İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


İqisadiyyat elminin predmeti haqqında iqtisadçıların fikirləri



Yüklə 94,21 Kb.
səhifə3/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   2   3   4   5   6   7   8   9   ...   39
iqtisad cavablar

İqisadiyyat elminin predmeti haqqında iqtisadçıların fikirləri.

İqtisadiyyat elminin predmeti haqqında iqtisadçılar arasında həmişə fikir ayrılığı mövcud olmuşdur. İlk iqtisadçılar olan Merkantilistlər iqtisadiyyat elminin predmetini sərvət hesab etmişlər. Onlar sərvət anlayışını pul ilə bərabərləşdirirdilər. Onlara görə pul qızıl və gümüşdən ibarət idi. II mətəb olan Fiziokratlar iqtisadiyyat elminin predmetini tədavüldən istehsala keçirdilər. Lakin onlar istehsal deyəndə yalnız kənd təsərrüfatını nəzərdə tuturdular. Klassik ingilis siyasi iqtisad məktəbi iqtisadiyyat elminin predmetini daha da dərinləşdirdi. Milli sərvətin istehsalı, yığımı (A.Smit) və bölgüsü (D.Rikardo) siyasi iqtisadın tədqiqat obyektinə aid edildi. Klassik məktəb maddi istehsalın bütün sahələrini (sənaye, k/t, tikinti və s.) milli sərvətin istehsal sahələri hesab edirdilər.
“İqtisadiyyat” elminin predmeti haqqında Amerika iqtisadçısı L.Samuelsona məxsus olan fikir dünya iqtisadçılarının əksəriyyəti tərəfindən ən mükəmməl fikir kimi qəbul edilmişdir. L. Samuelsona görə “İqtisadiyyat” müxtəlif cəmiyyətlər tərəfindən insan tələbatlarını ödəyə bilən, faydalı məhsullar istehsal etmək məqsədilə mövcud məhdud ehtiyatlardan necə istifadə olunması və istehsal olunmuş məhsulların ayrı- ayrı insan qrupları arasında necə bölüşdürülməsi haqqında elmdir.
İqtisadiyyat elminin predmeti haqqında müasir iqtisadçılar isə aşağıdakı kimi düşünürlər:

  1. Cəmiyyətin milli sərvəti insandır, onun intellekti və informasiya mənbəyidir.

  2. Pol Samuelsona görə İqtisadiyyat insanın gündəlik fəaliyyəti haqqında elmdir.

  3. Digər müasir iqtisadçılara görə iqtisadiyyat elmi resursların məhdudluğu və ondan irəli gələn tələbatların sonsuzluğunu öyrənən elmdir.

  1. İqtisadiyyat elminin əsas funksiyaları.

Tarixi inkişaf mərhələlərindən asılı olmayaraq, bugün də iqtisadiyyat elmi aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  1. Dərkedici nəzəri funksiya.

  2. Praktiki funksiya.

  3. Metodoloji funksiya.

  4. İdeoloji funksiya.

Elmin dərketmə funksiyası iqtisadi hadisələrin, iqtisadi proselərin daxili inkişaf qanunauyğunluqlarının öyrənilməsindən, metodoloji funksiya bütün iqtisadi elmlər üçün zəruri olan metod, üsul və elmi vasitələrin işlənib hazırlanmasından, elmin praktiki funksiyası isə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi və müxtəlif səviyyələrdə istehsalın idarə olunma sistemlərinin tətbiqindən ibarətdir.
Tarixi inkişaf mərhələlərindən asılı olmayaraq, bugün də iqtisadiyyat elmi aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  1. Dərkedici nəzəri funksiya.

  2. Praktiki funksiya.

  3. Metodoloji funksiya.

  4. İdeoloji funksiya.

Elmin dərketmə funksiyası iqtisadi hadisələrin, iqtisadi proselərin daxili inkişaf qanunauyğunluqlarının öyrənilməsindən, metodoloji funksiya bütün iqtisadi elmlər üçün zəruri olan metod, üsul və elmi vasitələrin işlənib hazırlanmasından, elmin praktiki funksiyası isə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi və müxtəlif səviyyələrdə istehsalın idarə olunma sistemlərinin tətbiqindən ibarətdir.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin