İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Banklar və onların növləri



Yüklə 94,21 Kb.
səhifə36/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   31   32   33   34   35   36   37   38   39
iqtisad cavablar

Banklar və onların növləri.

Kredit sistemi özündə Dövlət bankını, kommersiya banklarını, xarici bankların filialları və nümayəndəliklərini, bank olmayan kredit təşkilatlarını, kredit təşkilatları assosiasiyaları və ittifaqlarını, bank qrupları və holdinqləri cəmləşdirir. Azərbaycanda ikipilləli bank sistemi mövcuddur. Birinci pillədə Mərkəzi bank, ikinci pillədə isə kommersiya bankları dayanır.
Təcrübədə bankların bir sıra növləri fəaliyyət göstərir:

  • İlk növbədə emissiya və kommersiya banklarını bir- birindən ayırmaq lazımdır.

  • Yerinə yetirdikləri əməliyyatlara görə bankları universal və ixtisaslaşdırılmış banklara ayırırlar.

Universal banklara bütün bank əməliyyatlarını və xidmətlərini göstərmək iqtidarında olan bankları aid edirlər. Bankların universallığı dedikdə, onların məhdudiyyətsiz fəaliyyət tipi:

  • İstehsalın ayrı- ayrı sahələri üzrə;

  • Müştərilərin tərkibi üzrə;

  • Kəmiyyət baxımından;

  • Regionlar üzrə.

Universal banklar müxtəlif növ sahələri kreditləşdirdiyi halda, ixtisaslaşdırılmış banklar əsasən, müəyyən bir sahənin kreditləşdirilməsi ilə məşğuldurlar.
Bank- fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müüştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

  1. Mərkəzi bank və onun əsas funksiyaları.

Ənənəvi olaraq mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir:

  • Banknotların inhisarçı emissiyasını yerinə yetirir;

  • Banklar bankı hesab olunur;

  • Dövlətin bankiri hesab olunur;

  • Pul- kredit tənzimlənməsini həyata keçirir və Milli valyutanın sabitliyini təmin edir.

Banknotların inhisarçı emissiyası. Banknotların, yəni borc öhdəliklərinin ödənilməsinin vasitəsi olan, ümummili kredit pulların emissiyasının inhisarı qanunauyğun olaraq dövlətin nümayəndəsi kimi mərkəzi banka həvalə edilmişdir.
Banklar bankı. Mərkəzi bank hüquqi və fiziki şəxslərlə birbaşa əlaqədə deyil. Belə ki, onun müştəriləri kommersiya banklarıdır. Kommersiya bankları özlərinin kassa ehtiyatlarının bir hissəsini qanunauyğun olaraq mərkəzi bankda saxlamağa məcburdurlar. Mərkəzi bank kommersiya banklarının passivlər üzrə öhdəliklərinə uyğun məcburi ehtiyatların minimum səviyyəsini müəyyənləşdirir.
Dövlətin bankiri. Dövlətin bankiri kimi mərkəzi bank həm kassir, həm də kreditor kimi çıxış edir. Mərkəzi bankda dövlətin hesabları açılır. Əksər ölkələrdə mərkəzi bank dövlət büdcəsinin kassa icrasını yerinə yetirir.
Pul- kredit tənzimlənməsini və milli valyutanın sabitliyinin təmin edilməsi. Bu funksiya müasir şəraitdə mərkəzi bankın əsas funksiyası hesab olunur. Pulun dəyərinin idarə olunması müəyyən qədər pul kütləsinin idarə olunması vasitəsilə həyata keçirilir. Pul kütləsinin idarə olunması isə bazarda mərkəzi bankın fəaliyyəti ilə baş verir. Pul kütləsinin idarə olunması üçün valyuta siyasətinin alətləri aşağıdakılardır:

Mərkəzi bank öz funksiyalarını aktiv və passiv əməliyyatları vasitəsilə yerinə yetirir.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin