İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   ...   16

SİYASƏT
18
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev 
malikdir. Vurğulamaq lazımdır ki, əxlaqi 
normalar bu və ya digər formada ictimai 
həyatın  başqa  tərəflərinə  nüfuz  edir.  Eti-
ka  elm  olmaq  etibarilə  özündə  ləyaqət, 
vicdan,  borc  şüuru,  davranış  qayda-
ları  və  digər  əxlaqi  məqamlar  barədə 
təlimi  əks  etdirir.  Insanların  hərəkətləri 
həmin  keyfiyyətlərə  uyğun  gəlməlidir. 
Bu  mənada  etika  insanların  davranış  qa-
nunları  və  normaları  haqqında  elm  olub 
“yüksək səadət”, “xeyir”, “haqq” kimi ka-
teqoriyalara əsaslanır. Həyat fəaliyyətinin 
hər  bir  sferasında  bütün  zamanlarda  in-
sanların hərəkətləri əxlaq kateqoriyasında 
dəyərləndirilmişdir. Təbii  olaraq  siyasətə 
də tam hüquqla əxlaqi ölçü ilə yanaşmaq 
mümkündür.  Siyasət  aləminə  və  onun 
təsisatlarına  aid  olan  əxlaqi  dəyərlər  və 
normaların, cəmiyyət üzvlərinin bu sfera-
da münasibətləri və davranışının məcmuu 
elmi  biliklərin  xüsusi  sahəsinin  –  siyasi 
etikanın tədqiqat obyektini təşkil edir. 
Siyasi  etika  ədalətli  sosial  quruluş, 
rəhbərlərin və vətəndaşların qarşılıqlı hü-
quq  və  vəzifələri,  insanın  və  vətəndaşın 
köklü  hüququ,  azadlıqların  sağlam 
nisbəti, bərabərlik və ədalət, eləcə də bu 
kimi  digər  problemlərə  toxunur.  Siya-
si  etika  haqqında  mülahizə  yürüdərkən, 
ümumiyyətlə,  etikanın  kateqoriaylarının 
və  əxlaqi  dəyərlərin  siyasət  sferasında 
tətbiqi  düzgündürmü.  Bu  məsələ  siyasi 
fikir  tarixində  çoxdan  mövcuddur  və  bu 
məsələyə  dair  birmənalı  cavaba  təsadüf 
olunmur. Ilk başlanğıcda siyasi hadisə və 
proseslər bütün ictimai hadisələr komplek-
si ilə bağlı öyrənilmişdir. Siyasətin başlıca 
məqsədini polisin (dövlətin) vətəndaşının 
“yüksək səadətinin, xoşbəxtliyinin” təmin 
olunmasında  görənlər  bunun  eləcə  də 
əxlaqi  tərbiyəvi  əhəmiyyətini  nəzərdən 
qaçırmamışlar.  Aristotel  xüsusi  tərzdə 
qeyd edirdi ki, “dövlətin xoşbəxtliyi onun 
ədalətli  olmasıdır”,  başqa  sözlə,  ümumi-
nin mənafeyinə xidmət etməsidir [9, 508]. 
Platon və Aristoteldən başlanan antik 
ənənə əxlaqla siyasəti vəhdətdə nəzərdən 
keçirir və bu vəhdəti bütövlükdə ədalətin 
əldə  olunmasına  istiqamətlənən  hadisə 
kimi qiymətləndirir. 
Əxlaqla  siyasətin  qarşılıqlı  əlaqəsi 
probleminin  öyrənilməsinə  dair  səmərəli 
tədqiqatların  aparılmasında  İ.  Kantın 
ümumi əxlaqi qanunlar – qəti imperativlər 
təlimi  xüsusi  rol  oynadı.  Ümumi  əxlaqi 
qanuna  görə  insan  mənşəyindən,  sosial 
vəziyyətindən,  hətta  şəraitindən  asılı  ol-
mayaraq  mütləq  ümumbəşəri  qaydalara 
əməl etməlidir. Buradan belə bir mühüm 
nəticə hasil olur ki, hər bir insan vasitəyə 
yox, məqsədə necə yanaşır. ümumi əxlaqi 
qanunların tələbləri sonralar siyasi-hüquqi 
sferada yayıldı. 
Digər  alman  filosofu A.  Şopenhauer 
əxlaqın  “qızıl  qaydalarına  əsaslanaraq” 
özünə  etmək  istəmədiyini  başqasına  da 
rəva görmə, çünki, bunu sənə başqası da 
edə bilər qənaətinə gəlməklə əxlaq qayda-
larının  çərçivəsini  əhəmiyyətli  dərəcədə 
genişləndirdi və əslində yeni əxlaqi qayda 
təklif etdi: “Heç kimə pislik etmə, hamı-
ya  bacardığın  qədər  kömək  et”.  Bu  sadə 
kəlam  insanın  öz  xüsusi  hüquqları  ilə 
başqa  vətəndaşların  hüquqlarının  eynili-
yini, bərabərliyini qəbul etməsini səciyyə-
ləndirir. Beləliklə siyasətçilərin, alimlərin 
və ideoloqların şüurunda tədricən siyasətlə 
əxlaq  arasındakı  qırılmaz  əlaqəyə  inam 
hakim oldu. 

SİYASƏT
19
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
Siyasətlə  əxlaqın  bir-birinə  həddən 
artıq xələl yetirməsinə yol vermək olmaz. 
Başqa sözlə, siyasi peşəkarlıq əxlaqa zidd 
və  əksinə  əxlaqi  başlanğıc  hüququn  zi-
yanına  istiqamətlənməməlidir.  Insanların 
siyasi  fəaliyyəti  onların  davranışı  ilə  sıx 
bağlıdır.  Davranış  siyasi  fəaliyyətin  me-
xanizmini,  strukturunu  səciyyələndirir 
[10, 167]. Unutmaq olmaz ki, hər bir si-
yasi fəaliyyət hakimiyyətlə əxlaq arasında 
gərginlik  yaratmaq  meydanına  çevrilərsə 
insanların xeyli hissəsinin taleyinə toxun-
muş olar. Bu, “ya siyasət və yaxud əxlaq” 
alternativi  formasında  əxlaqla  siyasətin 
nisbəti  məsələsinin  düzgün  qoyulması-
nı  səciyyələndirir.  Əxlaqla  siyasətin  bir-
birinə münasibəti probleminin ikinci tərəfi 
də mövcuddur. Belə ki, dövlət aparatının 
səmərəli  fəaliyyəti  üçün  dəqiq  işlənib 
hazırlanmış  və  həyata  keçirilməsi  zəruri 
olan  qaydalar,  siyasətdə  ciddi  peşəkarlıq 
və idarəetmə mexanizmi tələb edilir. Bu, 
inzibati  idarəetmə  aparatının  siyasi  icra-
edici hakimiyyəti sistemində məmurların 
xüsusi  təbəqəsi  olan  bürokratiyanın 
təşəkkülünə  gətirib  çıxarır.  Bürokratiya-
nın fəaliyyəti yüksək peşəkarlıq səriştəsini 
və  onun  həyata  keçirdiyi  funksiyaların 
ixtisaslaşmasını  həyati  tələbata  çevirir. 
Məsuliyyət  hissi,  əxlaqla  möhkəmlənən 
şəxsi intizam olmadan hər hansı aparatın 
fəaliyyəti qeyri-mümkündür. Siyasətçi və 
ya dövlət xadimi isə özünün hər bir prakti-
ki hərəkəti üçün şəxsi məsuliyyət daşıyır. 
Bu cəhət yüksək səriştəliliklə yanaşı, daha 
yüksək  səviyyədə  inkişaf  etmiş  əxlaqi 
şüuru,  davranışın  daim  əxlaqi  cəhətdən 
motivləşməsini,  öz  hərəkətlərinin  hu-
manist,  ədalətli  xarakterinə  əxlaqi  inamı 
tələb edir. 
Beləliklə,  siyasətin  əxlaqi  aspektinin 
inkişafı siyasətçiyə öz fəaliyyətində düz-
gün  əxlaqi  istiqamət  seçməsinə,  kobud 
səhvlərdən  uzaqlaşmağa  yardım  göstərir. 
Nəhayət,  əxlaqi  siyasətin,  daha  dəqiqi 
desək, əxlaqla hüququn nisbətində üçüncü 
aspekt təzahür edir. Tarixi inkişaf prosesi 
inandırıcı səviyyədə deyil, məhz dinc və 
qanuni  vasitələrlə  həyata  keçirilməlidir. 
Insanların  həyatında  ən  yüksək  əxlaqi 
başlanğıc  siyasi  mahiyyət  kəsb  etdikdə 
belə, qurbanlarla əlaqədardırsa həmin si-
yasilik  əxlaqiliyin  təcəssümü  kimi  etiraf 
oluna bilməz. Hər cür, eləcə də ən yüksək 
və  nəcib  məqsədlər  insanların  əzab-
əziyyəti  və  bədbəxtliyi  əsasında  həyata 
keşirilməməlidir.  Bu,  mahiyyət  etibarilə 
siyasi məqsədlərə də aiddir. 

SİYASƏT
20
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev 
ƏDƏBİYYAT SİYAHISI:
1.  Əfəndiyev M. Siyasi elm. Bakı, 2010. 
2.  Пугачев В. П. , Соловьев А. И. Введение в политология. М. , 2003. 
3.  Гаджиев К. С. Философия власти. М. , 1993. 
4.  Вебер М. Избранные произведение (пер. с нем. ). М. , 1990. 
5.  Политология: энциклопедический словарь. М. , 1993. 
6.  Вакунин М. А. Государственность и анархия. Полн. Соб. соч. т. 2. М. , 1907. 
7.  Бердяев Н. А. Самопознание. М. , 1996. 
8.  Сутор Б. Политическая этика. Полис. 1996. №1. 
9.  Аристотель. Политика. М. , 1985. 
10. Политология вчера и сегодня. М. , 1990. 
ЭФЕНДИЕВ АХМЕД оглы МЕДЖИД, 
Бакинский Государственный Университет
Доцент кафедры Политология и социология
e-mail: mecidefendiyev@mail. ru
УДК: 32:1
СПЕЦИФИЧЕСКИЕ РАЗЛИЧИЯ ЭТИКИ И ПОЛИТИКИ
РЕЗЮМЕ
В статье раскрываются содержания понятий «мораль» и «политика», рассма-
тривается их взаимосвязь. Особое внимание уделяется специфическим особенно-
стям, отличающие мораль и политику друг об друга, исследуются общие черты 
этих духовных феноменов. Анализируются сущность моральных и политических 
ценностей, роль этих ценностей в формировании политической и нравственной 
личности, а также в развитии общества в целом. 
Ключевые  слова:  Политика,  нрав,  интерес,  ценность,  политический  дея-
тельность, нравственный идеал
Məqalənin redaksiyaya daxil olma tarix: 01. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir. 
Rəyçi: prof. P. Q. Darabadi

SİYASƏT
21
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
Müasir proqnostikanın nəzəri arsena-
lı ictimai fikrin ekspertizası üçün onlarla 
baza metodik vasitələrə malikdir: 1) eks-
pert  sorğusu  –  mütəxəssislər  tərəfindən 
müəyyən  bir  beynəlxalq  hadisəyə  aid 
olan  müxtəlif  anketlərin  doldurulması; 
2)  delf  metodu  –  bir  neçə  mərhələdən 
ibarət müzakirələr və qərar qəbulu zama-
nı nəzərə alınmalı olan əsas fərqləri ayır-
maqla  bu  cür  prosedurların  nəticələrinin 
ümumiləşdirilməsindən  ibarətdir;  3) 
müxtəlif  bir  qayda  olaraq  tanınmış 
analitiklərin müəyyən bir siyasi cərəyanın 
proqnostik  baxışlarını  əks  etdirən  intu-
itiv  qiymətləndirici  mülahizələr;  4)  ta-
rixi  analogiya  –  keçmiş  təcrübənin  bəzi 
düzəlişlərlə  xəyali  perspektivə  formal 
proyeksiyasından  ibarətdir;  5)  konteks-
tual  xəritəyəköçürmə  –  gələcəyin  bü-
tün  mümkün  hadisələrinin  ardıcıl  seçi-
mi,  təhlili  və  sintezi  deməkdir  (məsələn, 
təhlükəsizliyin  pozulması  təhlükəsindən 
silahlı  münaqişəyə  və  daha  sonra  konf-
rantasiyadan  sülhə  yol  axtarışlarına  ke-
çid);  6)  şəbəkə  və  qrafik  məlumatların 
təhlili – siyasi inkişafın ən gərgin, böhran-
lı nöqtələrini üzə çıxarmağa imkan verir; 
7) imitasiya – məntiqi və statistik apparat 
əsasında  proqnostik  qərarların  axtarış-
larını  optimallaşdırmağa  imkan  yaradır; 
8)  oyun  nəzəriyyəsi  –  dünya  siyasətinin 
bu  və  ya  digər  iştirakçılarının  mümkün 
fəaliyyət  ssenarilərini  hipotetik  şəkildə 
müəyyən etməyə imkan verir və s. [1, 89]
Yüksək  kompleksli  modelləşdirmə 
kimi ekpert təhlili də bir sıra mərhələlərə 
bölünür: a) informasiya-hazırlıq; b) anali-
AĞALAR NƏRIMAN oğlu ABBASBƏYLI
Bakı Dövlət Universiteti
Beynəlxalq münasibətlər kafedarının müdiri 
e-mail: agalar. abbasbeyli@mail. ru
UOT: 327. , 930. 22
MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN 
PROQNOZLAŞDIRILMASININ BƏZİ PROBLEMLƏRİ
XÜLASƏ
A. N. Abbasbəyli “Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi 
problemləri”  məqaləsində  müasir  münasibətlərin  inkişaf  prosesi  nəzəri  və  praktiki 
cəhətdən təhlil olunur. 
Müəllif  beynəlxalq  münasibətlərin  vəziyyətini  və  perspektivlərini  nəzəri  və 
konseptual mövgelərdən müşahidə və təhlil edir. 
Açar sözlər: proqnozlaşdırma, analogiya, metod, ekspert, təhlil, imitasiya, qrafik, 
statistik, diplomatiya, geostrategiya, müxtəlif

SİYASƏT
22
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
tik; c) bir çox aralıq məlumatların ümumi 
məxrəcə endirildiyi sintez fazası. 
Bu  zaman  hər-hansı  bir  beynəlxalq 
hadisənin (məsələn, regional münaqişənin) 
proqnostik-ekspert  analizi  hər-hansı  bir 
deyl,  bir  çox  mənbələrdən  əldə  edilən 
çoxtərəfli  məlumat  informasiya  bazası-
na əsaslanır. Bununla bərabər beynəlxalq 
ekspert üçün proqnozlaşdırma obyekti və 
ya  hadisəsinin  vəziyyəti  və  keyfiyyətləri 
haqqında həm ilkin - faktoqrafik, həm də 
ikinci dərəcəli - məntiqi-intuitiv məlumat 
eyni dərəcədə əhəmiyyət kəsb edir. 
Sitanalizin  kompleks  proqnozlaşdır-
ma kimi əsas xüsusiyyətlərindən biri on-
dan  ibarətdir  ki,  yuxarıda  qeyd  edilmiş 
tədqiqat  metodlarının  bir  çoxunun  kom-
binasiyası  əsasında  ətraflı  tədqiqat  qeydi 
yaradılır. Bundan sonra həmin iş əsasında 
ölkənin ali siyasi rəhbərinə son dərəcə la-
konik (2-4 standart vərəq) analitik məktub 
yazılır. 
Qeyd  etmək  lazımdır  ki,  ekspert-
analitik  proqnozlaşdırmanın  ən  mühüm 
instrumentlərindən  biri  Delf  metodudur. 
Onun  normativləri  ilə  əlaqədar  olaraq 
ekspertlər vahid əlaqələndirmə mərkəzinə 
öz  fərdi  mülahizə  və  rəylərini  daxil 
edirlər.  Təqdim  edilmiş  işləri  müqayisə 
edərək  layihənin  əlaqələndiriciləri  oxşar 
mövqelərlə yanaşı həm də ən əhəmiyyətli 
fərqləri (məsələn strateji və adi silahlan-
ma məsələləri üzrə) aşkar edirlər. Bundan 
sonra əlaqələndirici qrup yeni informasi-
ya məlumatlarıi daxil edərək əsas diqqəti 
mühüm fərqlərin aradan qaldırmaq yolla-
rının axtarışına və heç olmazsa nisbi kon-
sensusun əldə edilməsinə yönəldərək daha 
əhəmiyyətli  və  əsaslı  bazanı  öz  əvvəlki 
proqnostik  mülahizələri  altına  almaq 
məqsədilə  əlavə  fərdi  ekspert  rəyi  tələb 
edir. 
Bu  metodun  ən  mühüm  məziyyəti 
biliklərin  və  kollektiv  analitik  rəylərin 
ekspert-analitiklərin  fərdi  yanaşmaları-
nın  miqyaslı  və  əhəmiyyətli  olmasından 
ibarətdir. Təcrübə sübut edir ki, proqnoz-
laşdırıcı  qrupun  tərkibində  hətta  yüksək 
kvalifikasiya  və  dərəcəli  mütəxəssisin, 
o  cümlədən,  keçmiş  diplomatların, 
hərbiçilərin  və  s.  olması  belə  onunla 
müzakirə  və  mövqeyinin  mübahisəsi  və 
korrektə edilməsi ehtimalını istisna etmir. 
Başqa  sözlə,  burada  bir  növ  cəmiyyətin 
yeni  keyfiyyətə  keçdiyi  və  bunun  da  öz 
növbəsində ekspert-analitik mülahizələrin 
və nəticələrin əvvəllər naməlum olan po-
tensialını aşkar edən təbii elmi qanun özü-
nü göstərir. 
Sitanalizin  («qrup  şəkilli  zehni 
təzyiq») digər mühüm üstün cəhəti proq-
nozlaşdırılan  süjetlərdən  istəniləni  üzrə 
bir tədqiqatçı üçün xüsusilə daxili və xa-
rici  mühit  və  subyektiv  insan  amilinin 
qarşılıqlı  təsirinin  müxtəlif  aspektlərinə 
aid olan ətraflı məlumatı toplamaq və onu 
işləmək  demək  olar  ki,  mümkün  deyl. 
Sitanaliz  bu  cür  defisiti  kompensasiya 
etməyə, daxili siyasi və beynəlxalq inkişaf 
amillərinin  daha  sıx  birləşməsini  təmin 
etməyə imkan verir. [2, 181]
Qrup  şəkilli  proqnozlaşdırmanın 
fərdi  proqnozlaşdırmadan  üstünlüyünü 
müəyyən edən üçüncü məqam bir tərəfdən 
fərdi,  digər  tərəfdən  isə  kollektiv  sosial 
psixologiyanın  xüsusiyyətləri  ilə  bağlı-
dır. Situasiyaların tədqiqi ilə məşqul olan 
analitik  qrup  müstəqil  ekspertdən  fərqli 
olaraq  daha  yüksək  risk  dərəcəsi  ilə  ha-
kim  elitanın  mühüm  qərarlar  qəbul  edən 

SİYASƏT
23
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
hissəsinin təsəvvür və mövqelərilə kəskin 
şəkildə  ziddiyyət  təşkil  edən  bu  və  ya 
digər proqnostik rəylərə görə məsuliyyəti 
öz üzərinə götürməyə hazırdır. Hər hansı 
bir müstəqil xadim tərəfindən verilən belə 
qeyri-məşhur  qərarlar  onun  professional 
imicinə ziyan gətirə bilər, digər tədqiqatçı 
qruplarla  müxalifətə  sala  bilər.  Bununla 
yanaşı, sitanaliz təcrübəsi yekun sənədlərə 
«azlığın» əsaslandırılmış mövqelərini da-
xil etməyi istisna etmir. 
Sitanaliz  zamanı  geniş  istifadə 
edilən  delf  metodunun  xarakteristikasını 
verən  C.  Martino  yüksək  kvalifikasiyalı 
analitiklərin  peşəkar  akademik  intuisiya-
sına  əsaslanan  proqnostik-ekspert  işinin 
keçirilməsinin üç əsas xüsusiyyətini qeyd 
edir.  Birincisi,  anonimlik  və  məxfilik, 
ikincisi, tədqiqatın əvvəlki mərhələlərinin 
müvafiq  nəticələrə  əsaslanması,  üçüncü-
sü, isə kollektiv anket sorğusunun statistik 
nəticələrinin  istifadəsindən  ibarətdir.  [3, 
117]
Sitanalizin  anonimliyi  və  məxfiliyi 
sadə  gizli  səsvermənin  təşkilində  olduğu 
kimi  adsız  sorğu  vərəqləri  paketlərinin 
paylanması  və  işlənməsi  yolu  ilə  təmin 
edilir  (lakin  tədqiqat  iştirakçıları  ara-
sında  tanışlığın  tamamilə  olmaması-
nı  təmin  etmək  təcrübədə  bir  qədər 
çətindir).  Anonim-məxfi  metod  ekspertə 
öz elmi və peşəkar adına xələl gətirilməsi 
təhlükəsindən qorxmadan şəxsi mövqeyi-
nin təsbit edilməsi üçün tam azadlıq verir. 
Sorğunun nəticələri əsasında müxtəlif qra-
fik medianlar və ondan əsas kənarlaşmalar 
çıxarılır. Beləliklə, məsələn, sülhməramlı 
qoşun  kontingentinin  regional  münaqişə 
zonasından  çıxarılması  haqqında  məsələ 
üzrə üç mövqe təsbit edilə bilər: a) status-
kvonun (medianın) qorunması; b) qoşun-
ların  çıxarılması  (birinci  kənarlaşma);  c) 
qoşunların artırılması (ikinci kənarlaşma). 
Eyni bir süjet üzrə əvvəlki sorğuların 
nəticələrinə  əsaslanma  sitanalizin  bütün 
iştirakçılarının hər bir mövqeyin dəlil və 
sübutlarını  ətraflı  surətdə  qeyd  etməklə 
əvvəlki sorğuların əsas və alternativ rəyləri 
ilə təmin edilməsindən ibarətdir. Bu prinsip 
tədqiqatın keçirilməsində zəruri olan ardı-
cıllığı təmin etməyə imkan verir, sorğunun 
magistral  istiqamətdən  kənarlaşmasını 
aradan qaldırır, ekspertlərin işində ekstra-
polyarlıqla yanaşı həm də əks əlaqəni də 
təsbit edir. 
Proqnozun  statistik  göstəricilərinin 
işlənməsində  ekspertlərin  əksəriyyətinin 
fikri  əks  olunur.  Bu  fikirlə  analitik  qru-
pun digər üzvləri də razılaşır (və ya heç 
olmazsa əlavə kimi onların «xüsusi fikri» 
qeyd edilir [4, 105]. Bu prosedurdan əlavə 
Delf  metodu  orta  statistik  medianlar  və 
ekspertlərin fikirlərinin yayılma dərəcəsini 
aşkar etməyə imkan verən kvartillərin qu-
rulmasından ibarətdir. 
Proqnostik tədqiqatın keçirilməsi za-
manı  son  ekspertlər  komandasının  («jü-
rinin»)  yaranması  mühüm,  demək  olar 
ki,  əsas  əhəmiyyət  kəsb  edir.  Bu  zaman 
proqnostik  işdə  əsas  diqqət  yalnız  öz 
təşkilatı  içərisindən  deyl,  həm  də  digər 
elm  və  təhsil  mərkəzlərindən  toplanmış 
mütəxəssislərin iş bacarıqlarına yonəldilir. 
Situasiyadan  asılı  olaraq  analitik 
proqnozların  işlənməsində  yalnız  huma-
nitar  (tarix,  beynəlxalq  hüquq,  siyasi  iq-
tisad,  kulturologiya  və  s.  )  deyl,  həm  də 
bir çox təbiət elmlərinin (biologiya, coğ-
rafiya, kibernetika, tibb və s. ) ən məşhur 
nümayəndələri iştirak etmişlər. Alimlərlə 

SİYASƏT
24
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
yanaşı diplomatlar, dövlət qulluqçuları, in-
formasiya strukturu işçiləri və s. də proq-
nostik  tədqiqatlara  cəlb  edilmişlər.  Bü-
tün bunlar işləri yalnız sahələrarası deyl, 
həm də idarələrarası səviyyədə aparmağa, 
subyektiv  xarakterli  birtərəfli  meylləri, 
kənarlaşmaları  minimuma  endirməyə 
imkan  verir.  (Doğrudur,  ekspertlərin 
həddindən  geniş  nümayəndəliyi  proqno-
zun məxfiliyini təhlükə altına salır, «məxfi 
məlumatın  yayılması»  yolunda  maneə 
rolunu  tərəflərin  öhdəliklərinin  aydın 
şəkildə  müəyyən  edildliyi  fərdi  əlaqələr 
oynaya bilər. )
İnsan  cəmiyyəti,  dövlət,  onun  sosial 
institutları, siyasi partiyalar və müxalifət, 
müxtəlif  etnik,  konfessional  və  digər 
birliklər  tarixi  zaman  və  müəyyən  hü-
quqi  məkan  xaricində  fəaliyyət  göstərə 
bilməz. Siyasi varlıq və məkan-ərazi ami-
linin məhdud qarşılıqlı təsirinin məhz bu 
və  ya  digər  konkret  səviyyəsi  nəticədə 
bu  və  ya  digər  dövlətin,  koalisiyanın  və 
ya  dövlətlər  birliyinin  keyfiyyətini,  daha 
doğrusu  ümumi  milli  və  ya  ümummilli 
potensialını müəyyən edir. İstənilən digər 
elmi  şərh  kimi  geostrategiya  da  müasir 
beynəlxalq  münasibətlərin  ən  mühüm 
istiqamətlərindən biri olaraq vahid ümumi 
şəklə malik deyl, o daim mükəmməlləşir 
və mürəkkəbləşir. 
Bununla  yanaşı,  geostrateji  məkan 
hələ  yaranışından  humanitar  və  ən  əsası 
təbiət  elmlərinin  mürəkkəb  ahəngindən 
ibarətdir.  Geostrategiya  diplomatiya, 
siyasət və coğrafiyanın, sosial tarixin və et-
nopsixologiyanın,  iqtisadiyyat,  nəqliyyat 
və hərbi strategiyanın və s. özünəməxsus 
nəzəri və metodoloji sintezidir. 
Geostrategiyanın  çoxtəbəqəli,  sin-
tez  olunmuş  xarakteri  onun  kompleks, 
universal,  aksiomatik  xarakteristikası-
nın,  beynəlxalq  münasibətlərin  əsas  ins-
trumentarisinin  təkmilləşdirilməsi  üçün 
çətinliklə  keçilə  bilən  maneələr  yaradır. 
XX  əsrin  əvvəllərində  Avropa  ölkələri 
tərəfindən  yer  səthinin  mənimsənilməsi 
tam  olaraq  sona  çatdırılmışdır  və  artıq 
bölünmüş  kolonial  cəhətdən  asılı  pe-
riferiyanın  yenidən  bölgüsü  problemi 
beynəlxalq  münasibətlərin  ön  səhnəsinə 
çıxmış  oldu.  Yer  kürrəsinin  ən  güclü 
dünya  ölkələrinin  xarici  ekspansiyasının 
əsaslandırılması üçün dünya quruluşunun 
bütövlüyü və müxtəlifliyinə, siyasi-iqtisa-
di əsaslar və məkan mühitinin mürəkkəb 
qarşılıqlı  təsirinə  tamamilə  yeni  rəylərin 
verilməsinə ehtiyac var idi. Tarixi zama-
nın  bu  inadlı  çağırışlarına  ciddi  cavab 
olaraq geostrageya yarandı. O, yarandığı 
gündən  bir  sıra  məktəb  və  istiqamətlərə, 
o  cümlədən  fəal  xarici  ekspansionizm, 
təbii  «həyat  məkanı»nın  təmin  edilməsi 
tərəfdarlarına bölünmüşdür. 
Fundamental elm sahəsinin formalaş-
ması  üçün  bir  əsr  tarixi  xronologiyanın 
minimal  bir  hissəsidir.  Lakin,  onun  hü-
dudları  çərçivəsində  də  həm  fənnin  özü-
nün,  həm  də  geostrategiyanın kateqoriya 
aparatının  keyfiyyətcə  zənginləşməsi  və 
təkamülü baş vermişdir və o, beynəlxalq 
münasibətlər  və  dünya  diplomatiyasının 
ayrılmaz  hissəsinə  çevrilmişdir.  Ənənəvi 
geostrategiyanın əsasını əsasən litosferlə, 
sonra isə hidrosferlə əlaqədar olan coğrafi 
determinizm təşkil edirdi. 
Əsas  diqqət  dövlətin  kontinental  və 
ya  dəniz  mövqeyi,  torpaq  və  təbii  rel-
yef,  iqlim  şəraiti,  fauna  və  flora,  təbii 

SİYASƏT
25
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
kommunikasiyalar,  şirin  su  mənbələri, 
dövlətlərarası sərhədlərin xarakteri, strate-
ji  mövqelər,  etnodemoqrafik  göstəricilər, 
təbii ehtiyyatlar, cəmiyyətin sosial və si-
yasi təşkilat tipləri və s. kimi coğrafi ərazi 
amillərinə yönəldilirdi. Bu amillərin məhz 
mürəkkəb  kombinasiya  və  proyeksiyası 
nümayəndələrindən biri alman alimi Frid-
rix Ratsel olan siyasi coğrafiyanın forma-
laşmasına səbəb olmuşdur. 
Demək  olar  ki,  bütün  XX  əsr  bo-
yunca davam edən elmi biliklərin böyük 
tərəqqisi geostrategiyanın yeni tərəflərini 
və sahələrini aşkar etmişdir. Optimal ge-
ostrateji xarakteristikalar insan tərəfindən 
kosmosun  mənimsənilməsi  nəticələrinin 
nəzərə alınması ilə daha dolğun və demək 
olar  ki,  universal  olmuşdur.  Bütün  bun-
lar  nəzərə  alınmaqla  gələcəyin  dərk 
edilməsinin  geostrateji  meyarları  radikal 
surətdə yenilənməyə başladı. Elmi texniki 
inqilabın və qloballaşmanın təsiri altında 
geostrateji  məkanın  keyfiyyətləri  daha 
mühüm  əhəmiyyət  kəsb  etməyə  başladı. 
Müxtəlif  istiqamətli  tədqiqatçılar  qəribə 
bir  paradoksun  şahidlərinə  çevrilməyə 
başlayırlar: son həddə məkan, daha doğ-
rusu ətraf mühit və təbii intellekt arasında 
bir növ sintez təşkil etdiyindən ənənə üzrə 
geostrateji tədqiqatların əsasən beynəlxalq 
münasibətlər  nəzəriyyəsi  çərçivəsində 
keçirilməsinə  baxmayaraq  geostrategiya, 
ciddi akademik mənada qeyd-şərtsiz ola-
raq nə humanitar, nə də təbii elmlərə aid 
edilə  bilməz.  Eyni  zamanda  geostrategi-
yanın genetik özülündən məkanın iqtisa-
diyyatı  (geoiqtisadiyyat),  geostrategiya, 
geomədəniyyət, geoetnologiya və s. kimi 
kateqoriyalar törəyir. Məhz qeyd edilmiş 
amillərin  mürəkkəb,  müxtəlif  dərəcəli 
təsiri  nəticədə  dövlət  milli  qüvvəsini  və 
demək  olar  ki,  qlobal,  kontinental,  re-
gional,  subregional  miqyasda  qüvvələr 
nisbətinin  müəyyən  modelini,  xüsusilə, 
bipolyar, çoxpolyar, unipolyar, qeyri-pol-
yar və s. modellərini müəyyən edir. 
Beləliklə 
geostrategiya 
zənginləşdikcə  keçmiş  və  indinin  dərk 
edilməsi  instrumentindən  gələcəyin 
nəzəri  cəhətdən  dərk  edilməsi  vasitəsinə 
çevrilir.  İnsan  cəmiyyətinin  və  onun  at-
ributlarının  inkişafı  məkan  və  siyasi  eh-
tiyyatların  qarşılıqlı  təsirinə  yardım  edir 
və tarixi zaman keçdikcə təkamül edirdi. 
Yeni  ərazi  massivlərinin  kəşf  edilməsi 
və mənimsənilməsi böyük coğrafi kəşflər 
və  ilkin  kapital  yığımı  dövründə  xarici 
ekspansiyanın  əsas  məqsədi  olmuşdur. 
Sənaye inqilabı dövründə geniş xarici tor-
paqlar  mineral-xammal  malları  mənbəyi 
və  metropoliyaların  hazır  məhsullarının 
satışı  kimi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Elmi-texniki inqilab dövrünün başlanması 
ilə  məlumat-idarəedici  və  elmi-texnoloji 
amillər  müstəsna  geostrateji  əhəmiyyət 
kəsb  etməyə  başlayır. Yaponiya,  Malazi-
ya,  Bruney,  Sinqapur,  Koreya  Respubli-
kası və b. kimi ərazi üzrə nisbətən kiçik 
və  demoqrafik  meyarlar  üzrə  məhdud 
ölkələr  çox  kiçik  quru  ərazilərə  malik 
olaraq,  ¾  xarici  enerjidaşıyıcı  və  mine-
ral  ehtiyyatlar  tədarükündən  asılı  olaraq, 
geniş  ərazilərə  və  iri  təbii  ehtiyyatla-
ra  malik  güclü  dövlətlərin  yaxınlığında 
məskunlaşaraq kifayət qədər yüksək yerə 
və  «qızıl  milyard»  ierarxiyasına  nail  ol-
muşlar.  Lakin  coğrafi  determinizmin  ən 
aşağı formasından qlobal intellektualizmə 
doğru  möhtəşəm  irəliləyiş  heç  də  geost-
rategiyanın  keçmişdə  qalmasının  sübu-

Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin