Dövlətin transfer ödənişləri.
Mənfəətin funksiyaları.
Mənfəətin funksiyaları aşağıdkılardır:
Uçot funksiyası- müəssisə fəaliyyətinin son maliyyə nəticələrini xarakterizə edir.
İnnovasiya funksiyası- mənfəəti artırmaq üçün yeniliyə və təşəbbüskarlığa sövq etməkdir.
Maliyyə mənbəyi funksiyası- istehsalı inkişaf etdirmək və təkmilləşdirmək üçün yığımın əsas mənbəyidir.
Həvəsləndirici funksiya- müəssisənin iqtisadi və sosial inkişafının və işçilərin maddi həvəsləndirilməsinin maliyyə mənbəyi kimi çıxış edir.
Qoruyucu funksiya- biznes fəaliyyəti üçün qoruyucu amil kimi çıxış edir.
Bölüşdürücü funksiya- alternativ xərcləri təmin edən istiqamətlərdə məhdud iqtisadi resurların bölüşdürülməsinə təsir göstərir.
Səmərəlilik funksiyası- az xərclərlə yüksək nəticələrin əldə olunmasına sövq edir.
Əhali gəlirlərinin qeyri- bərabər bölgüsünün səbəbləri və Lorens əyrisi, Cismi əmsalının hesablanması.
Əhali gəlirlərinin qeyri- bərabər bölünməsənin səbəbləri aşağıdakılardır:
İnsanların intellektual və fiziki qabiliyyətləri;
Gəlirlərin müxtəlif əhali qrupları arasında faktiki bölgüsünün səviyyəsinin hesablanmasında Lorens əyrisindən və Cimi əmsalından istifadə olunur. Lorens əyrisi əhali gəlirlərinin qeyri- bərabər bölgüsünün səviyyəsini əks etdirir.
Bu qrafikdə gəlirlərin real bölgüsü ifadə olunur, yəni müxtəlif əhali qruplarının nə qədər gəlirə malik olduğu əks olunur. Lorens əyrisi göstərir ki, mütləq bərabərliyə nə qədər yaxın olsa, gəlirlərin bərabər bölgüsü səviyyəsi yüksəkdir. Lorens əyrisi nə qədər qabarıqdırsa, gəlirlər bir o qədər qeyri- bərabər bölünmüşdür.
Cinsi əmsal= T/OFA
Cini əmsalı = 0 mütləq bərabərlik.
Cini əmsalı 1- ə yaxınlaşdıqca qeyri- bərabərlik çoxdur.