə çatmaq üçün İkinci Dünya-
nı de-industrilizasiya (sənayeləşsizdirmə)
prosesinin içərisinə çəkmişdir. Qərbin
təşviqi və səyləri ilə həyata keçirilən bu
prosesin məqsədi inkişafın qarşısının alın-
masıdır. [19, s. 331]
Panarin, Üçüncü Dünya Müharibəsi
olaraq gördüyü Soyuq Müharibənin
bitməsiylə
Dördüncü
Dünya
Müharibəsinin başladığını bildirməkdədir.
Ona görə yeni müharibədə vəziyyət ma-
nipulyasiya edilmişdir. Rusiya hücuma
məruz qalmadığı görüntüsünə son qoyma-
lıdır. Rusiya buna qarşı mübarizə aparacaq
gücdə deyildir, ancaq söhbət onun möv-
cudluğundan getdiyinə görə böyük Avra-
siya dövlətləri ilə birləşərək qlobal hücu-
ma qarşı mübarizənin mərkəzi olmalıdır.
Rusiya Avrasiya dövlətləri ilə müttəfiqlik
etməlidir, çünki Qərb bütün Avrasiya
üzərində nəzarəti əlinə keçirməsi üçün bu
dövlətləri təsirsiz hala gətirməlidir. [15, s.
227]
Yuxarıdakı fikirlərində sivilizasiya-
ların zidləşməsi görüntüsünün konkret
ifadəsini müşahidə etmək mümkündür.
Burada klassik Alman geopolitikasının
izlərini görmək mümkündür. Karl Ha-
ushofer, dövlətlərin həyat məkanlarının
kifayyət etməməsi səbəbi ilə uc
nöqtələrinin müharibə cəbhələrinə çev-
rildiyini yazmaqdaydı. Klassik geopo-
litik məktəblə yanaşı Hantinqtonun da
“toqquşan sivilizasiyaların ən önəmli ak-
torları dövlətlərdir” düşüncəsi Panarinin
kontekstində də qəbul olunmaqdadır.
Nəticə
Nəticə etibarı ilə Panarin, Avrasi-
ya sivilizasiyası üçün ən doğru geopo-
litik model olaraq Türk – Slavyan bir-
liyini qəbul etməkdədir. Daha ümumi
SİYASƏT
55
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
formada isə tərafdarlıq etdiyi avrasiyaçılıq
düşüncəsinin, atlantizmin bütün dünyaya
qəbul etdirməyə çalışdığı inkişafın Qərb
modelinə qarşı alternatif bir sivilizasiya
modeli olduğunu ifadə etməkdədir. Onun
bu alternatif modelinin əsasında, Qərb
fərdiyyətçiliyi və merkantilçiliyindən
fərqli olaraq mənəvi və kollektivist baş-
lanğıc faktorları dayanmaqdadır. [18, s.
240-279] Tarixə baxışında isə A. Toynbi-
nin güclü təsiri altındadır. Toynbinin tarixə
fəlsəfi-idealist baxışları istiqamətində Pa-
narin, gec və ya tez Qərb sivilizasiyasına
qarşı mübarizənin başlayacağına inan-
maqdadır. Ona görə tarix heçbir zaman
tək bir gücün monoloqu olmamışdır. Bu
mənada demək mümkündür ki, Panarinin
Avrasiya modeli, siyasi bir layihə olmaq-
dan daha çox mədəni-fəlsəfi bir mahiyyət
kəsb etməkdədir.
ƏDƏBİYYAT SİYAHISI:
1. Johann P. Arnason, Civilizations in Dispute: Historical Questions and Theoreti-
cal Traditions, Leiden: Brill, 2003.
2. Samuel P. Huntington, Medeniyetler Çatışması ve Dünya Düzeninin Yeniden
Kurulması, Çevirenler: Cem Soydemir, Mehmet Turhan, İstanbul: Okuyan Us Yayın,
2008.
3. Norbert Elias, Uygarlık Süreci, Batılı Dünyevi Üst Tabakaların
Davranışlarındaki Değişmeler, Çeviren: Ender Ateşman, İstanbul, İletişim Yayınevi,
2000.
4. Immanuel Wallerstein, Geopolitics and Geoculture: Essays On The Changing
World-System, New York: Cambridge University Press, 1997.
5. Immanuel Wallerstein, Jeopolitik ve Jeokültür, Çeviren: Mustafa Özel, İstanbul:
İz Yay. , 1998.
6. John A. Agnew, Geopolitics: Re-visioning World Politics, London: Taylor &
Francis, 2003.
7. John A. Agnew, Stuart Corbridge, Mastering Space: Hegemony, Territory, and
International Political Economy, London: Routledge, 1995.
8. Avdeeva L. R. , “Danilevskiy Nikolay Yakovleviç”, Russkaya Filosofiya,
Lüğət, Moskva, 1999.
9. Oswald Spengler, The Decline of the West, New York: Oxford University
Press, 1991.
10. Arnold Toynbee, Uygarlık Yargılanıyor, İstanbul, Örgün Yayınevi, 2011.
11. Arnold Toynbee, Çivilizaçiya Pered Sudom İstorii, Moskva: Ayris Press, 1995.
12. Samuel Huntington, “Stolknovenie Çivilizaçii”, Polis, No. 1, 1994.
13. Aleksandr Panarin, V V. İlyin, A. S. Akhiezer, Reformı i Kontrreformı v Rossii,
Moskva: MGU, 1996.
SİYASƏT
56
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
14. Aleksandr Panarin, “Raskoli i Sintezi: Konkurs Çivilizaçionnix Proektov v
Evrazii”, “Vtoroya Evropa” ili “Tretiy Rim”? İzbrannaya soçialno-filosofskaya pub-
liçistika, Moskva: RAN, 1996.
15. Aleksandr Panarin, Globalnoe Politicheskoe Prognozirovanie v Usloviakh Stra-
tegicheskoy Nestabilnosti, Moskva: URSS, 1999.
16. Aleksandr Panarin, “Zabludivşchiyesya Zapadniki i Probudivşchiyesya Evra-
ziyçi”, Boris Erasov, (ed. ) Çivilizaçii i Kulturi, Cilt 1, Moskva: RAN.
17. Aleksandr Panarin, Rossiya i Vostok: Geopolitika i Çivilizaçionnie Otnoşeniya,
Moskva: RAN, 1996.
18. Aleksandr Panarin, Rossiia v Çiklakh Mirovoy İstorii, Moskva: MGU, 1999.
19. Aleksandr Panarin, Pravoslavnaya Tsivilizatsia v Globalnom Mire, Moskva:
Algoritm, 2002.
МАШДИ ДЖАЛАЛ оглы ИСМАЙЫЛОВ
Бакинский Государственный Университет
e-mail: m14ismayilov@gmail. com
УДК: 32 (091)
ГЕОПОЛИТИЧЕСКИЙ ПОДХОД В ЕВРОЗИЙСКОЙ МЫШЛЕНИЕ
АЛЕКСАНДРА ПАНАРИНА К ЦИВИЛИЗАЦИИ
РЕЗЮМЕ
В статье анализируется концепция цивилизации Александра Панарина и его
подход к этой концепции с геополитической точки зрения. В этом контексте ис-
следуется исторические корни цивилизационного подхода и их влияние геопо-
литическим мышлениям Панарина. Одновременно в современном геополитиче-
ском контексте сравниваются понятие о цивилизации Панарина и С. Хантингтона.
Здесь описывается геополитическая теория Панарина, который предлагает общий
эсхатологический обзор мира.
Ключевые слова: евразийство, цивилизация, геополитика
Məqalənin redaksiyaya daxil olma tarix: 18. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir.
Rəyçi: prof. H. B. Məmmədov
SİYASƏT
57
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
VƏLIYULLA BEYDULLA OĞLU CƏFƏROV
Bakı Dövlət Universiteti
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti
e-mail: valicafarov@mail. ru
UOT: 327-027. 21
«İCTİMAİ DİPLOMATİYA»DAN «NOOSİYASƏT»Ə
SƏMTLƏNƏN DÜNYA ÇAĞDAŞ BAXIŞLARIN KƏSİŞMƏ
NÖQTƏSİNDƏ
XÜLASƏ
XX əsrin ikinci yarısından dövlətlərarası siyasətdə və diplomatiyada yeni inkişaf
meylləri müşahidə olunsa da, hələ “soyuq müharibə” davam edirdi. Artıq zaman “ic-
timai diplomatiyanın” real nəticələrini beynəlxalq münasibətlərin mənzərəsini dəyişə
biləcək bir faktor kimi təsdiqləmişdi. Xüsusilə “mülayim güc” fenomeni ətrafında elmi
mülahizələr xeyli aktuallaşmışdı. Məqalədə yeni informasiya əsrində dövlətlərin xarici
siyasət strategiyasının əsasında da ictimai diplomatiyanın noosiyasətlə bağlılığı araşdı-
rılır.
Açar sözlər: “ictimai diplomatiya” , ”Soyuq müharibə”, beynəlxalq münasibətlər
sistemi, . informasiya, “mülayim güc”, kommunikasiya, “virtual diplomatiya”,
“informasiya gücü”, informasiya strategiyası və s.
Müasir dünya siyasətində, beynəlxalq
münasibətlər sistemində və dovlətlərarası
əlaqələrdə baş verən sürətli dəyişikliklər
nəzəriyyəçiləri
və
bu
proseslərin
tədqiqatçılarını ilk növbədə mövcud real-
lıqları əks etdirə biləcək termin və anla-
yışların qıtlığı, əksər hallarda isə yoxluğu
problemi ilə üzləşdirir. Nəticədə hər kəsin
mahiyyətini və mənasını yetərincə dərk
edə bilmədiyi qloballaşma, inteqrasiya, to-
lerantlıq, multikulturalizm kimi terminlər
leksikona daxıl olur və oturaqlıq qazanır.
Etiraf olunmalıdır ki, indiki şəraitdə baş
“termin ixracatçıları” rolunda qərb, və
daha çox ABŞ tədqiqatçıları çıxış edirlər.
Onlara bu kimi imkanları yaradan amillər
yetərincədir.
A. B. Fletçer adına Tafta Universite-
tinin hüquq və diplomatiya məktəbinin
dekanı Edmund Qullion tərəfindən
dövriyyəyə buraxılan “ictimai diploma-
tiya” (public diplomacy). [2] termini də
zamanında populyarlıq qazanan bir ter-
min idi. Müəllifin yazdığı kimi, ənənəvi
diplomatiyadan fərqli olaraq “ictimai dip-
lomatiya” bir dövlətin (ABŞ nəzərdə tu-
tulur) digər dövlətin xarici-siyasi qərarlar
qəbul etməsinə təsir göstərə biləcək
mexanizmlərin səmərəliliyini artırmaq
üçün mümkün vasitələrdən məqsədyönlü
SİYASƏT
58
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Vəliyulla Beydulla oğlu Cəfərov
şəkildə istifadə olunmasına yönəlmiş
fəaliyyət kimi insanların şüuruna təsir
göstərməklə öz mənafelərinə uygun icti-
mai rəy formalaşdırmaq məqsədi daşıyır.
Bu sırada ayrı-ayrı şirkətlərin, iş adam-
larının, kütləvi informasiya vasitələrinin
də yeri aydın görünür. ”Soyuq müharibə”
illərində belə düşünülmüş siyasi kursun
gerçəkləşməsi əslində dünya siyasətində
yeni mərhələyə keçid kimi dəyərləndirilə
bilər.
Yeni əsrin başlanğıcı “rəqəmsal inqi-
lab” effekti yaratmaqla dünya düzənində
öz çəkisini qoruyub saxlamaq istəyində
olan dövlətləri “ictimai diplomatiya”
yeni nəzərlərlə baxmağa vadar etdi. Xa-
rici və daxili siyasətdə, eləcə də diplo-
matiyada informasiya məfhumuna baxış
bucağı kökündən dəyişdi. Bu proseslərin
elmi-nəzəri dəyərini verməyin ağır-
lığı yenə də fikir sahiblərinin çiyninə
düşdü. Bu məqamda “. . . informa-
siya və təbliğat siyasətdən irəlidə
getməlidir”(Lord Biverbuk. (1879-1964)
ingilis siyasətçisi, naşir. ) deyimi əsl
istiqa-məti müəyyənləşdirməkdə köməyə
gəldi. Sonrakı illərdə informasiya “icti-
mai diplomatiya”nın əsas elementi kimi
pasportlaşdı. Məqsədimiz dövlətlərin
digərlərinə münasibətdə davranışının
ötən əsri ortalarından üzü bu yana han-
sı dolanbaclardan keçdiyini, zamanın
çağdaş durumunda təzahürlərini elmi-
nəzəri dəyərləndirməkdən ibarətdir. Bu
məqsədlə keçəcəyimiz yolda çoxsaylı
qərb müəllifləri ilə yanaşı addımlamaq
zorundayıq.
Qeyd edək ki, ABS siyasi
məfkurəsində hələ ötən əsrin 30-cu
illərində amerikalı tədqiqatçı F. Barqxon
tərəfindən dövriyyəyə buraxılan «mədəni
diplomatiya», soradan “yeni diploma-
tiya” , ”xarici siyasətdə dördüncü ya-
naşma” terminləri aktuallaşdı. Bu gün
isə həm “ictimai diplomatiya”, həm də
«mədəni diplomatiya» hər bir dövlətin
xarici siyasət cəbbəxanasında özunə yer
alan xarici mədəni siyasət fenomeni kimi.
uzunmüddətli əməkdaşlığa və tərfdaşlığa
hesablanmış konseptual əsaslara söykənən
strateji fəaliyyətin forma və metodlarının
toplusudur. Beynəlxalq münasibətlərn
mövcudluğunun bütün dönəmlərində bit-
kin açıqlaması olmayan bu tiplı gedişlər
həmişə xarici mədəni siyasətin əhəmiyyətli
tərkib elementi kimi digər komponentlərlə
vəhdətdə təzahür etsə də düzgün adı indi
də tapılmayıb.
XX əsrin sonuna doğru amerikalı
politoloq, Harvard Universitetinin pro-
fessoru Cozef Nay “mülayim güc” (soft
power) konsepsiyası ilə bir neçə proble-
min həllində iz qoya bildi. 1990-cı ildə
ABŞ Dövlət katibinin keçmiş köməkçisi,
sonralar isə Müdafiə Naziririnin müavi-
ni C. Nay öz növbəsində ABŞ siyasətini
pərdələyən “mülayim güc” fenomeni-
nin əsasında bu dövlətin xarici-mədəni
simasını onun hərbi qüdrəti və gücü, iq-
tisadiyyatı hesabına formalaşdırmağın
mümkünsüzlüyünü təsdiqlədi və inanr-
dı ki, “ictımai diplomatiya” bütövlükdə
“mülayim güc” deməkdir. [2;3]Digər
dövlətlərə iqtisadi yardımlar göstərməklə,
demokratik institutların formalaşmasına
dəstək verməklə rəğbət və etimad qazan-
maq daha asan, az məsrəfli və daha effekt-
lidir. Hansı bucaq altında nəzər tuşlansa
də, “ictımai diplomatiya” anlamı mədəni
əməkdaşlıqla eynilik təsəvvürü yaratmır.
SİYASƏT
59
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
Bu daha çox bir dövlətin mədəniyyətinin
digər mədəniyyətlər uzərində zəfər yü-
rüşü taktikasıdır. Halbuki qloballaşan
dünya mədəni dialoqun zərurətini inkar
emir və bu zərurətin insanlıq üçün faydalı
məcraya yönəldilməsini diqtə edir. Qarşı-
lıqlı mədəni əməkdaşlıq, dövlətin xarici
-mədəni simasını formalaşdırmaq siyasəti
heç vaxt bəşər övladını vahid planetar
mədəniyyətə qovuşdurmayacaq. Bu danı-
maz həqiqətin inkar olunması düşüncədən
kənardır, daha dogrusu, Naylıq deyildir.
Beləliklə, “ictımai diplomatiya”nın
əsas məramı transmilli ideyaların
gerçəkləşməsi yolunda kommunikasi-
ya və fasiləsiz informasiya axını kimi
qəbul olunmalıdır. Bu fenomenin təbiətini
açmaq niyyətində bulunan Britaniya-
lı tədqiqatçı Leonard Mark göstərir ki,
“ictimai diplomatiya” cütşaxəlidir. Onun
bir qolu əməkdaşlığa yönəlmiş “ictimai
diplomatiya” (qarşı tərəflə mübadilələr
aparmaq,
birgə
layihələr
həyata
keçirmək) , ikinci qolu isə rəqabət “icti-
mai diplomatiya”sıdır (hər hansı dövlətə
münasibətdə digər dövlətləri qabaqlamaq,
özünün daha humanist, daha cəlbedici
olmasını təsdiqləmək və bununla da
yad auditoriyanın rəğbətini qazanmaq ).
Dəyişən dünyada “ictimai diplomatiya”
ilə bağlı keçmiş təsəvvürlərin effektsiz
olduğunu etiraf edən müəllif rəqabət mey-
danında informasiyanın önəmini xüsusi
vurğulayır. Bu maraqlı yanaşma “ictimai
diplomatiya”nin üçmərhələli ardıcıllıq-
la : məlumatlandırma - təsirgöstərmə və
əlaqələrin qurulması, şəklində aparıl-
masının daha ağlabatan olduğuna inan-
dırır. Göstərilən ardıcıllıqdakı sonuncu
element əməkdaşlığa yönəlmiş “ictımai
diplomatiya”dir. İnformasiya məfhumu
“ictımai diplomatiya”nin əsasında daya-
nan faktordur. Bu zaman dövlət haqqın-
da təsəvvür formalaşdıra biləcək hər şey,
kütləvi- informasiya vasitələri və internet
də daxil olmaqla mədəni-kütləvi tədbirlər,
sərgilər, qardaşlaşan şəhərlər layihələri,
səfərlər, tədris-mübadilə proqramları, id-
man yarışları, kinofestivallar informasiya
anlamına daxil edilir.
Belə qərara gəlməliyik ki, “ictımai
diplomatiya” əslində kommunikasiya-
nin formalarından biridir və sonda in-
formasiya məkanının formalaşmasına
xidmət edir. Hadisələrin və proseslərin
belə inkişafı xarici siyasət strategiyasın-
da yeni bir istiqamət- noosiyasət (noo-
politik) formalaşdırır. Rus tədqiqatçıları
dünya siyasətində və beynəlxalq
münasibətlərdəki yeni tendensiyalara üz
tutarkən noosiyasəti kutləvi-informasiya
vasitələri ilə gerçəkləşən informasiya stra-
tegyası adlandırırlar. Terminin müəllifləri
(Arquilla J. , Ronfeldt D. -amerika) də
noosiyasəti təqribən eyni səkildə - İnfor-
masiya əsrində formalaşan xarici siyasət
strategiyası kimi ideyaların maraqların,
normaların “mülayim güc” səklində real-
laşması adlandırırlar. [6]
Yeni əsrin başlanğıcında keyfiyyətcə
yeni surətli və effektiv mübadilə
aparılmasında(“ictimai diplomatiya”da)
internet, peyk rabitəsi, mobil operator
şəbəkələri, telekommunikasiya sistemləri
öncüllüyü ələ aldığından “mülayim
güc”dən kənar baxıla bilməyən “vir-
tual diplomatiya”, “infomasiya gücü”
kimi yeni anlayışlar formalaşdı. İnfd-
rmasiyanın dövlət siyasətində, “ictimai
diplomatiya”da yetərli rolunu diqqətdən
SİYASƏT
60
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Vəliyulla Beydulla oğlu Cəfərov
kənarda qoymayan C. Nay uzunmüddətli
mədəni əlaqələr və informasiya strate-
giyası hazırlayarkən üç istiqamətdə is
görülməsini vacib sayır:
1. Gündəlik ünsiyyət -(dövlət, onun
siyasəti, görəcəyi işlər , atacağı addım-
lar barədə bütün şəbəkələr vasitəsi ilə
məlumatlar yaymaq)
2. Strateji ünsiyyət (maraqların təmin
olunmasına cəhdlər)
3. Etibarlı əlaqələrə nail olmaq (se-
minarlar, konfranslar keçirmək, ianələr
vermək, təqaüdlər təsis etmək, iç adam-
ları, fikir sahibləri ilə təmas nöqtələrini
tapmaq və informasiya şəbəkələrinə çıxışı
təmin etmək. Amerikanlar bu mərhələni
“ictimai diplomatiya”nın “sonuncu addı-
mı” adlandırırlar. ) [11. 184-187]
İnformasiya şəbəkələrinə çıxış əslində
kütləvi-informasiya vasitələrindən “ic-
timai diplomatiya”nın baş seqmeti kimi
stratei informasiya məkanında oturaqlıq
qazanmağa hesablanan noosiyasətdir. [5]
“İctimai diplomatiya” fenomeninə
aydınliq gətirmək istəyndə olan diqərləri
də(Cefferi Kovan və Amelio Arseno-
ABŞ) dövlətin xarici siyasətinin daha çox
informasiya (kommunikasiya) ilə bağ-
lılığını inkar etmədən monoloq, dialoq
və əməkdaşlıq mərhələlərindən keçdiyi-
ni təsdiqləyirlər. Monoloq səviyyəsində
dövlət birtərəli qaydada özünü təqdim
edir, öz pzitiv imicini formalaşdırırr. Son-
rakı mərhələlərdə də çeşidli gedişlərlə
əməkdaşlıq mühiti formalaşdırılır. Sonda
etimad qazanılarsa “ictimai diplomatiya”
mexanizmi tam gücü ilə saat əqrəbləri
istiqamətində hərəkətə gəlir. [7]
Bütövlükdə isə belə bir qənaət for-
malaşır ki, iqtisadi baxımdan imkan-
lı dövlətlərin informasiya məkanında
liderliyə can atması zamanın tələbindən
qaynaqlanır. Hətta bir çox məqamlarda bö-
yük dövlətlərin ideoloqları kiçik dövlətlərin
informasiya məkanında uzunmüddətli yer
tuta bilməyəcəyini iddia edirlər və on-
ların dominant dövlətlərin təklif etdiyi
xidmətlərdən yararlanmasını təklif edirlər.
Beynəlxalq münasibətlər nəzəriyyəsində
bu tipli yanaşma “David effekti” adlanır.
İnformasiya məkanında fərqli strategiya-
ların rəqabəti əslində noosiyasət termini
ilə pərdələnir. Artıq geosiyasətin də öz
yerini semantikası qaranlıq, istiqaməti
isə aydın olan noosiyasətə (kutləvi in-
formasiya vasitələri ilə gerçəkləşən in-
formasiya
strategyasıyasına-“ictimai
diplomatiya”ya) güzəştə gedəcəyi şübhə
yaratmır.
Bu qənaəti yaşadığımız və şahidi ol-
duğumuz qlobal transformasiyalar və ar-
dınca göyk dövlətlərin formalaşdırmağa
tələsdiyi və zamanın çağırışlarına cavab
ola biləcək «qlobal siasətdir. « [8]. Bu
zaman və məkan ölçülərinə sığmayan,
dövlətlərin real sərhədlərindən uzaqlq-
rda yuvalanan xarici siyasət strategiya-
sıdır. Bunu siyasi məkan adlandırsaq da,
əslində informasiya məkanı kimi başa
düşməliyik. Bir vatlar siyasi məkanın
dəyərləndirilməsidə işləklik qazanan qe-
osiyasi konsepbiyalar artıq ömrünü başa
vurduğundan qlobal məkana « noosiyasət»
gözü ilə baxmağın vaxtıdır.
SİYASƏT
61
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
«İctimai diplomatiya»dan «Noosiyasət»ə səmtlənən dünya çağdaş baxışların kəsişmə nöqtəsində
ƏDƏBİYYAT SİYAHISI:
1. Давыдов Ю. Понятие «жесткой» и «мягкой» силы в теории
международных отношений Международные процессы. Т. 2. 2004. № 1 (4). С.
74–76.
2. Долинский А. Дискурс о публичной дипломатии. http://www. intertrends.
ru/
3. Зонова Т. Публичная дипломатия и ее акторы http://www. mgimo. ru/
4. Кастельс, М. Информационная эпоха: экономика, общество и культура. -
М. , 2000.
5. Никонов C. Ноополитика, как информационная стратегия. - M. , 2012. .
6. Никонов C Ноополитика как инструмент продвижения экономических
интересов госудаств www. chaskor. ru/.
7. Обринская Е. Ноополитика как внешнеполитическая стратегия: проблема
дефиниции. Политические науки. №5. 2004 . http://national-science. ru/
8. Плугатаренко Н. Полипарадигмальный подход в исследовании
политического пространства:«Политика и общество». -2011. -№4(82). -С. 120-
125.
9. Хантингтон, С. Столкновение цивилизаций. - М. , 2003.
10. Хелд, Д. и др. Глобальные трансформации: Политика, экономика,
культура. - М. , 2004.
11. Ширин С. Фактор внешней среды в современной глобальной системе
международных отношений // Международные процессы. Т. 3. 2005. № 3 (9). С.
180–184.
|