İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Prinsip 7. Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər



Yüklə 94,21 Kb.
səhifə11/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
iqtisad cavablar

Prinsip 7. Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər.
Bazarlar yalnız əmək hüquqlarının qorunduğu bir mühitdə işləyir. Fermerlər məhsulunun oğurlanancağını bilərsə, onu yetişdirməz. Restoran da müştərilərin hesabı ödəyəcəklərindən əmin olmadıqca xidmət göstərməz. Biz hamımız hüquqlarımızın qorunması üçün dövlət tərəfindən təmin olunan polis və məhkəmlərə etimad edirik.
Bununla belə, dövlətə ehtiyacın digər səbəbləri də mövcuddur: bazarların adətən iqtisadi fəaliyyətin tənzimlənməsi üçün yaxşı üsul olmasına baxmayaraq, bu qayda ilə bağlı bəzi istisnalar mövcuddur. Dövlətin iqtisadiyyata müdaxilə etməsinin iki vacib səbəbləri var: səmərəliliyi və ədaləti təmin etmək. Siyasi tədbirlərin əksəriyyəti və ya iqtisadi piroqun həcmini artırmaq və ya bu piroqun necə bölüşdürüldüyünü müəyyən etmək məqsədi daşıyır.
“Gözəgörünməz əl” adətən, sərvətlərin səmərəli şəkildə bölüşdürülməsinə nail olsa da, bu həmişə belə olmur. Bazarların kənar müdaxilə olmadığı halda, sərvətlərin səmərəli bölünməsinə nail ola bilmədiyi bir vəziyyəti təsvir etmək üçün iqtisadçılar bazarın iflası terminindən istifadə edirlər. Bazarın iflası bazarın kənardan müdaxilə olmadan sərvətləri səmərəli bölüşdürə bilmədiyi bir vəziyyətdir. Bazarın iflasının mümkün səbəblərindən biri tək bir şəxsin bazar qiymətlərinə hədsiz təsir edə bilmə imkanı, başqa sözlə bazar gücüdür. Məsələn, şəhərin bütün sakinlərinin suya ehtiyacı olduğu halda, şəhərdə yalnız bir quyu mövcuddursa, bu halda quyunun sahibi heç bir rəqabətlə üzləşmir. Rəqabət isə “gözəgörünməz əlin” şəxslərin mənafelərini nəzarətdə saxlamaq üçün adətən, etibar etdiyi bir alətdir. Yan təsirlərin yaxud bazar gücünün mövcud olduğu halda, yaxşı düşünülmüş ictimai siyasət iqtisadi səmərliliyi yüksəldə bilər.
Bazar gücü iqtisadiyyatın ayrı- ayrı iştirakçılarının (və ya iştirakçı qruplarının) bazar qiymətləri üzərində əhəmiyyətli təsir göstərmə qabiliyyətidir.
Yan təsir bir şəxsin əməllərinin başqalarının maddi rifahına təsiridir.
Bəzən iqtisadi rifahın ədalətli şəkildə bölüşdürülməsini “gözəgörünməz əl” ilə həyata keçirmək mümkün olmur. Bazar iqtisadiyyatı insanları başqalarının almaq istədikləri əmtəəni istehsal edə bilmək qabiliyyətinə görə mükafatlandırır. Dünyanın ən yaxşı basketbolçusunun ən yaxşı şahmatçısından çox qazanmasının səbəbi sadəcə olaraq, insanların şahmata nisbətən basketbol seyr etmək üçün daha çox pul ödəmək istəyidir. “Gözəgörünməz əl”hər kəsin kifayət qədər qida, uyğun geyim və səviyyəli tibb xidmətinə sahib olmasını təmin etmir. Dövlətin həyata keçirdiyi bir çox siyasi tədbirlər, məsələn, gəlir vergisi və sosial müdafiə sistemi, iqtisadi rifahın daha da ədalətli bölünməsinə nail olmaq məqsədi daşıyır.
Bununla belə, dövlətin bəzi hallarda bazar fəaliyyətinin nəticəsini yaxşılaşdıra bildiyini söyləmək, bunun həmişə belə olduğu mənasına gəlmir. Elə hallar olur ki, siyasi tədbirlər yalnız siyasi cəhətdən güclü olanları mükafatlandrmağa yönəldilir. Bəzən isə siyasəti tam məlumata sahib olmadan, xoş niyyətli liderlər yeridir. İqtisadiyyatın öyrənilməsinin məqsədlərindən biri də dövlət siyasətinin ədalət və səmərəliliyin təşviqi nöqteyi- nəzərdən məqsədəuyğun olub- olmaması haqqında fikir sahibi olmanızı təmin etməkdir.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin