İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Məhsulun əmtəəyə çevrilməsi üçün lazım olan şərtlər



Yüklə 152,03 Kb.
səhifə21/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   17   18   19   20   21   22   23   24   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

Məhsulun əmtəəyə çevrilməsi üçün lazım olan şərtlər

Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını xassəsi onu istehlak dəyəri edir. İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə dəyişdirilməlidirlər.
İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir.
İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək mümkündür.
Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə müqayisə etmək olar.
Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.
İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel, A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar gətirmişdir.
Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif, kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir.
Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsinin yaradıcıları K.Mengerin, E. Bem- Baverkin və F.Vizerin yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.
A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi (əmək haqqını), mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D. Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir.

Yüklə 152,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin