İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   ...   16

SİYASƏT
40
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
incəsənət və s. büdcədən maliyyələşdirilən 
digər  sahələrdə  də  çalışan  yarım  mil-
yondan  çox  əhalinin  vahid  tarif  cədvəli 
əsasında  müəyyən  edilmiş  tarif  maaş-
larının  məbləğləri  təxminən  minimum 
əməkhaqqına  uyğunlaşdırılaraq  bir  neçə 
dəfə  artırılması  haqqında  fərman  veril-
mişdir.  O,  əsası  ulu  öndərimiz  Heydər 
Əliyev  tərəfindən  qoyulmuş  sosial-iqti-
sadi  inkişaf  strategiyasını  yeni  dövrün 
tələbləri  səviyyəsinə  qaldırmaq  üçün  var 
qüvvəsi  ilə  çalışır.  Bakı-Tbilisi-Ceyhan 
neft  boru  kəmərinin  istifadəyə  verilməsi 
Azərbaycanı dünya bazarına çıxartmışdır. 
Bu  eyni  zamanda  respublikamızı  dünya-
nın qlobal və regional layihələrinin iştira-
kına yaxinlaşmasına yönəltmişdir. Bunun-
la bərabər о, Azərbaycan iqtisadiyyatinın 
gələcəyini  təkcə  neftdə  deyil,  qeyri-neft 
sektorunun  da  inkişaf  etdirilməsi 
sahəsində görür. O, bunu dəfələrlə öz çi-
xişlarında  bildirmişdir.  O,  eyni  zamanda 
Respublikada demokratiyanın bərqərar ol-
masına, inkişafına diqqət yetirərək insanın 
hüquq və azadliqlarinın təmin olunmasına 
da ciddi əhəmiyyət verir. 
İlham  Əliyev  respublikanın  daxili 
siyasəti  ilə  bərabər  xarici  siyasətinin  də 
uğurla həyata keçirilməsinə böyük diqqət 
yetirir.  Bunu  biz  onun  xarici  ölkələrə 
səfərləri zamanı çıxışlarında bir daha şa-
hidi  oluruq.  Bu  səfərlər  zamanı  o,  Dağ-
lıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə 
həll edilməsi fikirlərini irəli sürür. Xarici 
ölkələrin dövlət başçıları ilə görüşlərində 
BMT, Avropa Şurası, NATO, İKT, YƏT, 
GUAM  kimi  nüfuzlu  təşkilatlardakı  çı-
xışlarında о həmişə ön plana Ermənistan-
Azərbaycan  münaqişəsinin  dinc  yolla 
həllini,  Azərbaycan  torpaqlarinın  geri 
qaytarılması  məsələsini  ortaya  atmış-
dır.  Azərbaycan  ordusunun  90  illiyi 
yubileyində İlham Əliyev demişdir: “Mən 
çox  şadam  ki,  bu  gün Azərbaycan  ordu-
su  ən  yüksək  standartlara  cavab  verir”. 
Azərbaycan ordusuna araxalanan Ali baş 
komandan həm də qeyd etmişdir ki, “Sülh 
danışıqları bir nəticə verməsə Azərbaycan 
öz  torpaqlarını  istənilən  yolla  işğaldan 
azad edəcəkdir” [9-s. 2]. 
2008-ci  ildə  ölkəmizdə  demokra-
tik  əsaslar  üzrə  keçirilən  seçkilərdə  İ. 
Əliyevin  çox  böyük  üstünlüklə  yenidən 
Azərbaycanın  prezidenti  kimi  qa-
lib  çıxmasi,  onun  çoxtərəfli  səmərəli 
fəaliyyətinə  xalqımızın  verdiyi  layiqli 
qiymətli hesab oluna bilər. Azərbaycanda 
prezident  seçkilərinin  şəffaf  və  düzgün 
keçirilməsi  üçün  bütün  bölgələrini  tam 
əhatə  edən  bir  şəbəkə  yaradılmışdı  ki, 
bu  şəbəkəyə  də  500  seçki  məntəqəsini 
birləşdirən  dayanıqlı  zabit  əlaqələri  ilə 
birləşən  veb-kameralar  quraşdırılmış-
dır. Bu veb-kameralar isə Mərkəzi Seçki 
Komisiyasının  internet  saytları  vasitəsilə 
dünyanın istənilən nöqtəsindən internetdə 
MSK-nın  saytlarına  daxil  olmaqla  seç-
ki məntəqələrində gün ərzində baş verən 
bütün prosesləri izləmək mümkün olmuş-
dur.  2008-ci  ildə Azərbaycanda  keçirilən 
seçki marafonu dünyada ilk dəfə keçirilən 
düzgün, ədalətli, demokratik seçki mara-
fonu hesab edilə bilər. Bu marafonda daha 
çox  səs  toplamaq  7  nəfər  prezidentliyə 
namizəd içərisində İlham Əliyevə qismət 
oldu. İnanirdi ki. Xalq yenə ona öz səsini 
verəcəkdir.  Yeri  gəlmişkən  onu  da  qeyd 
edək  ki,  bu  seçkiləri  1258  beynəlxalq 
müşahidəçi  ilə  yanaşi  47  minə  ya-
xın  yerli  müşahidəçilər  də  izləmişdir. 

SİYASƏT
41
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
Azərbaycanda 
prezident 
seçkilərini 
izləyən  müşahidəçilər  dünyanin  55 
ölkəsindəki Azərbaycana təşrif buyurmuş-
dular. Bu müşühidəçilər içərisində ATƏT, 
Avropa Şurasi, AŞPA, Avropa İttifaqı, Av-
ropa parlamenti, ATƏT, DTYNV, MDBPA 
və  digər  nüfuzlu  beynəlxalq  təşkilatların 
nümayəndələri  iştirak  etmişdir.  Bundan 
əlavə dünyanın 30-a yaxın xarici kütləvi 
informasiya vasitələrinin 92 nümayəndəsi 
də izləmişdir. Onlarin içərisində FRE İRL-
in (Azadliq radiosunun) Telimedi, “Alyar-
zura”,  TRT,  Milli  Ruminiya,  Rustavi-2, 
“STB”,  MTB  nümayəndələri  bu  demok-
ratik formada keçirilən seçki gedişini bü-
tün  dünya  ölkələrinə  yaymışdılar.  Bütün 
təşkilatlar  keçirdikləri  mətbuat  konfrans-
larında qeyd etmişdilər ki, Azərbaycanda 
keçirilən  bu  prezident  seçkisi  demokra-
tik formada şəffaf seçki sistemi əsasında 
keçirilmişdir.  Bu  dəfə  də  keçirilən  de-
mokratik  və  şəffaf  seçkilər  respublika-
nın  5359  mənətəqəsində  baş  tutmuşdur. 
Prezidentliyə 7 nəfər namizəd içərisindən 
İlham Əliyev ən çox 88, 73 faiz səs top-
layaraq ikinci dəfə Azərbaycan Prezidenti 
seçilmişdir.  Bu  Azərbaycan  xalqinın  bu 
dəfə də həyata keçirdiyi düzgün seçiminin 
nəticəsi olmuşdur. 
İlham  Əliyev  2008-ci  ildə  yenidən 
prezident  seçildikdən  sonra  andiçmə 
mərasimində  demişdir:  “Beş  il  bun-
dan  əvvəl  andiçmə  mərasimində  Mən 
Azərbaycan  xalqina  söz  vermişdim 
ki,  Azərbaycanın  hərtərəfli  inkişa-
fı  üçün  fəal  çalışacağam.  Söz  vermiş-
dim  ki,  Azərbaycanda  Heydər  Əliyev 
siyasətini davam etdirəcəyəm. Çünki bu, 
Azərbaycanın  bu  günü  və  sabahı  üçün 
yeganə siyasətdir. Bu siyasət Azərbaycanı 
böyük bəladan qurtardı. Ulu öndər Heydər 
Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə 
inkişaf etmişdir. 
Azərbaycan xaosdan, böhrandan, anar-
xiyadan  inkişafa,  sabitliyə  doğru  böyük 
addımlar  atmışdır.  Məhz  onun  rəhbərliyi 
altında Azərbaycanda dövlətçilik ənənələri 
qurulmuşdur.  Azərbaycan  öz  dövlət 
müstəqilliyini 
möhkəmləndirmişdir. 
Azərbaycanda  sabitlik  yaradılmış  və  in-
kişaf başlamışdır. Bu gün bir daha demək 
istəyirəm  ki,  növbəti  beş  il  ərzində  Mən 
bu siyasətə sadiq qalacağam və bu yoldan 
dönməyəcəyəm” [11-s. 1]. 
Muasir  dövrdə  müstəqil  Azərbaycan 
Respublikasının 
möhkəmlənməsində, 
onun  beynəlxalq  müstəvidə  özünə  layiq 
yer tutmasında İlham Əliyevin böyük rolu 
vardır. Azərbaycan son dövrdə beynəlxalq 
təşkilatlarda tam hüquqlu üzv kimi təmsil 
olunur. 
İlham  Əliyev  andiçmə  mərasimində 
demişdir  ki,  “Azərbaycan  dövləti 
Azərbaycanın  ərazi  torpağı  olan  Dağlıq 
Qarabağın Azərbaycandan ayrılmasına heç 
vaxt razılıq verməyəcəkdir. Biz öz dövlət 
müstəqilliyimizi 
möhkəmləndirərək 
ərazi  bütövlüyümüzü  bərpa  edəcəyik, 
biz çox güclü ordu potensiali yaratmaqla 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin  həllini  yaxinlaşdırırıq” 
[11-s. 2]. 
Azərbaycanın  inkişafına  nəzər  sala-
raq  deyə  bilərik  ki,  bu  gün  Azərbaycan 
özünü  elektrik  enejisi  ilə,  neft  və  qazla 
təmin edən bir ölkəyə çevrilmişdir. İlham 
Əliyevin  qəbul  etdiyi  Dövlət  proqram-
ları  Azərbaycanı  hərtərəfli  yüksəlməsinə 
gətirib  çixarmışdır.  Elmi  əsaslara, 
mükəmməl  konsepsiyaya  söykənən 

SİYASƏT
42
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
siyasət ölkədə iqtisadi, sosial, mədəni və 
siyasi  həyatın  canlanmasına  sahibkarlıq 
fəaliyyətinin  genişlənməsinə,  özəl  sek-
torun  inkişafına,  yeni  iş  yerlərinin  açil-
masına  yoxsulluq  problemlərinin  aradan 
qaldırlmasına  gətirib  çıxarmışdır.  Onun 
rəhbərliyi  ilə  həyata  keçirilən  uğurlu  iq-
tisadi islahatlar, yeni neft strategiyası ilk 
növbədə insanların yaşayış səviyyələrinin 
yaxşılaşmasına xidmət göstərir. 
Azərbaycanın inkişafına müsbət təsir 
edən və onun dünya dövlətləri içərisində 
özünə layiqli yer tutmasında Azərbaycan 
enerji  resursları  mühüm  rol  oynayır.  Bu 
baxımdan  “Bakı-Tbilisi-Ceyhan,  Baki-
Tbilisi-Ərzurum  neft-qaz  kəmərlərinin 
əhəmiyyəti  böyükdür.  Baki-Tbilisi-Qars 
dəmir  yolunun  tikilməsinə,  Böyük  ipək 
yolunun bərpasina diqqət xeyli artrılmış-
dır.  Bütün  bunların  istifadəsi  respublika-
da həm siyasi, həm iqtisadi, həm də tex-
niki  sahədə  yeni  uğurların  qazanılmasi 
sahəsində böyük rol oynayacaqdır. 
Hazırda 
Azərbaycanda 
işlək 
fəaliyyətində  olan  7  neft  və  qaz  kəməri 
Azərbaycanın enerji siyasətinin hərtərəfli 
inkişafina müsbət təsir göstərir. 
İlham  Əliyev  25  oktyabr  2008-ci 
ildə  “Son  5  ildə  əhəmiyyətli  dərəcədə 
güclənmiş  Azərbaycan  gələcəyə  ümidlə, 
nikbinliklə  baxır”  adlı  nitqində  demiş-
dir:  “Bu  gün  Azərbaycan,  sözün  əsl 
mənasında,  müstəqil  ölkədir,  biz  həm 
daxildə, həm də xaricdə müstəqil siyasət 
aparıriq.  Bizim  siyasətimiz  Azərbaycan 
xalqinın  maraqlarına  xidmət  göstərir. 
Azərbaycan xalqının maraqlarının qorun-
ması,  Azərbaycan  dövlət  müstəqilliyinin 
möhkəmləndirilməsi  mənim  üçün  və 
bilirəm  ki,  hər  bir Azərbaycan  vətəndaşı 
üçün  ən  başlıca  vəzifədir,  ən  başlıca 
məqsəddir. [12-s. 2]
Hökümətin  2011-ci  ilin  doqquz  ayı-
nın sosial-iqtisadi inkişafının yekunlarına 
həsr olunmuş iclasında preziden İ. Əliyev 
demişdir:”Azərbaycanın  prinsipial  möv-
qeyi  var,  bu  mövqe  həm  tarixi  həqiqətə, 
həm  də  beynəlxalq  hüquq  normalarına 
əsaslanır.  Biz  bu  mövqedən  kənara  bir 
addım  atmayacağıq.  Azərbaycanın  ərazi 
bütövlüyü  danışıqlar  mövzusu  deyil,  ol-
mayıb  və  olmayacaqdır.  Çalişacağıq  ki, 
bütün  imkanlardan  istifadə  edib,  ərazi 
bütövlüyümüzü  bərpa  edək.  .  .  İşğalçı 
qüvvələr işğal edilmiş torpaqlardan çixa-
rılmalıdir.  Beynəlxalq  hüquq  normaları 
hər  bir  məsələnin  həlli  üçün  əsas  olma-
lıdır,  xüsusilə  münaqişələrlə  bağlı  olan 
məsələlərdə.  Biz  çalişacağıq  ki,  bütün 
imkanlardan  istifadə  edib,  bu  məsələni 
tezliklə.  ədalətli,  öz  xeyrimizə  -  yəni 
beynəlxalq hüquq normaları əsasında həll 
edək” [12-S. 2]. 
Azərbaycanın  iqtisadi  potensialının 
qüvvətlənməsi,  hərbi  büdcəsinin  ildən-
ilə artmasi fonunda danışıqlar prosesi də 
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. 
Avropa  Şurası,  Avropa  Birliyi,  ATƏT, 
İKT  kimi  nüfuzlu  beynəlxalq  təşkilatlar, 
о  cümlədən, Dağlıq Qarabağ münaqişəsi 
ilə  bağlı  4  qətnamə  qəbul  etmiş  BMT 
problemin  həllində  ərazi  toxunulmazlı-
ğı  prinsipini  önə  çəkmişdir.  Azərbaycan 
prezidentinin tələbləri ilə son illər Dağlıq 
Qarabağ məsələsi üzrə danışıqlar prosesi 
yeniləşmiş  Madrid  prinsipləri  əsasında 
aparılır. 
Son  zamanlar  müstəqil  Azərbaycan 
Respubliaksının 
iqtisadi 
qüdrətinin 
daha  da  artması,  siyasi  sabitliyin 

SİYASƏT
43
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
möhkəmləndirilməsi, əhalinin sosial rifa-
hının  yaxşılaşdırılması  və  sair  sahələrdə 
də yeni uğurlar əldə edilmişdir. 
Azərbaycan öz mədəniyyəti sahəsində 
inkişaf etmiş Avropa ölkələrini üstələyərək 
“Evrovision” mahnı müsabiqəsində birin-
ci yeri tutmuşdur. 
20  illik  müstəqilliyi  dövründə 
Azərbaycan  BMT-nin  Təhlükəsizlik  Şu-
rasına  qeyri-daimi  üzv  seçilmişdir.  Bu 
sahədə Azərbaycan 155 ölkənin səsini qa-
zanmışdır. 
Prezident İlham Əliyev Nazirlər Ka-
binetinin  2011-ci  ilin  sosial-iqtisadi  in-
kişafının  yekunlarına  və  2012-ci  ildə 
qarşıda duran vəzifələrə həsr olunmuş ic-
lasında demişdir: Biz keçən il Azərbaycan 
Gəncliyi Proqramı qəbul etmişik. Bu çox 
konkret  proqramdır.  .  .  .  Gənclər  Fon-
du yaradılmışdır. . . Bu fondun hesabına 
və əlbətdə ki, dövlət vəsaiti hesabına biz 
daha  da  böyük  sayda  gəncləri  qurucu-
luq  işlərinə  cəlb  etməliyik.  Gənclərdə 
çox  böyük  potensial,  böyük  enerji  var-
dır,  vətənpərvərlik  hissi  çox  yüksəkdir. 
Нər bir vətəndaş kimi, onlar da istəyirlər 
ki,  ölkə  üçün  yaxşı  işlər  görsünlər.  Bu 
fondun  və  digər  formaların  hesabına  biz 
gəncləri  quruculuq  işlərinə  daha  da  fəal 
cəlb  edəcəyik”[14-s.  2].  Yığıncaqda  İl-
ham Əliyev sonra qeyd etmişdir ki, hazır-
da  fəaliyyət  göstərən  elmin  inkişaf  fon-
dunun  təcrübəsi  də  çox  müsbətdir. Yəni, 
bu  fondun  xətti  ilə  müxtəlif  proqramla-
rın  icrasında,  о  cümlədən  gənclər,  gənc 
alimlər də çox fəal iştirak edirlər. Gənclər 
Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu 
istiqamətdə aparmalıdır” [14-s. 2]. 
Bütün  bunlar  da  Azərbaycan 
dövlətinin  möhkəmləndirilməsi  işində 
mühüm rol oynayacaqdır. 
Müasir  dövrdə  müstəqil  Azərbaycan 
Respublikası  sürətlə  inkişaf  edən  ölkəyə 
çevrilmişdir.  Respublikada  əhalinin  yax-
şı  yaşayış  səviyyəsinin  yüksəldimləsi 
sövlət  siyasətinə  çevrilmişdir.  Prezident 
tərəfindən  uğurla  həyata  keçirilən  bu 
siyasət Azərbaycanın hərtərəfli inkişafına 
yönəlmişdir. 
Oktyabrın  12-də  Azərbaycan  Res-
publikasının  prezidenti  İlham  Əliyevin 
sədrliyi  ilə  Nazirlər  Kabinetinin  2015-ci 
ilin doqquz ayının sosial iqtisadi inkişafı-
nın yekunlarına və qarşıda duran vəzifələrə 
həsr olunmuş iclasında çıxış edərkən de-
mişdir ki, “Müasir dövrdə Azərbaycanda 
düşünülmüş müstəqil siyasət aparılır. Biz 
öz yolumuzla gedirik. Bu yol inkişaf yo-
ludur, tərəqqi yoludur və bu yolda böyük 
naliyyətlərə imza atmışıq” [17 s. 1]
Müasir  dövrdə  İlham  Əliyevin 
rəhbərlik  etdiyi  Respublikamızda  sa-
bitlik  təmin  edilir.  Azərbaycan  xal-
qı  təhlükəsizlik  şəraitində  rifah  içində 
yaşayır.  Müasir  dövrdə  Azərbaycanda 
vətəndaşlıq birliyi, həmrəliyi möhkəmdir. 
Azərbaycan xalqı birləşib bir amal uğrun-
da, yəni ölkənin sabitliyi uğrunda, daha da 
möhkəmlənmədi  uğrunda,  sosial  iqtisa-
di  inkişafı  surətləndirmək  uğrunda  birgə 
səylə çalışır. 
İlham 
Əliyev 
çıxışlarında 
məruzələrində  qeyd  etmişdir  ki,  “Bu 
gün  böyük  ölkələr  öz  təsir  dairələrini 
genişləndirmək  istəyiblər  və  görəndə  ki, 
dünyada  müstəqil,  öz  sözlərini  deyən, 
heç  kimdən  çəkinməyən,  prinsipial 
ölkə  var,  əlbəttə,  bu  onları  qıcıqlandı-

SİYASƏT
44
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
rır.  Ancaq  bu  bizi  narahat  etməməlidir.  
Ölkəmizin  təhlükəsizliyi,  inkişafı  və  sa-
bitliyidir. ” [16 s. 1] Buradan göründüyü 
kimi İlham Əliyev hakimiyyətin daha da 
möhkəmləndirilməsi üçün ölkənin inkişaf 
etdirilməsinə böyük səy və bacarıqla ya-
naşır. 
Müasir  dövrdə  Azərbaycan  bütün 
sahələrdə  olduğu  kimi  sənaye  və  kənd 
təsərrüfatı  istehsalını  da  sürətləndirmək 
və hərtərəfli inkişaf etdirməyi qarşıya bir 
məqsəd kimi qoymuşdur. 
İlham  Əliyev  ölkədə  əhalinin  sosi-
al  şəraitinin  yaxşılaşdırılması  üçün  res-
publikanın  bütün  regionlarında  yeni  iş 
yerlərinin  yaradılması  məsələsinə  xüsusi 
diqqət yetirir. O, yeni zamanda ölkə iqti-
sadiyyatının  inkişaf  etdirilməsi  üçün  bö-
yük  əhəmiyyət  kəsb  edən  nəqliyyat  sek-
torunun  da  inkişaf  etdirilməsinə  xüsusi 
diqqət yetirir. 
Nazirlər  Kabinetinin  2014-cü  ilin 
sosial  iqtisadi  inkişafının  yekunlarına  və 
qarşıda duran vəzifələrə həsr olunan icla-
sında İlham Əliyev demişdir, “. . . . Məncə, 
Azərbaycan iqtisadi islahatları artırmaqla, 
eyni zamanda, siyasi islahatlara da böyük 
önəm verir” [16 s. 4]
İlham  Əliyev  2015-ci  ildə  başlaya-
caq Yay Avropa Oyunlarından danışarkən 
qeyd  etmişdir  ki,  “Bu  oyunlar  bir Avro-
pa  bayramına  çebrilmişdir.  Azərbaycan 
burada  yenə  də  liderlik  keyfiyyətlərini 
göstərir.  Çünki Avropa  oyunlarının  stan-
dartları  əslində  Bakıda  qoyulacaq.  Çün-
ki  heç  vaxt  bu  günə  qədər  belə  oyun-
lar  keçirməmişdir.  Bu  oyunlar  müxtəlif 
səviyyələrdə  keçirilə  bilərdi.  Ancaq  biz 
istəyirik ki, bu möhtəşəm idman bayramı 
möhtəşəm  dostluq  bayramına  çevrilsin”. 
[16 s. 4]
2014-cü  il  sentyabrın  20-də  “əsrin 
müqaviləsi”  –  nin  imzalanmasından  düz 
20 il sonra “Cənub” qaz dəhlizinin təməli 
qoyulmuşdur.  Azərbaycanda  ulu  öndər 
Heydər  Əliyevin  neft  strategiyasının 
uğurlu  icrası  bu  gün  də  təmin  edilir.  Bu 
tarixi hadisədən sonra Azərbaycan sürətlə 
inkişaf etmiş, Bakı-Tbilisi-Ceyhan, Bakı-
Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir 
yolu  kimi  beynəlxalq  layihələr  həyata 
keçirməyə başlamışdır. 
Bütün dünyaya səs salan Bakıda birin-
ci Avropa Oyunları təntənəli sürətlə keçi-
rilmişdir. Bakıya Avropanın 50 ölkəsindən 
idmançılar,  qonaqlar,  bəzi  dövlətlərin 
prezidentləri, 
baş 
nazirləri 
digər 
dövlət  xadimkəri  idmançılarla  birlikdə 
gəlmişdirlər.  Bu  oyunlarda  Azərbaycan 
oyunçuları uğurla çıxış etmişdilər. 
Müasir  dövrdə  Azərbaycan  dünya 
ölkələri içərisində inkişaf etmiş ölkə kimi 
tanınır. 
Azərbaycan 
prezidentinin 
rəhbərliyi  altında  hərtərəfli  inkişaf  edir. 
Azərbaycanda  iqtisadi,  siyasi  islahat-
lar  aparılmaqdadır.  Bütün  azadlıqlar 
–  söz  azadlığı,  sərbəst  toplaşmaq  azad-
lığı,  vicdan  azadlığı,  mətbuat  azadlığı, 
internet azadlığı, din azadlığı və s. başqa 
ölkələrdən  fərqli  olaraq  müasir  dövrdə 
təntənəli sürətdə həyata keçirilməkdədir. 
İlham 
Əliyev 
çıxışlarında, 
məruzələrində  qeyd  edir  ki,  beynəlxalq 
hüquq  səviyyəsində  Azərbaycanın  ərazi 
bütövlüyü çərçivəsində öz həllini tapmalı-
dır. Biz öz torpaqlarımızı mütləq düşmən 
əlindən  alaraq  azada  edəcəyik.  ”  Biz  iq-
tisadiyyatımızı  gücləndiririk,  ordumuzu 
SİYASƏT

SİYASƏT
45
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
gücləndiririk  və  istənilən  vaxtda  lazımi 
tədbirləri də görəcəyik. ” [15-s. 1]
Azərbaycan  Respublikasının  prezi-
denti İlham Əliyev öz çıxışlarının birində 
demişdir  ki,  “Mənim  üçün  əsas  məsələ 
ölkəmizin təhlükəsziliyi, inkişafı və sabit-
liyidir.  Ona  görə  də Azərbaycan  bundan 
sonra  da  müstəqillik  yoli  ilə  gedəcək.” 
[16-s. 1 ]
Müasir  dövrdə  müstəqil  Azərbaycan 
Respublikası  sürətlə  inkişaf  edən  ölkəyə 
çevrilmişdir.  Respublikada  əhalinin  yax-
şı  yaşayış  səviyyəsinin  yüksəldilməsi 
dövlət  siyasətinə  çevrilmişdir.  Prezident 
tərəfindən  uğurla  həyata  keçirilən  bu 
siyasət Azərbaycanın hərtərəfli inkişafına 
yönəlmişdir. 
ƏDƏBİYYAT SİYAHISI:
1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1995. səh. 37
2. Heydər Əliyev. Müstəqillik yolu - Bakı, 1997. səh. 28
3. Fəzail Ağamalı. İlham Əliyev – Bu günün və gələcəyin uğur faktorudur. II kitab – 
Bakı 2001, səh. 4
4. Fəzail Ağamalı. İlham Əliyev – Bu günün və gələcəyin uğur faktorudur. II kitab – 
Bakı 2001, səh. 7
5. Fəzail Ağamalı. “Avanqard” – Bakı, 2003, səh. 172
6. Ramiz Mehdiyev. İlham Əliyev:İqtibaslar və təhlil. Bakı, 2006, səh. 264
7. “Azərbaycan” qəzeti, 12 fevral 2004-cü il. 
8. “Azərbaycan” qəzeti, 26 dekabr 2005-ci il
9. “Azərbaycan” qəzeti, 21 avqust 2005-ci il
10. “Azərbaycan” qəzeti, 28 iyun 2008-ci il
11. “Azərbaycan” qəzeti, 25 oktyabr 2008-ci il
12. “Azərbaycan” qəzeti, 25 oktyabr 2008-ci il
13. “Azərbaycan” qəzeti, 25 oktyabr 2008-ci il
14. “Azərbaycan” qəzeti, 30 oktyabr 2011-ci il
15. “Respublika” qəzeti, 17 yanvar 2012-ci il
16. “Azərbaycan” qəzeti, 11 yanvar 2015-ci il
17. “Azərbaycan” qəzeti, 13 oktyabr 2015-ci il
SİYASƏT

SİYASƏT
46
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
ИСМАИЛ АХМЕД оглы ЭЙЮБОВ
Бакинский Государственный Университет
Преподаватель кафедры Политологии и Социологии 
e-mail: ismayil. eyyubov@gmail. com
УДК: 323. 1. , 327. 39
РОЛЬ ИЛЬХАМА АЛИЕВА В УКРЕПЛЕНИИ НЕЗАВИСИМОГО 
АЗЕРБАЙДЖАНСКОГО ГОСУДАРСТВА
РЕЗЮМЕ
Статья посвящена анализу деятельности президента И. Алиева по укреплению 
национально-независимого  Азербайджанского  государства.  В  ней,  прежде 
всего,  отмечается  историческая  заслуга  общенационального  лидера  Г.  Алиева 
в  создании  и  укреплении  основ  независимости  нашей  республики  в  довольно 
тяжелых условиях. Основное внимание уделяется обобщению и систематизации 
успехов достигнутых в главных направлениях внутренней и внешней политики 
Азербайджана  в  период  политического  руководства  И.  Алиева  как  достойного 
продолжателя политического курса заложенного Г. Алиевым. 
Ключевые  слова:  национальный,  независимый,  внутренняя  и  внешняя 
политика, политическое руководство. 
Məqalənin redaksiyaya daxil olma tarix: 15. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir. 
Rəyçi: s. e. f. d. Ə. G. İbrahimov

SİYASƏT
47
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
MƏŞDI CƏLAL oğlu ISMAYILOV
Bakı Dövlət Universiteti
Siyasi elmlər üzrə fəlsəfə doktoru
e-mail: m14ismayilov@gmail. com
UOT: 32 (091)
ALEKSANDR PANARİNİN AVRASİYAÇI DÜŞÜNCƏLƏRİNDƏ 
SİVİLİZASİYALARA GEOPOLİTİK YANAŞMA
XÜLASƏ
Məqalədə  neo-avrasiyaçılıq  düşüncəsinin  önəmli  simalarından  biri  olan  siyasət 
filosofu  Aleksandr  Panarinin  sivilizasiya  konsepsiyası,  mədəniyyətlərin  geosiyasəti 
nöqteyi-nəzərindən  tədqiq  edilmişdir.  Araşdırmada  mədəniyyət  yanaşmasının  tarixi 
kökləri  və  müasir  geosiyasi  düşüncə  üzərindəki  təsiri  öyrənilməkdədir.  Bu  prizmada 
A.  Panarin  və  S.  Hantinqtonun  sivilizasiya  anlayışlarının  nəzəri  müddəaları  müasir 
beynəlxalq siyasət kontekstində analiz edilərək praktik tərəfləri göstərilmişdir. Yazıda 
A. Panarinin mədəniyət təsəvvürü və geosiyasi düşüncələrinin onun dünyanın ümumi 
eskatoloji  mənzərəsinə  dair  tezisləri  ilə  bağlı  olduğu  göstərilərək  siyasi  və  fəlsəfi 
aspektləri ətraflı təhlil edilməkdədir. 
Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin