İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Prinsip 2. Bir şeyin dəyəri onu əldə etmək üçün imtina olunanlarla ölçülür



Yüklə 94,21 Kb.
səhifə7/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   2   3   4   5   6   7   8   9   10   ...   39
iqtisad cavablar

Prinsip 2. Bir şeyin dəyəri onu əldə etmək üçün imtina olunanlarla ölçülür.
İnsanlar bir- birini əvəz edən seçimlərlə qarşılaşdıqlarına görə hər hansı bir qərarın qəbul edilməsi üçün bir neçə alternativ qərarın gətirə biləcəyi fayda və məsrəflərin müqayisəsi zəruridir. Lakin bir çox hallarda bəzi məsrəflər ilk baxışda görüldüyü kimi açıq aşkar bilinmir.
Misal üçün, ali təhsil alıb- almamaq haqqındakı qərarımızı götürək. Bu qərarın faydası intellektual zənginləşmə və ömür boyu daha yaxşı iş imkanlarından ibarətdir. Bəs bununla əlaqəli məsrəflər hansılardır? Bu suala cavab verə bilmək üçün düşünə bilərsiniz ki, təhsil haqqını, kitabların qiymətini, yataqxana pulunu və yemək üçün sərf etdiklərinizi toplamaq lazımdır. Lakin hesabladığınız məbləğ sizin ali təhsil ocağında 1 il oxumaq üçün tərk etdiyiniz şeylərin həqiqi hesabatlarını təmsil etmir.
Yuxarıdakı cavabın birinci çatışmazlığı sizin ali təhsil almağınıza aidiyyəti olmayan bəzi şeyləri özündə ehtiva etməsidir. Çünki ali təhsilinizi tərk etsəniz belə, qalmaq üçün bir yerə və yeməyə ehtiyacınız olacaqdır. Otaq və yemək pulu ancaq ali təhsil ocağında başqa yerlərə nisbətən daha bahalı olduğu halda ali təhsilin məsrəfi hesab oluna bilər. Əslində isə oxuduğunuz universitetdə, otaq və yemək pulu başqa yerdə yaşadığınız halda ödəyəcəyiniz qiymətdə daha ucuz da ola bilər. Bu halda, otaq və yemək pulunda etdiyiniz qənaət ali təhsilin sizə verdiyi faydadır.
Məsrəflərin bu şəkildə hesablanması ilə bağlı ikinci problem onun ali təhsilə sərf olunan ən böyük məsrəfi- sizin vaxtınızı nəzərə almamasıdır. Bir ili mühazirələri dinləməklə, dərsləri oxumaqla və araşdırmalar aparmaqla keçirirsinizsə, bu vaxt ərzində muzdlu bir işdə işləmək imkanından məhrum olursunuz. Tələbələrin əksəriyyəti üçün ali məktəbə getmək üçün imtina etdikləri əmək haqları onların təhsilinin yeganə əsas məsrəfini təşkil edir.
Bir əşyanın alternativ dəyəri onu əldə etmək üçün imtina olunanlarla ölçülür. Ali təhsil almaq və ya almamaq kimi hər bir qərar verərkən qərarı verənlər hər bir mümkün qərarın alternativ dəyərini nəzərə almalıdırlar.Əslində əksər hallarda onlar elə də edirlər. Tələbələrlə həmyaşıd olan idmançılar daha yaxşı dərk edirlər ki, bunlar ali təhsili tərk edib və peşəkar idmanla məşğul olub daha yüksək qazanc əldə edə bildikləri halda, ali təhsilə davam etməyin alternativ dəyəri onlar üçün çox yüksəkdir. Təəccüblü deyil ki, onlar bu cür vəziyyətlərdə ali təhsildən əldə olunan faydanın onun məsrəflərinə dəymədiyini düşünürlər.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin