Açar sözlər: avrasiyaçılıq, sivilizasiya, geopolitika.
Giriş
Milliyyətçilik siyasət, tarix, coğrafiya
və mədəniyyət arasındakı münasibətləri
özünəməxsus formada əlaqələndirən
bir ideologiyadır. Ölkənin, dövlətin,
xalqın, etnosun və s. orijinallığını,
özünəməxsusluğunu, başqa bir ifadə ilə
milliliyini göstərmək üçün tarix, coğra-
fiya və mədəniyyət arasında qurulan dia-
lektik münasibət böyük əhəmiyyət kəsb
etməkdədir. Xüsusilə pan-milliyyətçi ide-
ologiyalarda mədəni və coğrafi faktorla-
ra olan vurqu daha da qabarıqdır. Bu tərz
milliyyətçiliklərdə tarixə, mədəniyyətin
mənəvi elementlərini də özündə əks etdirən
daha geniş forması olan sivilizasiya priz-
masından yanaşılmaqdadır. Belə olan halda
tarix burada sivilizasiyaların tarixidir. Pan-
milliyyətçiliyinin daşıdığı funksiya isə sivi-
lizasiya mənsubiyyətini əsaslandırmaqdır.
Coğrafiya isə siyasətin maddi dünyasıdır.
İkisi arasındakı münasibətlərdə geosiyasi
(geopolitik) vektor təşəkkül tapmaqdadır.
Beləlilkə, bu yanaşmada siyasət coğrafi-
ya üzərindən tarix və mədəni faktorlar-
la birləşməkdədir. Bu cür yanaşmanın ən
maraqlı nümunələrindən biri avrasiya-
çılıq olaraq bilinən düşüncə cərəyanıdır.
Yazıda Aleksandr Panarinin avrasiyaçı
düşüncələri kontekstində sivilizasiya anla-
SİYASƏT
48
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
yışı tədqiq olunacaq və bu anlayışın tarixi
kökləri etibarı ilə geopolitik doktrinalarla
əlaqələndirilməsi üzərində dayanılacaqdır.
“Svilizasiya” və “Svilizasiyalar” Di-
alektikası
Sosial nəzəriyyədə “sivilizasiya”
(mədəniyyət) anlayışının tək və cəm for-
malarda bir-birindən fərqləndirilməsi
və bunun tarixən yaranma səbəblərinin
müəyyən olunması üzərində geniş daya-
nılmaqdadır. [1, s. 1-66; 2, s. 46-47] Sosial
tarixçilər belə hesab etməkdədirlər ki, “si-
vilizasiya” anlayışının kökləri XVIII əsr
Fransasına qədər geri getməkdədir. [1, s.
2] Həmin dövrdə Alman dilində işlədilən
Kultur sözü də bənzər bir əhəmiyyətə sa-
hib olmuşdur. Həm fransızların civilizati-
onu həm də almanların kulturu mühüm bir
sosial güc olan burjuaziyanın yaranmasın-
dan ayrı təsəvvür ediləməz. Hər ikisi də
“barbarlığın” anti-tezislərəri olaraq artan
mədəniləşmə, mülkiləşmə proseslərini
ifadə edən mənalarda işlənmişlərdir.
Məşhur sosioloq Norbert Elias bu prose-
sin Fransada əsasən dövlət hakimiyyəti,
Almaniyada isə universitetlərlə bağlı ol-
duğunu bildirmişdir. [3, s. 71-73]
Bəhs etdiyimiz dövrdə “sivilizasi-
ya” anlayışı bir mənalı olaraq əsasən
mədəniləşməyi ifadə etməkdədir. Lakin
anlayış qısa bir zamanda bütün İntibah
dövrünü (Renesansı) simvollaşdıran uni-
versal bir fenomen olaraq istifadə olun-
muşdur. İntibah dövrünün təcəssümü
olan mədəniləşmə mənasındakı siviliza-
siya (təkdəki) Romantizm cərəyanının
müxalifliyi ilə qarşılaşmışdır. Rene-
sansın universal qanunlarının istiqamət
verdiyi obyektiv dunya təsəvvürünə və
universal (beynəlmiləl) əxlaq normala-
rına çatmaq cəhdlərini qəbul etməyən
romantik mütəfəkkirlər, subyektivliyə
və mədəni unikallığa daha çox önəm
vermişlərdir. Romantik mütəfəkkirlər, hər
bir milli mədəniyyətin dunya tarixindəki
yeri, məqsədləri və taleyinə daha çox
önəm
verməkdəydilər.
Renesansın
universalizminə qarşı Romantizmin əks
düşüncə sistemini Almaniyada Herder,
Fransada Mişelet, İngiltərədə ise Edmund
Börk təmsil etmişlərdir. Bu xətt, daha son-
ralar xüsusilə Vilhelm Diltey tərəfindən
Alman tarixçiliyi (historism) içərisində
inkişaf etdirilmişdir. [1, s. 2]
Bilindiyi kimi XIX əsrin sonlarında
Qərbi Avropada fin de siecle (əsrin sonu)
şəklində bilinən uzun bir böhran və dep-
ressiv dövr yaşanmışdır. Şəhərləşmənin və
sənayeləşmənin gətirdiyi sosial ziddiyyət
və konfliktləri Alman mütəfəkkir Ferdi-
nand Tönnies Gemeinschaftdan (icma)
Gesellschafta (cəmiyyət), Fransız so-
sioloqu Emil Dürkheym isə mexani-
ki cəmiyyətdən üzvi cəmiyyətə keçid
şəklində ifadə etmişlərdir.
Xüsusilə Birinci Dünya Müharibəsinin
əsas səbəbkarı kimi böyük imperiyalar
arasındakı rəqabət Renesansın oyan-
ma, dirçəlmə və inkişaf proqramına olan
inamı sarsmış və intelektual skeptizmi
gücləndirmişdir. Bu mənada, sosioloq
İmmanuel Valerştayn, sivilizasiyala-
rı (cəmdə) sivilizasiyanın (təkdə) səbəb
olduğu dağıntılara qarşı bir müdafiə
şəklində görməkdədir. [5, s 224] XVI
əsrdən etibarən Avropanın inkişafı və
genişləməsi ilə əlaqədar yayılan sivilizasi-
ya (tək) fikri, prosesin nəzarətdən çıxdığı
və geriləməyə başladığı anlarda sivilizasi-
SİYASƏT
49
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
yalar (cəm) fikrinin önəminə vurqu olun-
ması zərurəti yaratmışdır. [6, s. 309]
“Sivilizasiya Geopolitikası” Anlayışı
Siyasi coğrafiyacı Con Aqnev
cəmdəki sivilizasiyalar düşüncəsinə
istinadən “sivilizasiya geopolitikası” (ci-
vilizational geopolitics) anlayışından
bəhsetməkdədir. [7, s. 86] Aqnevə görə,
sivilizasiyalar geopolitikasının kökləri
qədim dövrlərə qədər uzansa da əsas
xüsusiyyətləri Fransa İnqilabının əmələ
gətirdiyi milliyətçiliklərə qarşı bir reaksi-
ya olaraq bu milliyətçiliklərin nəzarət al-
tına alınması prosesində formalaşmışdır.
Bu cür geopolitikaya əsas hazırlayan iqti-
sadi-siyasi şərait 1815–1875 illəri ərzində
Avropada mövcud olmuşdur. Bu dövr, bir
tərəfədən Fransa İnqilabının ixtirası olan
milli dövlətlərin yayılmağa başlaması,
digər tərəfdən isə Avropanın ənənəvi im-
periyalarının milli dövlət düşüncəsinə
qarşı verdiyi mübarizə ilə xarakterizə
olunmaqdadır. [6, s. 87; 7, s. 52] Bu
mübarizə əslində iki fərqli milliyyətçi ide-
ologiyanın – milli dövlət milliyyətçiliyi
ilə mühafizəkar pan-milliyyətçilik ara-
sında olan gərginliyi ifadə etməkdədir.
[6, s. 87] Milliyyətçiliyin bu iki fərqli
forması arasındakı ziddiyyət, öz ifadəsini
yuxarıda sivilizasiya anlayışının tək və
cəm formaları arasında bəhsetdiyimiz
fərqləndirməsində də təzahür olunur.
Milliyyətçilik və geopolitika arasındakı
münasibətlər də məhz burada formalaş-
maqdadır. Çünki sivilizasiyaya hansı for-
mada (təkdə və ya cəmdə) yanaşılacağın-
dan asılı olaraq milliyyətçilik ideologiyası
da geopolitik düşüncəyə yön verməkdədir.
Milliyətçiliyin bütün tendensiyalarında
olduğu kimi sivilizasiyalara geopolitik
yanaşmada da intelektuallar aparıcı rola
sahib olmuşlardır. Bu mənada ağıla gələn
ilk isim Rus filosof Nikolay Danilevski-
dir. 1860-cı illərin ikinci yarısında Dani-
levski, Avropalıların Cermen-Latın sivili-
zasiyalarının Rus-Slav həyat tərzinə zidd
olduğunu bildirmişdi. Danilevskiyə görə,
Cermen-Latın sivilizasiyasının yayılma-
sının qarşısının alınmasına ehtiyac ya-
ranmışdır. Danilevski, müdafiyəni təmin
edəcək əks qütbün yaranmasında Rus-
Slav birliyinin əhəmiyyətini vurğulayırdı.
Danilevskiyə görə, Rus-Slav sivilizasi-
yası qlobal üstünlüyə can atmaq əvəzinə,
Avropanın hegemonyasına qarşı dünyada
fərqli mədəniyyətlərin çoxluğunun qorun-
masına yönəlməli idi. [8, s. 130-131]
Qərbdə isə sivilizasiya yanaşmasının
ən mühüm nümayəndəsi Alman tarixçi
və filosofu Osvald Şpenqler olmuşdur.
Ümumiyyətlə, Şpenqler öz dövrünün
düşüncə iqlimi, o cümlədən klassik Rus
avrasiyaçıları üzərində təsirli olmuşdur.
Şpenqlerin tarix görüşünün təməlində si-
vilizasiyaların (mədəniyyətlərin) inkişafı-
na dövri baxış dayanmaqdadır. Şpenqlerin
təsəvvüründə əsas xüsusiyyətləri feodal
sistem və Roma memarlığı olan Faustçu
(Qərb) mədəniyyəti X əsrdə formalaş-
mışdı. Qotika üslubundakı memarlıq və
sxolastik fəlsəfə Qərb mədəniyyətinin
inkişafının ən yüksək nöqtəsini təşkil
etməkdədir. Ancaq Şpenqlerə görə
sürətlənən şəhərləşmə və Renesans eyni
zamanda Qərbin tənəzzülünü də simvol-
laşdırmaqdaydı. Bu səbəblə də mütəfəkkir,
materyalizmin, pulun, parlamentarizmin
və sosyalizmin hakim olduğu XIX əsri
Qərb mədəniyyətinin çöküşünün ən ağır
forması adlandırmışdır. Onun düşüncəsinə
SİYASƏT
50
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
görə, gələcək qan və güca aid olacaq bö-
yük müharibələrin dövrü olacaqdır. [9, s.
97-114]
Şpenqlerin təsiri altında fikirlərini in-
kişaf etdirən bir digər mütəfəkkir İngilis
tarixçisi Arnold Toynbidir. Eynilə Rus
avrasiyaçılarından Nikolay Trubetskoy,
Pyotr Savitskidə olduğu kimi A. Toynbi
də sivilizasiyaların mübarizəsindən bəhs
etməkdəydi. [10, s. 180-188] Toynbi hələ
1947-ci ildə, Qərb sivilizasiyasının dörd
əsrdən bəri digər sivilizasiyalarla mübarizə
içərisində olduğunu yazmaqdaydı. Qərbin
digər mədəniyyətlərə qarşı meydan oxu-
malarına digər mədəniyyətlərdən yenicə
cavab verildiyindən bəşəriyyət də yeni bir
mərhələnin astanasındaydı. Toynbi bu-
rada sivilizasiyaların yüksəlişini elitlərin
və liderlərin yaradıcı güclərinə bağla-
maqdadır. Sivilizasiyaların tənəzzülü və
geriləməsi isə milliyyətçiliklərin, milita-
rizmin və despotik azlığın artan tiranlığı-
nın nəticəsidir. [11, s. 132-133]
Dövrümüzdə tarixə sivilizasiya
prizmasından yanaşan baxışın ən tipik
nümunəsini Amerikalı politoloq Sa-
muel Hantinqton təmsil etməkdədir.
Hantinqton, Soyuq Müharibədən sonra
yenidən şəkillənməkdə olan dünyamızda
beynəlxaq siyasətin əsas aktorlarının bir-
biriylə zidləşən sivilizasiyalar olduğunu
ifadə etməkdədir. Hantinqtona görə, bütün
sivilizasiyalar müstəqil varlığa və təbiətə
sahib olmaqla bərabər hal-hazırda Qərb
mədəniyyəti dünyanın digər sivilizasiya-
larına qarşı əks bir qütbdə yer almaqda-
dır. Bu qütbləşmənin əsas istiqamətləri
isə Çin və Müslüman dünyalarına doğru
yönəlmişdir. [12, s. 33–36]
İ. Valerştaynın da göstərdiyi kimi
əgər sivilizasiyalar (cəmdə), sivilizasiya
(təkdə) ideyasına bir reaksiya isə o zaman
yuxarıda bəhs etdiyimiz mütəfəkkirlərin
düşüncələri dövlərinin tarixi şərtlərindən
(tarixi konteksdən) təcrid olunmuş halda
dərk olunamazlar. Məsələn, Danilevskinin
görüşləri Almaniyanın birləşdirilməsinə
və Avropada artmaqda olan milliyyətçilik
hərəkatlarına reaksiya mahiyyəti daşımış-
dır. Osvald Şpenqler və Nikolay Trubetsko-
yun fikirlərində Birinci Dünya Müharibəsi
və ona yol açan milliyyətçiliklərə qarşı çı-
xılmışdır. A. Toynbinin düşüncələri isə II
Dünya Müharibəsi və Soyuq Müharibənin
təsirinə məruz qalmışdır. S. Hantinqton
və aşağıda fikirləri üzərində ətraflı du-
racağımız Aleksandr Panarin isə Soyuq
Müharibə sonrasının tarixi kontekstində
yazmaqdadırlar. Hər ikisində də post-iki
qütblü dünyanının “müəmmalarına” ay-
dınlıq gətirməyə intelektual təşəbbüs var-
dır.
Aralarındakı bütün fərqlərə baxma-
yaraq dünyaya Avropamərkəzci olmayan
bir prizmadan baxmaları, dövri tarix an-
layışını mənimsəmələri və milli dövlət
milliyyətçiliklərinə qarşı olmaları bu
muəlliflərin bənzər düşüncələridir. Hər
birində özünəməxsus formada siviliza-
siyaya, mədəniyyətə və dinə konseptual
baxış mövcuddur. Burada sivilizasiyanı
müəyyən edən başlıca faktor əsasən din-
dir. Ümumilikdə onların düşüncəsində si-
vilizasiyalar ən ali və qapalı sistemlərdir.
Bəlkə də sivilizasiyalar arasındakı
dəyərlərin alış-verişinə olan inamı səbəbi
ilə sadəcə Toynbini müstəsna kimi qəbul
etmək olar. Ancaq məsələn, Danilevski,
Qərbin Slav-Rus sivilizasiyasına nüfuz
SİYASƏT
51
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
etməsini ölümcül bir təhlükə kimi görmüş-
dür. Hantinqtonda isə mədəni dəyərlərin
transferindən daha çox onların iyerarxiq
təbiətinə diqqət çəkilmişdir. Onun bura-
dakı fikirlərində açıq Avropamərkəzciliyə
yol verilməsə də Qərb narsizminin izlərini
görmək mümkündür. Sosioloq Valerştayn,
Hantinqtonun bu təşəbbüsünü partiküla-
rist bir dünyagörüş yaratma adı altında
əslində davam etdirilən gizli bir universa-
lizm kimi dəyərləndirmişdir. Vallerştayna
görə, bu strateji xətt, əslində inkişaf fikri
olmayan spesifik bir universalizmdir. [5,
s. 311]
Panarinin Sivilizasiyaya Baxışı
Ümumi formada Panarinin sivili-
zasiyaya dair görüşlərini Hantinqtonun
tezislərinə bir cavab və reaksiya kimi
görmək olar. Əslində hər ikisi də Soyuq
Müharibədən sonra dünyada tək-qütblülük
yerinə çox-qütblülüyün təşəkkül tapma-
sına tərəfdarlıq etməkdədirlər. Ancaq
Panarin, Hantinqtonun sivilizasiyanın
əsas elementi kimi dini qəbul etməsinə
qarşı çıxmaqdadır. “Hantinqton və onun
ustadlarının baxışları prizmasından si-
vil şüur, konfessional fanatizm və etno-
mərkəzcilik olaraq səfərbər edilmişdir. ”
[13, s. 224–225]
Sivilizasiyalara bu cür konseptual ya-
naşma geopolitik vektorda həm Panarinin
həm də Hantinqtonun nəzəri müddəalarının
nə qədər bir-birinə antoqonist olduğunu
göstərməkdədir. Məsələn, Hantiqtonun
əsasən dini kriteriylara söykənən sivili-
zasiyalar tipologiyasında Rusiya coğrafi-
yası Pravoslav və İslam (buraya müəyyən
dərəcədə Buddist mədəniyyətini də da-
xil etməkdədir) sivilizasiyalarına ayrıl-
mışdır. Hantinqtonun mühakimələrinə
baxacaq olursaq, sivilizasiyalar sahib
olduqları fərqli mədəni ünsürlərdən do-
layı uzlaşmaya deyil, ziddləşməyə meyil
etməkdədirlər. [2, s 128] Yeri gəlmişkən
onu da ifadə etmək lazımdır ki, Hantiqto-
nun nəzəriyyəsində Türklük də etnik və
mədəni mənsubiyyətindən təcrid olunmuş
olaraq İslam sivilizasiyasının alt bir siste-
mi kimi qəbul edilmişdir.
Panarin, Rus avrasiyaçılığı ənənəsinə
uyğun olaraq Rusiya coğrafiyasını va-
hid bir Avrasiya sivilizasiyası kimi qəbul
etməkdədir. Bu mənada, Hantinqtonun
“Müsəlmanlar və Slavyanlar arasında
konflikt” şəklindəki proqnozunu Pana-
rin, Qərbin (ilk novbədə də ABŞ-ın) bu
iki qrup arasında nifaq salma strategiya-
sı adlandırmışdır. Bu istiqamətdə Pana-
rin, Avrasiya sivilizasiyasının gələcəyinə
təsir edebiləcək və bir-birinə tamamilə
zidd olan üç fərqli geopolitik model ol-
duğunu ifadə etməkdədir. Avrasiyaya dair
fərqli modellərin irəli sürülməsinin əsas
səbəblərindən biri kimi “Avrasiya” termi-
nin fərqli mənalarda işlədilməyə əlverişli
olmasında görməkdədir. Ona görə, Avrasi-
yanın düzgün mənası onun Türk – Slavyan
birliyi (sintezi) şəklində görülməsidir. Bu
baxımdan Panarinin Avrasiyaya yönəlik
analiz etdiyi üç fərqli geopolitik modelə
yaxından baxmaq faydalı olacaqdır.
Avrasiyada Geopolitik Modellər
Panarin özünün də tərəfdar olduğu
geopolitik modeli şərtləndirən iki başlıca
amili müəyyənləşdirməkədir:
1. Avrasiyada məskun olan hər
hansı bir xalqın Avrasiyadan köç edib
getməsinin və ayrıca olaraq da “Avro-
pa Evi”, “Türk Evi” kimi siyasi-mədəni
layihələrdə iştirakının mümkünsüzlüyü.
SİYASƏT
52
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
2. Eyni coğrafiyada yaşayan xalq-
ların tarix boyunca ortaq müqəddərata
sahib olmaları. Habelə bu ortaq
müqəddərat əsasında xalqların ortaq bir
tarix perspektivindən çıxış etmələrinin
vacibliyi. Panarinə görə buradakı ortaqlı-
ğı və birliyi şərtləndirən amil imperiyaya
yönəlmək deyil, sivilizasiya və coğrafiya
münasibətlərində formalaşan ümumi qay-
daların mövcud olmasıdır. [14, s 118–119]
Panarin, Avrasiya sivilizasiyasına
yönəlik ikinci geopolitik modeli “Türk
modeli” kimi adlandırmaqdadır. Bununla
Rusiyadakı bütün türk xalqlarının “Bö-
yük Turan” adı altında birləşməsinin ifadə
olunduğunu söyləməkdədir. Panarinə görə
bu proyekt geopolitik bir strategiya kimi
əsassızdır. Məsələn, Rusiya ərazisində yer
alan Tatarıstan və Başqırdıstan kimi coğra-
fiyalar həm Türkiyədən minlərcə kilometr
uzaqda yerləşməkdə, həm də bu ərazilərdə
türk etnosları ilə bərabər rus və digər et-
noslar da yaşamaqdadır. Burada Panarinə
görə sırf bir neçə min milliyyətçinin
istədiyi üçün milyonlarla insanın yaşadığı
torpaqlardan köçürülməsi mümkünsüzdür.
Bu səbəblə də Panarin, “Türk” geopolitik
modelinin dəstəklənməsinin həm daxili
həm də xarici səviyyələrdə xəyalpərəstlik
olacağını bildirməkdədir. [14, s. 122]
Avrasiyada üçüncü geopolitik model
qədim İpək Yolunun izlərini daşımaq-
dadır. Panarinə görə bugün bu proyektin
üzərində çox dayanılmamaqdadır. Ona
görə proyektin əsas mahiyyəti Sakit və
Atlantik okeanları arasında inteqrasiya
proseslərini sürətləndirməkdədir. Yalnız
bu zaman həyata keçirilən inteqrasiyadan
Rusiya kənarda saxlanacaqdır. Əsasən
Uzaq Şərq ölkələrinin dinamik inkişaf
templəri ilə bağlı olan bu model, xüsusilə
iqtisadi faktorlara önəm verməkdədir. [14,
s. 125]
Nəticə etibarilə Panarinə görə, “Türk
proyekti” və “İpək Yolu” geopolitikla-
rı Rus mədəniyyətinin qəbulunu inkar
etməkdədir. Çünki bu modellərdə Rusiya
müstəmləkə imperiyası kimi təqdim olun-
maqdadır. Panarinə görə bu strategiyaların
əsas məqsədi Avrasiyada Türk – Slavyan
birliyinə xələl gətirməkdir. Əgər bu birlik
dağılarsa o zaman yaranan boşluğa digər
qüvvələr yönələcəklərdir. Əgər Avrasiya
sivilizasiyasında hər hansı bir parçalanma
meydana gələrsə, o zaman digər sivili-
zasiyaların yayılmasının qarşısı heç cürə
alınamayacaqdır. Çünki Rusiyanın şərq
sərhədləri boyunca 1, 5 milyard insan ya-
şamaqdadır.
Panarinə görə, geopolitik planda
Avrasiya heartlandı bölünməzdir və bir
spesifik sivilizasiya olaraq Rusiyanın
mədəniyyət funksiyası özünü par excel-
lence (mükəmməl, daha üstünü olmayan)
qəbul etdirməkdədir. [14, s. 243] Pana-
rin, avrasiyaçılıq düşüncəsi istiqamətində
Rusiyanın sipiritual və siyasi mərkəzinin
Ural dağları və hətda onun da arxası-
na Sibirə qədər aparılmasına tərəfdardır.
[14, s. 175] Panarin, Hantinqtonun
mühakimələrində Rusiyaya qarşı Qərblə
müsəlmanlıq və pantürkizmin birləşdiyini
ifadə etməkdədir. Ona görə, xaricdən
yönəldilən bu təhlükə müsəlman dünyası
tərəfindən kifayət qədər anlaşılmamışdır.
Başqa bir ifadə ilə Rusiyanın dəstəyi ol-
madan Avrasiya sivilizasiyasını “dəniz
quldurlarından” qorumaq mümkün ol-
mayacaqdır. Panarinə görə, modern dün-
yanın okean arxetipi müstəqilliyə meyilli
SİYASƏT
SİYASƏT
53
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
çöl arxetipinə uyğun deyildir. Ona görə də
belə hesab etməkdədir ki, ruslar və türklər,
pravoslavlar və müsəlmanlar kontinental
(qitə) mənsubiyyətlərini dərk etməlidirlər.
[15, s 278]
Avrasiya Sivilizasiyası və Geopoli-
tik Arxetiplər
Panarin,
Lev
Qumilyovun
düşüncələrindən yola çıxaraq Avrasi-
ya mədəniyyətinini Avrasiya “super–et-
nosun” kimi təqdim etməkdədir. Bu-
nunla həm türklərin, həm də Rusların
qitə mənsubiyyətlərinə (aidiyyətlərinə)
işarə olunmaqdadır. Onun düşüncəsində
Avrasiya
super-etnosu,
Avropanın
müstəmləkəçi imperiyalarından fərqli
olaraq xalqların birlik və bərabərliyinin
məhsuludur. Bu super-etnosun digər bir
mühüm xüsusiyyəti, daşıdığı eskatoloji
(məsihçi) funksiyadır. A. Toynbinin “bir
məqsədə çatmaq üçün o məqsəddən daha
ali bir hədəfə yönəlmə” ideyasını iqtibas
edən Panarin, Avrasiyanın eskatoloji mis-
siyasının Rusiyanın dini ənənələri ilə də
uyğunluq təşkil etiyini ifadə etmişdir. Bu
fikrini izah edərkən bildirməkdədir ki,
ruslar həyatda gündəlik səbəblərdən ötü-
rü fəaliyyətə keçməməkdə, onların bunun
üçün yüksək bir ideyaya ehtiyacları var-
dır. Məhz belə bir ideya kimi Avrasiya,
etik cəhətdən saf bir sivilizasiyadır. [16, s.
82–94]
Panarin həm S. Hantinqtonun “si-
vilizasiyaların toqquşması”, həm də F.
Fukuyamanın “tarixin sonu” tezislərini
siyasi qlobalizmin ən tipik nümunələri
kimi qəbul etməkdədir. Çünki bir tərəfdə
qloballaşmanın
homogenləşdirmə
(fərqliliklərin silinməsi) məntiqinə uy-
ğun olaraq Fukuyamanın tezisi, inkişaf
və mübarizə ideyası olaraq tarixin artıq
Qərbin və qərb dəyərləri olan liberal de-
mokratiyanın və istehlak cəmiyyətinin ye-
kun qələbəsi şəklində başa çatmasını ifadə
etməkdədir. Digər tərəfdə isə qloballaş-
manın heterogenləşdirmə (fərqliliklərin
yaranması) məntiqinə uyğun olaraq Han-
tinqtonun tezisi, çoxsaylı və fərqli sivi-
lizasiyaların bir-birləriylə münasibətdə
olduğu dünya fikrini əks etdirməkdədir.
Beləliklə, hər iki görüş də qloballaşmanın
ikili təbiətinə, onun məntiqinə uyğundur.
Bu səbəblə də Panarin, hər iki düşüncənin
də Qərbin geopolitik ehtiraslarının ifadəsi
olduğunu bildirərək bunlara qarşı çıx-
maqdadır. Bu istiqamətdə müəllif belə
bir suala cavab axtarmaqdadır; “Görəsən
dünyada həqiqətən də yeni sivilizasiya-
ların yaranması ilə bağlı kozmoqonik
proses başa çatmışdır? Əgər, bu sualın
cavabı müsbətdirsə o zaman bütün dün-
ya ölkələrinin önündə yeganə seçim qal-
maqdadır: ya Qərbin yolu ilə getmək, ya
da periferiyada qalaraq ehtimal ki, məhvə
sürüklənməkdir. ” [16, s. 86]
Panarinə görə, Qərb modellərinin
yeganə mümkün nəticəsi olacaq geopolitik
ölümdən xilas olmaq üçün Rusiya şimal/
cənub, qloballaşma/lokallaşma kimi düz-
gün olmayan dilemmalar arasında qalma-
malıdır. Ona görə Rusiyanın tək yolu, av-
rasiyaçılıq istiqamətində dünyanın gerçək
iki-qütblü mənzərəsini əks etdirən Şərq/
Qərb geopolitik vektorunda yerləşməsidir.
Çünki, “mədəniyyət və ya sivilizasiya ol-
mağın düzgün mənası, o mədəniyyətin
Şərq/Qərb iki-qütblü sistemində yerinin
harada olmasından asılıdır. ” [17, s. 40]
Panarin buradakı düşüncələrini klasssik
geopolitiklər Halford Makinderin və Karl
|