Qaytarılma müddəti özündə kreditin müəyyən olunmuş zamanda qaytarılmasını tərənnüm edir. Bu prinsipə görə kredit təkcə qaytarılmamalı, ciddi şəkildə müəyyən edilmiş vaxtda geri qaytarılmalıdır.
Kreditin ödənclilik prinsipi o deməldir ki, hər bir borcalan müəssisə müvəqqəti götürdüyü borc vəsaitlərinə görə kreditora müəyyən haqq ödəməlidir ki, bu da özünü faizdə göstərir. Kreditə görə borc faizi dedikdə, kreditin satış qiyməti başa düşülür. Müasir kommersiya bankları borc faizinin dərəcəsi bir sıra əlamətlərə görə müəyyənləşir ki, onlar da aşağıdakılardır:
Milli Bankın kommersiya bankları üçün təqdim etdiyi baza faiz dərəcələri;
Müxtəlif növ depozit hesablara görə kommersiya banklarının müştəriyə ödədiyi faiz dərəcəsi (cəlb olunan vəsaitlərin həcmi nə qədər çox olarsa, faiz dərəcəsi də böyük olar);
Kreditin formaları;
Kredit təşkilatlarının növləri;
Kredtin cəlb olunması ilə investisiyaların növləri;
Kreditləşmənin müddətləri;
Kreditin təminat dərəcəsi (kreditin təminatı nə qədər aşağıdırsa, faiz dərəcəsi bir o qədər yüksək olar);
Ölkədəki inflyasiyanın səviyyəsi, pul tədavülünün sabitliyi.
Kreditin differensiallıq prinsipi o deməkdir ki, kreditor hər kredit istəyən müştəriyə kredit verməməlidir. O, yalnız bu krediti vaxtında qaytara bilən təsərrüfat orqanlarına verilir. Deməli, differensiallıq kredit qabiliyyətinin göstəricisinə, yəni borcalanın maliyyə vəziyyətinin səviyyəsinə, krediti vaxtında geri qaytarmağa ümid verən hüquqi və fiziki şəxslərə əsaslanmalıdır.
Kreditin təminatlılıq prinsipinin əhəmiyyəti olduqca vacibdir. Ona görə ki, bu prinsipin qorunması kommersiya banklarının likvidliyinin (yəni onların krediti vaxtında və tam şəkildə geri qaytarması müddətinin göstəricisi, ölkənin bank sistemində bankın nüfuzu) təminatı üçün vacibdir. Buradan kreditin təminatlılıq prinsipi ortaya çıxır. Belə ki, banklar bu prinsipə arxayın olaraq, yəni borcalanların pul vəsaitlərini vaxtında geri qaytarmasından əmin olmaqla, öz kredit fəaliyyətlərini qurur, kreditlərin nə zaman qaytarılacağını qabaqcadan bilməklə müştəridən borc götürdükləri pul vəsaitlərini öz əməliyyatlarına arxayınlıqla cəlb edir, öz planlarını qurur, müştərilərə lazım olduqda isə onların vəsaitlərini yubatmadan geri qaytara bilirlər.