İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Kommersiya banklarının aktiv əməliyyatları



Yüklə 94,21 Kb.
səhifə37/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   31   32   33   34   35   36   37   38   39
iqtisad cavablar

Kommersiya banklarının aktiv əməliyyatları.

Kommersiya banklarının aktiv əməliyyatlarının əsas növləri aşağıdakılardır:

  • Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi;

  • Öz adından, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması;

  • İnvestisiyalaşdırma;

  • REPO əməliyyatları;

  • Valyuta dilinq əməliyyatları;

  • Kommersiya banklarının qeyri- ənənəvi əməliyyatları.

İnvestisiya əməliyyatlarından bankın gəlirləri qiymətli kağızlar üzrə faizlərdən, onların məzənnə qiymətlərinin qalxmasından, komissionlardan, həmçinin qiymətli kağızların alqı və satqısının qiymətləri arasındakı fərqdən yaranır.
Valyuta dilinqi- xarici valyutaya olan tələb və təklifin əsl vasitəçisi kommersiya banklarıdır. Buna görə də bu sahədə kommersiya banklarının əsas məsələsi öz müştərilərinin bir valyutada olan aktivlərinin digər valyutaya konvertə olunması imkanını təqdim etməkdir. Bu cür konvertasiya spot və forvard şəraitində gedən əməliyyatlar vasitəsilə həyata keçirilir. Dəqiq desək, hər iş günü boyu bank özünə sərf edən məzənnə ilə xarici valyuta əldə etməyə çalışır ki, bu valyutanı sonrakı reallaşmasından gəlir əldə etsin.
Kommersiya banklarının qeyri- ənənəvi əməliyyatlarına elə əməliyyatlar aid edilir ki, bunları banklardan başqa digər təşkilatlar da həyata keçirə bilər.

  1. Kommersiya banklarının passiv əməliyyatları.

Kommersiya banklarının passiv əməliyyatları bankın balansının passivində göstərilərək, vəsaitlərin mənbəyinin, bankın resurslarının formalaşması üzrə aparılan əməliyyatlardır. Kommersiya banklarının resursları iki əsas mənbədən təşkil olunur:

  1. Bankın öz vəsaitləri və ona bərabər vəsaitlər;

  2. Cəlb olunmuş vəsaitlər.

Bankın xüsusi kapitalı onun fəaliyyətinin hərəkətverici qüvvəsi və bankın fəaliyyətində gözlənilməz hallar baş verdiyi zaman sonuncu ehtiyatıdır. Banklar üçün nizamnamə kapitalı məbləği kimi müəyyənləşən xüsusi vəsaitləri bankın işi prosesində artmalıdır. Buna əlavə səhmlərin buraxılması və onları hüquqi və fiziki şəxslər arasında qapalı və yaxud açıq satışla paylaşdırılması zamanı nail olmaq olar. Nizamnamə kaitalından başqa kommersiya bankları digər xüsusi fondlara da malikdirlər:

  1. Ehtiyat fondu bankın müəyyən itkilərinin ödənilməsi məqsədilə yaradılır. Onun ölçüsü bankın nizamnaməsi ilə müəyyənləşir və əsasən nizamnamə kapitalının 15%- i məbləğində olur. Bu fondun mənbəyi, həmçinin elə digər fondların da mənbəyi bankın gəlirləridir.

  2. İstehsal və sosial inkişaf fondu bank işinin texniki inkişafına xidmət edir.

  3. Maddi həvəsləndirmə fondu bank personalının daha səylə çalışması üçün həvəsləndirməyə xidmət edir.

  4. Bankın idarə heyətinin fondu bankın digər fondlarının nəzərə almadığı istiqamətlərin maliyyələşdirilməsinə xidmət göstərir.

Cəlb olunan vəsaitlər kommersiya banklarının resurslarının çox hissəsini təşkil edir. Passiv əməliyyatların aparılması banka hüquqi və fiziki şəxslərin müvəqqəti sərbəst qalan maliyyə resurslarını cəlb etməyə imkan yaradır. Kommersiya banklarının passiv əməliyyatlarının tərkibi aşağıdakı qruplardan təşkil olunmuşdur:

  • Hüquqi və fiziki şəxslərin əmanət və depozitləri;

  • Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarında qalıqlar;

  • Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;

  • Qeyri- investisiya qiymətli kağızlarının emissiyası (depozit sertifikatları, veksellər).

Kommersiya banklarının passiv əməliyyatlarının tərkibi aşağıdakı qruplardan təşkil olunmuşdur:



  • Hüquqi və fiziki şəxslərin əmanət və depozitləri;

  • Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarında qalıqlar;

  • Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;

  • Qeyri- investisiya qiymətli kağızlarının emissiyası (depozit sertifikatları, veksellər).

Depozit- banka saxlamaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti başa çatdıqda qaytarılmalı olan pul vəsaitləridir.
Kommersiya banklarının aktiv əməliyyatları öz adından cəlb olunan və xüsusi vəsaitlərin uyğun gəlirin əldə edilməsi üçün istifadə olunmasıdır.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin