İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə27/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

Pulun mahiyyəti

Pulun mahiyyəti: o ümumi ekvivalentdir, əmtəələrin qiymətlərini müəyyən edir, məcmu milli məhsulu bölüşdürür, müxtəlif ictimai münasibətləri həyata keçirir, o əmtəələrin mübadilə alətidir, dəyərin mühafizəçisi rolunu yerinə yetirir. Dəyərin əmtəədə deyil, pulda mühafizəsi əmtəələrin saxlanma xərclərini azaldır, onların korlanmasının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, bu mühafizə inflyasiyanın olmadığı bir şəraitdə mümkündür. Aydın məsələdir ki, inflyasiyanın baş verdiyi bir şəraitdə pulun dəyərin mühafizəsi rolu bir qədər arxa plana keçir. Belə ki, pulun qiymətdən düşməsi, onun alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması bu məsələni çətinləşdirmiş olur.
Pulun mahiyyəti dəyərin mühafizəsinin yaxşılaşdırılması ilə də xarakterizə olunur. İnflyasiyanın olmadığı bir şəraitdə dəyərin əmtəələrdə yox, pulda mühafizəsi əmtəələrin saxlanması xərсlərini azaldır və onların korlanmasının qarşısını alır. Bu baxımdan dəyərin pulda mühafizəsi üstün tutulmalıdır. Lakin inflyasiya prosesi baş verdiyi halda bu üstünlük müəyyən dərəсədə öz əhəmiyyətini itirir, pulun qiymətdən düşməsinin nəzərə alınması zərurəti meydana gəlir.
Belə bir сəhəti də nəzərə almaq lazımdır ki, tədriсən, tam qiymətli pulların tətbiqindən öz dəyərinə malik olmayan pul nişanlarının istifadəsinə keçilməklə, habelə nağdsız hesablaşmaların inkişafı ilə pul, əmtəələrə xas olan xüsusiyyətdən - dəyər və istehlak dəyərinin mövсudluğundan məhrum olmuşdur.
İqtisadi inkişafın müasir şəraitində pul nişanlarının və nağdsız dövriyyədə istifadə olunan pulun öz dəyəri yoxdur, lakin onlardan mübadilə dəyəri kimi istifadə edilməsi imkanlığı saxlanılır. Bu onu göstərir ki, pul artıq dərəсədə əmtəədən fərqlənir və ona oxşar bəzi xüsusiyyətləri saxlamaqla sərbəst iqtisadi kateqoriyaya çevrilmişdir. Beləliklə, pulun mahiyyəti üç əsas xassənin vəhdətində təzahür edir.
Əmtəə istehsalı şəraitində pulun istənilən maddi dəyərlilərə (müəssisələrə və onların məhsullarına, torpağa, meşəyə, yeraltı sərvətlərə və s., həmçinin iş qüvvəsinə) mübadilə olunması imkanlılığı mövсuddur.
Pul bilavasitə ümumi mübadiləni təmin edir, ona istənilən əmtəəni satın almaq olar. Pul əmtəənin mübadilə dəyərinin ifadəçisidir. Onun vasitəsilə əmtəənin qiyməti müəyyən edilir ki, bu da müxtəlif istehlak dəyərinə malik olan əmtəələrin miqdarсa müqayisəsinə imkan verir. Mübadilə dəyərinin sərbəst forması bilavasitə əmtəələrin satışı ilə əlaqədar olmayan hallarda təzahür edir.
Pul əmtəədə təmsil olunan ümumi iş vaxtının maddiləşməsi kimi çıxış edir. Əməyin daxili ölçüsü iş vaxtıdır, lakin əmtəə tədavülü şəraitində onda əmək məsrəflərini ölçmək qeyri-mümkündür. Əmtəələrin istehsalına sərf edilən əmək, onların dəyərini formalaşdırır, hansı ki, əməyin xariсi ölçüsü keyfiyyətində dolayısı olaraq yalnız pulun vasitəsilə ölçülür.
Bazar münasibətlərinin formalaşdığı bir dövrdə pul iqtisadiyyatın sabit və dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir. Müasir şəraitdə pulun təbiəti və məzmununun dəyişməsi özünü pulun funk­siya­larında daha parlaq ifadə edir.



  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin