İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Mərkəzi bankın passiv əməliyyatları



Yüklə 94,21 Kb.
səhifə39/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   31   32   33   34   35   36   37   38   39
iqtisad cavablar

Mərkəzi bankın passiv əməliyyatları.

Pulun dəyərinin idarə olunması müəyyən qədər pul kütləsinin idarə olunması vasitəsilə həyata keçirilir. Pul kütləsinin idarə olunması isə bazarda mərkəzi bankın fəaliyyəti ilə baş verir
Mərkəzi bank öz funksiyalarını aktiv və passiv əməliyyatları vasitəsilə yerinə yetirir. Passiv əməliyyatlar mərkəzi bankın resurslarını formalaşdıran əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır:

  • Banknot emissiyası;

  • Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu;

  • Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.


Kommersiya bankı bank- kredit sisteminin borc kapitalının gəlir əldə etmək məqsədilə hərəkətini təşkil edən institutudur. Kommersiya bankları aşağıdakı funksiyaları yerinə yetirir:

  1. Kapitalın yığılması və səfərbər edilməsi funksiyası. Kommersiya banklarının bu funksiyasının köməyi ilə hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit təşkilatlarında cəmlənməsi və onların kapitala çevrilməsi baş verir.

  2. Vasitəçilik.

  3. Depozit funksiyası.

  4. Pul ödəmələri və hesablaşma funksiyası.

  5. Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyası.

  6. Bankların konsultasiya xidməti funksiyası.

Kommersiya banklarının passiv əməliyyatları bankın balansının passivində göstərilərək, vəsaitlərin mənbəyinin, bankın resurslarının formalaşması üzrə aparılan əməliyyatlardır. Kommersiya banklarının resursları iki əsas mənbədən təşkil olunur:

  1. Bankın öz vəsaitləri və ona bərabər vəsaitlər;

  2. Cəlb olunmuş vəsaitlər.

Passiv əməliyyatların aparılması banka hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan maliyyə resurslarını cəlb etməyə imkan yaradır. Kommersiya banklarının passiv əməliyyatlarının tərkibi aşağıdakı qruplardan təşkil olunmuşdur:



  • Hüquqi və fiziki şəxslərin əmanət və depozitləri;

  • Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarında qalıqlar;

  • Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;

  • Qeyri- investisiya qiymətli kağızlarının emissiyası (depozit sertifikatları, veksellər).

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin