qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom
Pul tədavülü qanunu
Pul tədavülü qanunun mahiyyəti ondan ibarətdir ki, bu qanuna əsasən satlıq əmtəələrin qiymətləri cəminin eyni adlı pul vahidinin dövriyyələrinin sayına olan nisbətinə bərabər olur. Tədavül üçün zəruri olan pulun miqdarına dövriyyədə olan əmtəələrin mütləsi, pulun dövriyyəsinin sürəti hər bir əmtəənin qiymətinin azlığı və çoxluğu təsir edir. Bununla yanaşı tədavül üçün zəruri olan pulun kütləsinə vaxtı çatmış tədiyyələrin ödənilməsi, nisiyə satılacaq əmtəələrin dəyəri, qarşılıqlı hesablaşmalar (ödəmələr) təsir edir. Deməli, tədavül üçün zəruri olan pulun miqdarı:
öhtəliklər üzrə (vaxtı çatmış) tədiyyələrin məbləği
qarşılıqlı ödənilən tədiyyələrin məbləği
tədavül və tədiyyə vasitəsi kimi eyni adlı pulların dövriyyəsinin orta sayı təsir edir.
Tədavüldə olan pul nişanlarının cəminə pul kütləsi deyilir. 1998-ci ilin yanvarın 1-nə olan məlumata görə Azərbaycanda tədavüldə olan pul kütləsi 1 trilyon 5yüz milyard manata qədər olmuşdur.
Onu da qeyd etməliyik ki, kredit münasibətlərinin inkişafı tədavüldə olan pulun kütləsinə əks təsir göstərir. Belə ki, kreditlə satılacaq əmtəələrin miqdarı nə qədər çox olarsa, bu halda tədavülı üçün bir o qədər az pul kütləsi tələb olunacaqdır. Haqsız hesablaşmaların çoxalması tədavül üçün tələb olunan pulun kütləsinin də bir o qədər az olmasına təsir edir.
Bunlarla yanaşı tədavüldə olan pulun kütləsinə əks təsir göstərən amillər içərisində də eyni adlı pul vahidi dövriyyəsinin sürətlənməsi daha çox təsir edir. Bu halda tədavül üçün daha az pul kütləsi lazım olur. Yaxud da əksinə daha çox pul kütləsi tələb olunur. Onu da qeyd edək ki, pul tədavülünün qorunub saxlanması şərtləri və qanuna-uyğunluğu iki amilin təsiri ilə pula olan tələbat və pulun dövriyyəyə faktiki daxil olması ilə müəyyən edilir.
Beləliklə, tədavül üçün tələb olunan pulun kütləsi bərabər satlıq əmtəələrin qiymətləri cəmi çıxılsın kreditlə (nisyə) satılacaq əmtəələrin dəyəri, üstəgəlsin vaxtı çatmış tədiyyələr, bölünsün eyni adlı pul vahidinin dövriyyə sürətinə. Buradan göründüyü kimi tədavül prosesi üçün zəruri olan pulun kütləsi əsasən, birincisi satlıq əmtəələrin qiymətləri cəmindən, bu isə hər bir əmtəənin qiymətindən asılıdır. İkincisi də eyni adlı pul vahidinin dövriyyə sürətindən asılıdır. Çünki satlıq əmtəələrin qiymətləri cəmi artdıqca pulun dövriyyə sürəti sabit qaldıqca tədavül üçün tələb olunan pulun kütləsi çoxalacaq və yaxud da əksinə satlıq əmtəələrin cəmi dəyişməz (sabit) qalsa, pulun dövriyyə azalsa çox pul kütləsi tələb olunacaq və yaxud da artsa az kütləsi tələb olunacaqdır.