İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Əsas makroiqtisadi göstəricilər və onların hesablanması



Yüklə 94,21 Kb.
səhifə33/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
iqtisad cavablar

Əsas makroiqtisadi göstəricilər və onların hesablanması.

  • Makroiqtisadi göstəricilər.

    İqtisadiyyat elmi 2 böyük hissəyə ayrılır: mikroiqtisadiyyat və makroiqtisadiyyat. Mikroiqtisadiyyat ailə təsərrüfatları və firmaların bazarda necə qərar qəbul etdikləri və qarşılıqlı fəaliyyətini öyrənən elmdir. Makroiqtisadiyyat iqtisadiyyatı tam şəkildə ümumilikdə öyrənən elmdir. Makroiqtisadiyyatın məqsədi iqtisadi dəyişikliklərin çoxlu sayda ailə təsərrüfatlarına, firmalara və bazarlara eyni zamanda necə təsir etdiyini izah etməkdir. Makroiqtisadiyyat inflyasiya, işsizlik, iqtisadi artım daxil olmaqla iqtisadiyyatı geniş məzmunda öyrənən elmdir. Makroiqtisadi səviyyədə baş verən iqtisadi prosesləri idarə etmək və müvafiq iqtisadi təhlilin aparılması üçün bir sıra makroiqtisadi göstəricilərdən istifadə olunur. Milli sərvət, ÜMM,ÜDM, MG, XMM ən geniş istifadə olunan əsas makroiqtisadi göstəricilərdir.

    1. ÜDM- nin hesablanması, nominal və real ÜDM.

    2. Nominal və real ÜDM, ÜDM deflyatorunun hesablanması.

    3. Ümumi Daxili Məhsulun tərkib hissələri və hesablanması.

    4. Nominal və real ÜDM.

    İqtisadiyyatın yaxşı və ya pis vəziyyətdə olduğunu öyrənərkən iqtisadiyyata aidiyyatı olan hər kəsin ümumi gəlirlərinə baxmaq lazımdır. İqtisadiyyatda ümumi gəliri ölçən əsas kəmiyyət ÜDM- dir. ÜDM eyni zamanda 2 müxtəlif şeyi ölçür: iqtisadiyyatda hər kəsin ümumi gəlirlərini və iqtisadiyyatda əmtəə və xidmətlərin alınmasına sərf oluna ümumi xərcləri. ÜDM- nin eyni zamanda məcmu xərcləri və məcmu gəliri ölçə bilməsinin sirri bundadır ki, bu 2 kəmiyyət əslində eyni şeyi ifadə edir. Yəni hər hansı ölkə iqtisadiyyatı üçün məcmu gəlirlər və məcmu xərclər eyni olmalıdırlar.
    Bəs görəsən bu niyə belədir? Çünki hər bir sövdələşmənin 2 tərəfi vardır: alıcı və satıcı. Hər bir alıcı tərəfindən xərclənən 1 manat ona əmtəə və ya xidmət satan satıcı üçün 1 manat gəlir deməkdir. Misal üçün ot biçmək məsələsi: 100 manat, ÜDM= 100 manat.
    Gəlir və xərclərin bərabərliyi Dövri axın diaqramı vasitəsilə təsvr etmək olar:


    əmtəə və xidmətlər bazarı




    Ailə təsərrüfatları

    Firmalar






    İstehsal amilləri bazarı





    Bu iqtisadiyyatda ailə təsərrüfatları firmalardan əmtəə və xidmətləri alır, bu xərclər əmtəə və xidmətlər bazarına doğru hərəkət edir. Firmalar isə öz növbəsində əmtəə və xidmət satışından əldə etdiyi pulu işçilərə əmək haqqı verilməsinə, torpaq sahibinə icarə haqqı və firma sahiblərinə mənfəət kimi ödənişlərə sərf edirlər, yəni gəlir istehsal amillərinin haqqını ödəmək istiqamətində hərəkət edir. Bu iqtisadi sistemdə pul ailə təsərrüfatlarından firmalara, sonra isə geriyə, yəni firmalardan ailə təsərrüfatlarına qayıdır.


    Belə iqtisadiyyat üçün ÜDM- ni 2 üsulla hesablaya bilərik: ailə təsərrüfatlarının ümumi xərclərini toplamaqla, və ya firmalar tərəfindən ödənilən ümumi gəlirləri (ə/h, icarə haqqı, mənfəət) toplamaqla. Çünki iqtisadiyyatda məcmu xərclər kimlərinsə məcmu gəlirləri hesabına formalaşır və ÜDM bizim onu hansı üsulla hüsablamağımızdan asılı olmayaraq eynidir.
    ÜDM- verilmiş zaman müddətində (1 il və ya rüb) ölkə daxilində istehsal olunan bütün son məhsul və xidmətlərin məcmu bazar dəyəridir.
    ÜDM- nin tərkib hissələri belədir:
    Y= C+ J + G+ NX
    Y= ÜDM
    C= istehlak
    J= investisiya
    G= dövlət xərcləri
    NX= xalis ixrac
    İstehlak (C) yeni mənzilin alınmasını çıxmaq şərtilə ailə təsərrüfatlarınnın əmtəə və xidmətlərin alınmasına sərf etdikləri xərclərdir.
    İnvestisiya- yeni mənzilin alınması da daxil olmaqla, uzunmüddətli avadanlıqların, anbar ehtiyatlarının və yardımçı istehsal vasitələrinin alınmasına çəkilən xərclərdir.
    Dövlət xərcləri- dövlət orqanları tərəfindən əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərdir (dövlət qulluqçularının maaşları). Amma dövlət vətəndaşa sosisal müdafiə fondundan müavinət ödəyərkən belə dövlət xərcləri transfert ödənişləri adlanır. Bu dövlət xərclərinə aid deyil. Çünki bu ödəniş cari istehsal olunmuş əmtəə və xidmətlərin müqabilində edilməmişdir (cari ildəki istehsalın həcminə aidiyyatəti yoxdur).
    Xalis ixracat- xarici ölkələrin istehsal olunmuş məhsullara çəkdikləri xərclər (ixracat) ilə yerli vətəndaşların xaricdən məhsul alınmasına çəkilən xərclər (idxalat) arasındakı fərqdir. Xalis sözü idxalın ixracatdan çıxılması faktına istinad edir. Məsələn xaricdən 30000 manatlıq maşın gətirilməsi istehlakı 30000 manat artırır, xalis ixracatı isə 30000 manat azaldır. Nəticədə ÜDM dəyişmir.
    ÜDM bazarda əmtəə və xidmətlərin istehsalına çəkilən ümumi xərcləri ölçən kəmiyyətdir. Əgər ümumi xərclər 1 ildən növbəti ilə doğru artarsa, 2 şeydən biri ola bilər:

    1. ya daha çox əmtəə və xidmətlər istehsal olunub

    2. ya da əmtəə və xidmətlərin qiyməti artıb.

    Bunun üçün nominal və real ÜDM fərqləndirilir. Nominal ÜDM- istehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə məcmu dəyərləndirilməsidir. Real ÜDM- istehsal olunmuş əmtəə və xidmətlərin baza ilindəki qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir. Real ÜDM qiymətdəki dəyişikliyə görə dəyişmir, real ÜDM- dəki dəyişikliklər yalnız istehsal olunan məhsulun həcmindəki dəyişməyə görə dəyişir. Beləliklə, real ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin fiziki dəyərini ölçən göstəricidir. Real ÜDM iqtisadi rifahı dəqiq ölçmək üçün nominal ÜDM- dən daha yaxşı göstəricidir.
    Nominal ÜDM
    ÜDM deflyatoru= * 100
    Real ÜDM
    Baza ili üçün ÜDM deflyatoru həmişə 100 olur. Növbəti illər üçün ÜDM deflyatoru qiymət səviyyəsindəki dəyişiklikləri özündə əks etdirir.

    Illər

    Hot doqların qiyməti (manat)

    Hot doqların miqdarı

    Hamburgerlərin qiyməti (manat)

    Hamburgerlərin miqdarı

    2011

    1

    100

    2

    50

    2012

    2

    150

    3

    100

    2013

    3

    200

    4

    150

    Nominal ÜDM


    2011- ci il üçün 1*100+ 2*50= 200
    2012- ci il üçün 2*150+ 3* 100= 600
    2013- cü il üçün 3*200+ 4*150= 1200
    Real ÜDM
    2011- ci il üçün 1*100+ 2*50=200
    2012- ci il üçün 1*150+ 2*100= 350
    2013- cü il üçün 1*200+2*150= 500
    ÜDM deflyatoru
    2011- ci il üçün (200/200)*100= 100
    2012- ci il üçün (600/350)*100= 171 (qiymət səviyyəsi 71 %)
    2013- cü il üçün (1200/500)* 100= 240 (qiymət səviyyəsi 140%)
    Ümumi Milli Məhsul (ÜMM)- ölkənin daimi sakinləri (vətəndaşları) tərəfindən qazanılmış ümumi gəlirdir.
    Xalis Milli Məhsul (XMM)- ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır. Amortizasiya şirkətin istehsal prosesində istifadə etdiyi avadanlıq və vasitələrin köhnəlib xarab olaraq sıradan çıxması xərcləridir. Milli Gəlir hesabatlarında Amortizasiya “əsas vəsaitlərin istehlakı” kimi adlandırılır.
    Milli Gəlir (MG) ölkə vətəndaşlarının əmtəə və xidmətlərin istehsalından əldə etdikləri ümumi gəlirdir. O, XMM- dən vergiləri çıxmaqla və dotasiyaları əlavə etməklə hesablanır.


    1. Yüklə 94,21 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   29   30   31   32   33   34   35   36   ...   39




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin