İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Kapitalist istehsal üsulunun yaranmasında ilkin kapital yığımının rolu



Yüklə 152,03 Kb.
səhifə23/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

Kapitalist istehsal üsulunun yaranmasında ilkin kapital yığımının rolu

XVI əsrdə kapitalın ilkin yığımı dövrü başlamışdır. Avropada ilkin kapital yığımı istehsalçıların istehsal vasitələrindən zorakılıq yolu ilə məhrum edilməsi nəticəsində sərvətin bir qrup şəxsin əlində cəmləşməsi və azad işçi qüvvəsi ordusunun yaranması prosesidir.
Göründüyü kimi ilkin kapital yığımı prosesi kapitalist təsərrüfatı üçün vacib olan iki mühüm amili təmin edir. Birincisi, natural səciyyəli feodal təsərrüfatından fərqli olaraq kapitalist əmtəə təsərrüfatı başlanğıcdan kapital qoyuluşu tələb edir. Bu vəsait həmin təsərrüfatı yaratmaq funksiyasını öz üzərinə götürən üçüncü zümrə nümayəndələrinin, əsasən burjuaziyanın əlində cəmləşməsi idi. İkincisi, muzdlu əməyə əsaslanan kapitalist təsərrüfatı azad işçi qüvvəsi bazarının olmasını tələb edir.
Kapitalizmin yaranması və inkişafında aparıcı rol oynayan üçüncü zümrə (silk) əsasən üç mənbənin: mütərəqqi feodallar olan yeni zadəganların, tacirlər və şəhər varlılarının, varlı kəndlilərin hesabına formalaşmışdır.
XVI əsrdə Qərbi Avropa ölkələrində ilkin kapital yığımının yuxarıda sadalanan iki mühüm şərti yaranmağa başlamışdır. İlkin kapital yığımının yaranmasında ilk mühüm addım kəndlinini təhkimçilik asılılığından, sənətkarın isə sex nizamnaməsi və məhdudiyyətlərindən azad edilməsi oldu. Bunun ardınca xırda əmtəə istehsalçılarının istehsal vasitələrindən məcburi surətdə məhrum edilərək, onların öz işçi qüvvəsini satan muzdlulara çevrilməsi prosesi başladı. K. Marksın sözləri ilə deyilsə, ilkin kapital yığımı tairxi “bəşər səlnaməsinə qılınc və odla yazılmışdır”. Bu, ilkin kapital yığımının ilk səhifəsidir.
İlkin kapital yığımının ikinci səhifəsini isə iri pul vəsaitlərinin sex ustaları, fermerlər, ən başlıcası isə tacir və sələmçilərin əlində cəmləşməsi prosesi təşkil edir. İlkin kapital yığımının əsas mənbələrini müstəmləkə müharibələri, qul ticarəti, quldurluq , dövlət borcları, vergilər, proteksionizm (himayədarlıq) sistemi, Afrika, Asiya, Şimali və Cənubi Amerikanın yerli əhalisinin amansız üsullarla əsarətə alınması və qarət olunması təşkil edir. Bir çox qərb müəlliflərinin iddia etdiyi kimi, burjua zümrəsi təkcə əməksevərlik, təşəbbüs və bacarıq hesabına yox, həm də zorakılıq, milyonlarla insanı dilənçilik həddinə çatdıran qarət hesabına yaranmışdır.
İlkin kapitlal yığımı- sadə kapitalist kooperasiyası- manufaktura- kapitalist fabriki mərhələlərindən keçən kapitalist istehsalının klassik inkişaf yolu Qərbi Avropanın bütün aparıcı ölkələri, ilk növbədə İngiltərə və Hollandiya üçün səciyyəvidir. Bu dövrdə İngiltərənin iqtisadi tarixində baş verən hadisələr böyük əhəmiyyət kəsb edir. İlkin kapital yığımının klassik forması da məhz burada baş vermişdir. İngiltərədə bu proses XV əsrdə başlamış və XVIII əsrin ikinci yarısında kəndli zümrəsinin təmiz yoxa çıxması ilə başa çatmışdır. XIII- XV ərslərdə İngiltərə 3- 3,5 milyon əhalisi olan krallıq idi. Bu, Fransa əhalisindən 5 dəfə az idi və cəmi 20%- ni şəhər əhalisi təşkil edirdi. Şəhərləri elə də böyük deyildi. XV yüzilədək isə İngiltərə Qərbi Avropanın iqtisadi cəhətdən geri qalmış aqrar ölkəsi idi.
Böyük coğrafi kəşflərin əsas nəticələrindən biri kimi dünya ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi ilə XVI əsrdə İngiltərə beynəlxalq dəniz yollarının mərkəzinə çevrilmişdi. İngiltərənin Avropanın iqtisadi inkişafından nisbi təcrid vəziyyətinə son qoyulmuş və iqtisadi inkişaf mərhələsi başlanmışdı. Avropa sənayesinin ingilis yununa tələbatının getdikcə artması XVI yüzillikdə İngiltərənin iqtisadi yüksəlişinə səbəb oldu.



  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin