SİYASƏT
26
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
tu deyl. Əksinə, qloballaşma dövrünü
əhatə etmiş amil, bu və ya digər dövlətin
qüvvələrinin optimal şəkildə səfərbər
edilməsi qabiliyyəti, onu lazımi istiqamətə
yönəldilməsi əsas geostrateji qanunauy-
ğunluqların doğruluğunu bir daha sübut
edir.
Dünya nəzəri elmində siyasət və coğ-
rafi məkan arasında qarşılıqlı təsirlərin
xarakteri haqqında müzakirələr tükənmək
bilmir. Bununla yanaşı, bəzi müəlliflər
təkid edir ki, coğrafi məkan nəticədə milli
dövlət və hakimiyyətin siyasi strategiyası-
nın mahiyyətini və prinsiplərini müəyyən
edir. Digərləri isə əksinə əsas rolu hakim
münasibətlərə, daha doğrusu, siyasi amilə
ayırır. Zənnimizcə, hər iki istiqamətin
sintezi düzgün cavabla nəticələnəcək.
Beynəlxalq inkişaf prosesində coğrafi
məkan və geostrategiyanın mürəkkəb qar-
şılıqlı təsiri və sintezinin özünəməxsus qa-
nunu fəaliyyət göstərir. Bu siyasi iradənin
zaman məkanın dəyişilməsinə təsiri ilə
yanaşı həm də məkanın özü də bu və ya
digər siyasi qərarın qəbul edilməsində
strateji substansiya kimi mühüm rol oyna-
ya bilər.
Siyasi aksiyaların keçirilməsində
daxili ziddiyyət və bir çox hallar-
da
məntiqsizlik
nəticədə
məkan
dəyişikliklərinin xarakterinə də öz
təsirini göstərir. Beləliklə, beynəlxalq
münaqişələrin tənzimlənməsinin siyasi
məntiqi bir halda humanitar problemlərin
həllinə yardım göstərə bilər, digər bir
halda isə özündə deqradasiya, reqress
və həlledilməz vəziyyətin dərinləşməsi
elementlərini daşıya bilər. Buna misal ola-
raq İraq ətrafındakı hadisələri göstərmək
olar. Təbiət və siyasi iradənin ziddiyyətli
əlaqəsi şəraitində insanın zorakılıq
xüsusiyyətləri üzə çıxır və çox güman ki,
postindustriya sivilizasiyası çərçivəsində
hələ uzun müddət üzə çıxacaqdır.
İnsan təfəkkürü nəzəri olaraq təbii
mühitin dağıdılmasının qarşısını almağa
qadirdir. Burada əsas rolu ənənəvi siyasi
coğrafiyanın təsvir və tədqiqat obyektinin
passiv xarakteristikası ilə məhdudlaşdığı
halda əsasən gələcəyə istiqamətləndirilən
geostrategiya oynamalıdır. [5, 117] Söz-
süz nəzərə almaq lazımdır ki, geostrate-
giya məkanla qarşılıqlı əlaqəni hökumət
və dövlət mövqelərindən qiymətləndirir,
siyasi coğrafiya isə dövlət hakimiyyətini
əsas etibarilə məkan mövqeləri baxı-
mından nəzərdən keçirir. Deməli, dövlət
tərəfindən milli təhlükəsizliyin – hərbi-
strateji, iqtisadi, energetik, xammal, iaşə,
elmi-trexnoloji, sosial, mədəni, ekoloji,
demoqrafik, etnokonfessional və s. təmin
edilməsi potensialının optimal şəkildə
açıqlanması yalnız geostrategiyanın
mövqeyindən mümkündür.
Yuxarıda qeyd edilmiş mülahizələr bir
daha sübut edir ki, geostrategiyanın proq-
nozlaşdırılması olmadan siyasi inkişafın
tərəqqisi qeyri-mümkündür. Məlumdur
ki, beynəlxalq münasibətlər nəzəriyyəsi
və tarixi diqqəti vətəndaş cəmiyyəti və
diplomatiya tarixinə yönəldir, geostrate-
giya isə geoiqtisadiyyat, geostrategiya,
geomədəniyyət və elmi təfəkkürün digər
sahələrinə aid olan universal biliklər
kompleksi ilə məşqul olur. Məhz komp-
leks geosiyasi tədqiqatlar əsasında eh-
tiyyatqoruyucu texnologiyalar, planetar
məlumat məkanı, dünya miqrasiyaları,
sivilizasiyalararası qarşılıqlı əlaqələr və
s. kimi qloballaşan amillərinin artan rolu-
SİYASƏT
27
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
nun aşkar edilməsi mümkündür. Deməli,
geostrategiya beynəlxalq münasibətlər
nəzəriyyəsi ilə müqayisədə daha geniş
idraki humanitar fəndir. Şübhəsiz ki, ge-
osiyasi nəzəriyyə və diplomatiya arasın-
da heç bir suayırıcı xətt yoxdur və ola da
bilməz. Bunlar humanitar biliklərin bir
çox cəhətdən çarpazlaşan fənləridir. Ge-
ostrateji bilik – diplomatiyanın kifayət
qədər effektli silahıdır və əksinə diplo-
matik arsenal geostrategiya sahəsindəki
işlərin yüksək səmərəliliklə aparılmasına
imkan verir. Lakin, beynəlxalq hüquqa
əsaslanan diplomatiyadan fərqli olaraq
geostrategiya indinin və gələcəyin diplo-
matiyasının bir növ əksi kimi çıxış edir.
Məlumdur ki, siyasi sərhədlər hələ si-
vilizasiyanın yaranması zamanı - ilk dövlət
birliklərinin meydana gəlməsi dövründə
tayfalararası ərazi sahələri əsasında ya-
ranmışdır. Müəyyən bir ərazinin özü ilə
eyniləşdirilməsi hissi etnik təfəkkürün
əsas elementlərindən biri idi. Lakin,
sərhədboyu zonalar özü də sonsuz sayda,
uzunmüddətli, qanlı müharibələr, daim
dəyişən etnik qüvvələr balansı əsasında
formalaşırdı. Yalnız XIX əsrin sonu - XX
əsrin əvvəlində yer kürrəsində «azad tor-
paq» qalmamışdır. Lakin, «koloniya piro-
qunun» bölgüsünə gecikmiş ölkələr XIX
əsrin sonu - XX əsrin əvvəlində milli-
dövlət sərhədlərinin sarsılmazlığı prinsi-
pini rədd etməyə davam edirdilər. Milli
qüvvə amillərinin (xüsusilə də ərazinin,
su sahəsinin, təbii ehtiyyatların və s. )
qeyri-bərabər paylanmasını birtərəfli
şəkildə şərh etmək tendensiyası XX əsrin
əvvəllərində Almaniya, Yaponiya və ABŞ
kimi ölkələrə xas idi. Sonralar, XX əsrin
20-30-cu illərində Almaniya və İtaliya
kimi ölkələr «həyat məkanının» birbaşa
təcavüzlərinə və zorakı ərazi işğallarına
haqq qazandırmağa çalışırdılar. [6, 67]
Koloniya və asılı dövlətlərin bir
çox işğalları və bölüşdürülməsi «həyat
məkanı» şüarı altında həyata keçiri-
lirdi. Lakin, dekolonizasiya dövrünün
başlanması ilə sərhədlər və mübahisəli
ərazilər haqqında qızğın mübahisələr
bitməməklə yanaşı, həm də canlanma və
güclənmə tendensiyaları artmışdır. Bu
isə öz növbəsində geosiyasətin müasir
beynəlxalq münasibətlər nəzəriyyəsi və
təcrübəsi ilə sıx əlaqədar olan bir elmi
fənn kimi mövcudiyyətinə daha bir sü-
butdur. Klassik geostrategiya beynəlxalq
münasibətlərin qanunauyğunluqlarının
dərk edilməsinin mühüm nəzəri instru-
mentarisi kimi öz həyati qüvvəsini qoru-
yub saxlamaqda davam edir.
Klassik geostrategiyanın əsasən üç
məkan süjeti (litosfer (torpaq), hidrosfer
(dünya okeanı) və atmosfer) ilə işlədiyi
halda müasir geostrategiya 1) kos-
mik məkan, 2) insan idrakı, 3) məkanın
kiçildilməsi və zamanın «sıxılması» feno-
meni, 4) qloballaşma kimi ən yeni amilləri
mənimsəyir.
Kosmos və kosmologiyanın kainat
haqqında elm kimi anlayışı hələ qədim
yunan mütəfəkkirləri Pifaqor, Heraklit,
Platon, Aristotel və s. tərəfindən işlənib
hazırlanmışdır. Lakin, bir çox tədqiqatçı
nəsillərini heyrətə salan fövqəladə kos-
mik nizamlanma beynəlxalq siyasi
təfəkkürdən asılı olmayaraq XX əsrin
ikinci yarısına kimi, daha doğrusu insanın
kainata fəal çıxışınadək mövcud olmuş-
dur. Bu zamandan etibarən kosmologiya
amiranə bir surətdə geostrategiyaya daxil
SİYASƏT
28
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
olur, bu və ya digər geostrateji regionun
(məsələn, transatlantik hövzəsinin, Ru-
siya, Avrasiya Xartlendinin və ya Şərqi
Asiya kontinental qövsünün və s. ) kos-
mosa fəal çıxışı yer kürrəsində üstünlüyə
malik olmaq uğrunda rəqabət sahəsində
həlledici əhəmiyyət kəsb etməyə başla-
yır. Bundan əlavə, kosmosfera (xüsusilə
də hərbiləşdirmə şəraitində) hidrosfer, li-
tosfer və atmosferlə müqayisədə dünyada
tədricən ön səhnəyə çıxır. Lakin, yuxarıda
qeyd edilmiş çağırışlarla yanaşı, artan kos-
mik təhlükə qarşısında (kosmik cismlərlə
qarşılaşma, yadellilərin müdaxiləsi və
s. ) ayrı-ayrı geosiyasi regionlar və yerli
sivilizasiyalar arasında qarşıdurmaların
əhəmiyyətinin azalmasına aid olan digər
bir prosesin istisna edilməsi qeyri-müm-
kündür.
Müasir geostrategiyanın digər bir
yeni fenomeni – idrak anlayışı renessans
dövründən etibarən əsrlər boyunca elmdə
insanın intuitiv, hissi dərk etməsindən
fərqli olaraq rasional mükəmməl dərk
etmə qabiliyyəti kimi istifadə edilirdi. Say-
sız-hesabsız sosial-psixoloji tədqiqatlar
nəticəsində cəmiyyətin həyatında xüsusi
rol oynayan insan idrakının 120-yə qədər
amili aşkar edilmişdir. Bununla bərabər
elmi-texniki tərəqqi və «süni idrakın»
yaranması şəraitində intellektual poten-
sialın həyatın bütün sahələrinə, eləcə də
beynəlxalq münasibətlərə ciddi şəkildə da-
xil olması baş verir. Bu və ya digər millətin
optimal idarəetməyə və özünüidarəetməyə
yüksək dərəcəli qabiliyyət kimi intellek-
tual keyfiyyətləri ərazi və strateji amillər
kimi klassik anlayışlarla müqayisədə ha-
kim mövqe tutmuşdur. Bu öz növbəsində
bütün mümkün geostrateji blokların, al-
yansların, «oxların», «çoxbucaqlıların»
və çox güman ki, ənənəvi dövlətlərarası
sərhədlərin rolunu xeyli azaldır, idrakın
yeni kosmoqonik geostrategiyada hakim
mövqe tutacağını proqnozlaşdırmağa əsas
verir. Əvvəlki dövlətlərarası maneələrin
əhəmiyyətinin azalması şəraitində postin-
dustriya, daha doğrusu, parçalanma, lakin
hələ də asılı olan etnos və xalqların neos-
fer toplanması üçün nadir şərait yaradılır.
Proqnozlar üzrə gələcəkdə Rusiya, ABŞ,
Çin, Hindistan və başqa iri dövlətlərin
dezinteqrasiyası və afrikalılır, latınameri-
kalıları, ərəblər, qafqazlılar və digər yeni
birləşmiş dövlətlərin yaranması da müm-
kündür.
Geostrategiyanın daha bir yeni kate-
qoriyası məkan və zamana aid olan nəzəri
abstraksiyadan ibarətdir. [7, 1991] Elmi -
texniki tərəqqi boyunca məkan və zaman
hər bir maddi substansiyanın mövcudiyya-
tının universal bir forması kimi materiya-
nın struktur və mövcudiyyətinin qarşılıqlı
təsiri və ölçüsü, onun müxtəlif hallarının
bir-birini əvəz etməsinin davamlılığı və
ardıcıllığı və s. kimi xassələrində özü-
nü tədricən daha miqyaslı şəkildə biruzə
verir. Lakin, postindustriya, informasiya
cəmiyyətinin yaranması şəraitində ehti-
mal nəzəriyyəsinin fiziki qanunlarından
biri (cismlərin hərəkət sürəti artdıqca çəki
də artır və hərəkətin ölçüləri və istiqaməti
nisbətən azalır) aydın şəkildə görünür.
Şübhəsiz ki, fizikanın fundamental
qanunları birbaşa cəmiyyət hadisələrinə
köçürülə bilməz. Lakin, müasir infor-
masiya axınlarının hərəkət sürətinin
saniyədə 300 min km-dək olması fak-
tı bizim təsəvvürümüzdə nəhəng yer
kürrəsini dünyanın bir «kəndinə» çevi-
SİYASƏT
29
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
rir, beynəlxalq münasibətlərdə mühüm
əhəmiyyəti yalnız regional (geosiyasi)
deyl, həm də qlobal (geostrateji) amillərin
kəsb etməsini təkidlə söyləyir. Müasir
informasiya texnologiyaları müasir dün-
ya liderlərinə qısa zaman ərzində (kos-
mik nüvə-raket zərbə komplekslərinin
uçuş zamanı ərzində) son dərəcə böh-
ranlı müharibə və sülh məsələlərini təcili
surətdə həll etməyə imkan verir, halbu-
ki, əvvəllər bu tip problemlər prinsip
etibarilə yalnız bir yeraltı atom daşıyıcısı
komandirinin baş komandanlıq tərəfindən
öncədən hazırlanmış təlimatların açılı-
şı əsasında yerinə yetirilən fəaliyyəti ilə
müəyyən edilirdi. Bu vəziyyətdə strateji
qərarların qəbul edilməsinə görə hər bir
liderin məsuliyyəti kəskin surətdə artır.
Nəticədə zaman amilini son həddədək
sıxan informasiya inqilabı geosiyasətin
(«mütərəqqi əsaslandırılma» strategiya-
sının) klassik meyarlarının əhəmiyyətini
xeyli azaldır, bu isə özünü xarici strateji
dayaq məntəqələri sisteminin iri ölkələr
tərəfindən reformasiya edilməsində biruzə
verir. Sivilizasiya məkanının «sıxılması»
və sosial təcrübənin ölçü şkalası kimi za-
manın «daralması» ilə yanaşı, beynəlxalq
münasibətlər nəzəriyyəsi sosiomədəni
(yerli sivilizasiya çərçivəsində sosial
fəaliyyətlər ritmi)və siyasi zaman (siya-
si həyat ritmləri) arasında fərqləri həyata
keçirir. Zaman istənilən mədəni həyatın
universal amili kimi dünya bazarının
yaranması vaxtından etibarən misilsiz
«təzyiqə» məruz qalmışdır. İnformasiya
cəmiyyəti sənaye dövründən qaytarılma-
sı, dəyişdirilməsi, satılması, çevrilməsi
mümkün olmayan aztapılan ehtiyyatlar,
və nəhayər virtual pullar kimi zamanın
nadir qiymətini miras almışdır. Nəinki si-
yasi, həmçinin sosial zaman hər bir zaman
kəskin defisitlə üzləşir. Postindustriya eli-
tasının siyasi zamanı «ləngitmək» (daha
doğrusu, tarixin geri döndürülməsi müm-
kün olmayan əqrəblərini dayandırmaq)
cəhdlərinin əsassızlığı buradan irəli gəlir,
bu isə iri sosial-siyasi fəlakətlərə doğru
aparır. [8, 20]
Ən yeni tarixi zaman konsepsi-
yaları əsas diqqəti cəmiyyət və dövlət
problemləri ilə nəzəri müqayisədə üstün
mövqe tutan fərdi başlanğıca yönəldir.
Bununla da beynəlxalq münasibətlərdə və
ümumdünya tarixi prosesdə ümumi, xü-
susi və vahid xüsusiyyətlərin vahidliyi və
tamlığı açıqlanır. Qloballaşan dünya bir-
liyinin yaradıcısı olan insan mədəniyyət
və mədəni tərəqqinin yüksəkliklərinə qal-
xaraq tədricən gələcəyi bir növ kortəbii,
qaçılmaz tale kimi qəbul etməkdən
kənarlaşır. Məhz gələcək perspektivlərin
mütərəqqiliyi
və
eyni
zamanda
müəmmalılığı və qeyri-müəyyənliyi in-
sanı tarixin fəal subyektinə çevirir, hal-
buki təbiətin əsas qanunu – insan tale-
yinin müvəqqətiliyi, özünəməxsusluğu
və bərpa edilməzliyi dəyişilməz olaraq
qalır. Bu tip kontekstdə «qlobal mədəni
oykumena
məkanını
formalaşdıran
mədəniyyətlərarası dialoqun effektivliyinə
yalnız digərinin mövcudiyyətinin mənim
mümkün mövcudiyyətim kimi nəzərdən
keçirilməsi şərtilə nail oluna bilər».
Başqa sözlə, inadlı və arasıkəsilməz
sivilizasiyalararası, insanlararası dialoq
beynəlxalq münasibətlərin mədəni so-
sial dinamikası və optimizasiyasının ən
mühüm şərtidir. Sülhməramlı estafetin
növbəti nəslə vaxtında verilməsi heç bir
SİYASƏT
30
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
zaman sosial tarixin zaman silsilələrinin
«daraldılmasının» informasiya dövründə
olduğu kimi əhəmiyyətə və mənaya ma-
lik olmamışdır. Lakin, sosial-mədəni za-
manı fantastik surətdə artıraran təbiət in-
san qarşısında borclu qalmamışdır. Onun
həyatının hələ XX əsrdəki davamlılığı
inanılmaz surətdə artdı və artmaqda da
davam edir. Dünya inkişafının əvvəlki
silsilələrində olduğu kimi xüsusilə keçid
iqtisadiyyatı olan ölkələrin siyasi struk-
turları yenə də yeni qlobal çağırışlara
adekvat reaksiyaya hazır deyldilər. Bura-
da bir tərəfdən sosial mədəni zaman, digər
tərəfdən isə siyasi zaman arasında dərin
ziddiyyət aydın nəzərə çarpır. Bu cür qarşı-
durma hər zaman cəmiyyət üçün həlledici,
faciəvi xarakter daşıyır. Bunu XX əsrin so-
sial-siyasi təcrübəsi, o cümlədən qüdrətli
və əzəmətli tiran-diktatorların tarix çarxı-
nı geri çevirmək cəhdlərinin uğursuzluqla
nəticələnməsi sübut edir.
XX əsrin 90-cı illərində beynəlxalq
arenada bipolyarlığın yoxa çıxması ilə
əlaqədar olaraq siyasət elmində dünyanın
mədəni inkişafının əsas qanunauyğunluq-
larının universal şəkildə dərk edilməsi kök
salmağa başlayır.
Bəşər tarixinin birxətli artan pro-
sesi kimi sadə doqmatik şərhi əvəzinə
tədricən əvvəllər «qeyri-elmi», və «ide-
alistik» hesab edilən digər metodoloji
məktəb və istiqamətlər öz təsdiqini tapır.
Beynəlxalq münasibətlər sosiologiyasın-
da bu cür «yeni meyllər» sırasında ümum-
dünya sivilizasiyasının dalğavari-dövrü
nəzəriyyəsi böyük əhəmiyyətə malik oldu.
Dünyanın
sosial
inkişafının,
beynəlxalq münasibətlərin mahiyyəti
kimi dalğavarilik və dövrilik nəzəriyyəsi
siyasi sosiologiyanın kifayət qədər həcmli
fənnidir. Bu baxımdan aşağıda söhbət yal-
nız onun baza metodoloji prinsiplərindən
gedir.
Müasir siyasi elmdə ilk öncə iqtisadi
elmdə yaranan dalğavarilik və dövrilik
nəzəriyyəsi yalnız daxili deyil, həm də
xarici siyasi proseslərin mühüm metodo-
loji tədqiqat instrumentinə çevrilmişdir.
Öz əksini O. Şplenqer və Y. Şumpeter
və başqalarının əsərlərində tapmış dalğa
və silsilə nəzəriyyəsinin əsas müddəaları
dünya elmində XX əsrin birinci yarısında
yaranmışdır.
İstənilən yerli sivilizasiya siste-
minin (demək ki, həm də ümumilikdə
sivilizasiyanın)
dalğavari-dövri
in-
kişaf nəzəriyyəsinin mahiyyəti insan
cəmiyyətinin fəaliyyət dinamikasının bir
inkişaf dalğası və ya spiralının digəri ilə
ardıcıl şəkildə əvəz olunması kimi dərk
edilməsindən ibarətdir. Sisilənin bu cür
fəaliyyəti prosesində aşağıdakılar aydın
şəkildə nəzərə çarpır:
a) özünəməxsus potensial ətalət
qüvvəli nisbətən sabit, bu və ya digər
dərəcədə davamlı inkişaf fazası;
b) sistemin böhran fazası. Bu zaman
ətalət qüvvəsi qeyri-sabit və qeyri-da-
vamlı olur, ənənəvi strukturlar içərisində
yad variantlı elementlər və gələcək
perspektivləri yaranmağa başlayır;
c) yüksək sıçrayış və ya artım fazası,
daha doğrusu institusionalizasiya və ya
cəmiyyətin yeni vəziyyətə keçid fazası;
bu faza sistemin dərinliklərində ətalət di-
namikasının yaranmasına səbəb olur.
Daha dalğavari və dövri ardıcıllıq za-
manı istənilən bu və ya digər dərəcədə rasi-
onal daxili və beynəlxalq siyasət nəticədə
SİYASƏT
31
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
hər hansı bir volyuntarist improvizədən
deyl, sivilizasiya təkamülünün funda-
mental qanunauyğunluqlarına tabe olan
məqsədyönlü fəaliyyətdən ibarətdir.
Bir neçə müxtəlif siyasi yönümlü ölkə
üzrə sənədli məlumatlar ümumilikdə onla-
rın tərtibatçılarının bu əsrin gələcək on ili
ərzində dünya quruluşunu necə gördükləri
barəsində ətraflı və konkret təsəvvür ya-
radır.
Qeyd
edilmiş
strateji
işlərin
müəlliflərinin dalğavari-dövri inkişaf
nəzəriyyəsini bilib-bilməmələrindən ası-
lı olmayaraq bir şeyi şübhəsiz olaraq
təsdiq etmək olar: bu tarixi mərhələdə
heç olmazsa dünyanın gələcək siyasi qu-
ruluşunun (çoxpolyarlıq, monopolyarlıq,
yeni bipolyarlıq və digər qlobal modi-
fikasiya ssenariləri) qiymətləndirilməsi
məsələsində nisbi konsensusun əldə
edilməsi şübhə altındadır.
ƏDƏBİYYAT SİYAHISI:
1. A. N. Abbasbəyli. Beynəlxalq münasibətlərin proqnozlaşdırılması nəzəriyyəsi.
B, 2012, 1. 89
2. Proqnozlaşdırma və qərarların qəbul edilməsi nəzəriyyəsi. M. , 1997, 1. 181
3. Martino C. İngilis dilində proqnozlaşdırma texnikası. M. , 1977, 1. 117
4. Yanç E. Elmi-texniki tərəqqinin proqnozlaşdırılması / İng. dilindən tərcümə. M.
, 2003, 1. 105
5. Nikitina A. Q. Proqnozlaşdırma insan qabiliyyəti kimi. M. , 2005, 1. 117
6. A. S. Panarin. Qlobal siyasi proqnozlaşdırma. M. , 2000, 1. 67
7. Уткин А. И. Глобализация: процесс и осмысление. М. , 2001, с. 1991
8. Robert Harvey. Global disorder (How to avoid a fourth world). London, 2003, 1.
20
SİYASƏT
32
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
АГАЛАР НАРИМАН оглы АББАСБЕЙЛИ
Бакинский Государственный Университет
Заведующий кафедрой Международные отношения
e-mail: agalar. abbasbeyli@mail. ru
УДК: 327. , 930. 22
О НЕКОТОРЫХ ПРОБЛЕМАХ ПРОГНОЗИРОВАНИЯ СОВРЕМЕН-
НЫХ МЕЖДУНАРОДНЫХ ОТНОШЕНИЙ
РЕЗЮМЕ
В статье А. Н. Аббасбейли «О некоторых проблемах прогнозирования совре-
менных международных отношений» исследуется процесс развития современных
отношений в теоретической и практической плоскости.
Автор рассматривает состояние и перспективы международных отношений с
теоретической и концептуальной позиций.
Ключевые слова: прогнозтрование, аналогия, метод, эксперт, исследование,
имитация, график, статистика, дипломатия, геостратегия, различные
Məqalənin redaksiyaya daxil olma tarix: 04. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir.
Rəyçi: prof. Z. M. Həsənəliyev
SİYASƏT
33
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
ISMAYIL ƏHMƏD OĞLU EYYUBOV
Bakı Dövlət Universiteti
Politologiya və sosiologiya kafedrasının müəllimi
e-mail: ismayil. eyyubov@gmail. com
UOT: 323. 1. , 327. 39
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA
DÖVLƏTÇİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ İLHAM
ƏLİYEVİN ROLU
XÜLASƏ
Məqalədə milli müstəqil Azərbaycan dövlətini gücləndirmək üçün Prezident İlham
Əliyevin fəaliyyətini təhlil edir. İlk növbədə, olduqca ağır şəraitdə ölkəmizin yaradılması
və müstəqilliyinin əsaslarını möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin
tarixi ləyaqət var. Bu məqalə Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin
siyasi rəhbərliyi dövründə Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri,
əldə olunmuş nailiyyətlərinin sistemləşdirilməsinə yönəlmişdir.
Dostları ilə paylaş: |