İqtisadiyyat elminin yaranma və inkişaf tarixi



Yüklə 94,21 Kb.
səhifə34/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   31   32   33   34   35   36   37   38   39
iqtisad cavablar

Kreditin mahiyyəti.

Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai tələbatın reallaşması üçün dəyərin qaytarılma əsasında hərəkəti kimi müəyyən etmək olar.
Deməli, belə hesab etmək olar ki, kredit:

  • Kreditor və borcalan arasındakı qaqrşılıqlı münasibtlərdir;

  • Dəyərin geri qaytarılan hərəkətidir;

  • Qaytarılma əsasında ödəmə vasitələrinin hərəkətidir;

  • Borc verilən dəyərin hərəkətidir;

  • Borc kapitalının hərəkətidir;

  • Qaytarılma əsasında resursların yerləşdirilməsi və istifadəsidir;

  • Gələcək pulların əvəzinə həqiqi pulların təqdim olunması və s.

  1. Kreditin formaları.

Kreditləşmə prosesində kreditor kimi kimin iştirak etməsindən asılı olaraq kreditin aşağıdakı formaları mövcuddur:

  1. Bank krediti;

  2. Beynəlxalq kredit;

  3. Dövlət krediti;

  4. Kommersiya krediti;

  5. İstehlak krediti;

  6. İpoteka krediti.

Kommersiya krediti- satıcılar tərəfindən malların və göstərilən xidmətlərin müddətli ödəmələrlə alıcılara əmtəə formasında təqdim etdiyi kreditlərdir. Kreditin bu formasından malların reallaşmasının tezləşdirilməsi məqsədilə istifadə olunur. Bu kredit forması kommersiya bankı vasitəsilə ödənilən borc öhdəliyi- veksel forması ilə təsdiqlənir. Kommersiya kreditinin xüsusiyyəti ondan ibarətdir ki, burada borc kaitalı sənaye kapitalı ilə qovuşur. Kommersiya kreditinin faizi malın qiymətinə və vekselin məbləğinə daxil olur.
Bank krediti- kommersiya bankları və digər kredit təşkilatları tərəfindən pul vəsaitləri formasında hüquqi və fiziki şəxslərə, həmçinin dövlətə və xarici müştərilərə verilən kreditlərdir. Bank krediti kommersiya kreditinin sərhədlərini həcm, müddət, istqamət etibarilə üstələyir. Başqa sözlə, daha geniş sahəni əhatə edir. Banklar bir subyektdən borc götürdüyü pul vəsaitini başqa subyektlər arasında bölüşdürür. Bu zaman bank götürdüyü kreditə görə də faiz ödədiyindən onun faizləri kommersiya kreditinin faizlərindən yüksək olur. Banklar hüquqi və fiziki şəxslər arasında pul vəsaitlərini bölüşdürdüyü zaman pulu kapital şəklində verir.
Bank krediti və kommersiya kreditinin fərqli cəhətləri aşağıdakılardır:

  1. Bank kreditinin faiz dərəcəsi yüksək olur. Kommersiya kreditinin faiz dərəcəsi aşağı olur.

  2. Bank kreditinin obyekti pul kapitalıdır. Kommersiya kreditinin obyekti dəyərin əmtəə formasıdır.

  3. Bank krediti həm əmtəə tədavülünə, həm də kapital yığımına xidmət edir. Kommersiya krediti yalnız əmtəə tədavülünə xidmət göstərir.

  4. Bank krediti məhdudiyyətsizdir. Kommersiya kredit xətti və hərəkəti ünvanlıdır.

Bank krediti məhdudiyyətsizdir dedikdə, kreditləşmənin məbləği və müddətinin məhdudlaşmamanı nəzərdə tutulur. Kommersiya kreditində isə kredit xətti və hərəkəti ünvanlı olmaqla əmtəə istehsalçıdan istehlakçıya, ya da sonrakı satışla məşğul olan ticarət şirkətinə ötürülür.
Bank krediti və kommersiya kreditinin ümumi cəhətləri aşağıdakılardır:

  • Onların təbiətləri eynidir;

  • Resursların əmtəə və pul formasında genişlənməsi banklar vasitəsilə baş verir və bu da kommersiya və bank kreditinin çulğalaşmasına səbəb olur.

İstehlak krediti- uzunmüddət istifadə üçün nəzərdə tutulan əşyaların əldə edilməsi məqsədilə əhaliyə ticarət kompaniyaları, banklar və ixtisaslaşmış qeyri- bank institutları tərəfindən müddətli ödəmə ilə verilən kreditlərdir.kredit həm pul, həm də əmtəə formasında ola bilər. Bu kreditin bank və firma formaları mövcuddur. Həmçinin onu da qeyd etmək lazımdır ki, kreditin istehlak xarakteri onun məqsədilə (kreditləşmənin obyekti ilə) müəyyən olunur. Azərbaycanda əhaliyə verilən istənilən krediti istehlak kreditinə aid etmək olar. Qeyd etdiyimiz kimi uzunmüddətli istifadə üçün lazım olan malların alınması üçün verilən ssudaları, ipoteka ssudalarını və fiziki şəxslərin digər ehtiyaclarının ödənilməsi üçün verilən ssudaları istehlak kreditinə aid etmək olar. Yəni bu kreditlər fiziki şəxslərə verilən kreditlərdir.
Dövlət krediti- kreditin elə bir formasıdır ki, bu zaman borcalan kimi dövlət və yerli hakimiyyət orqanları çıxış edir. Kreditin özü isə mərkəzi bank və maliyyə institutları tərəfindən reallaşan dövlət qiymətli kağızlarına çevrilir.
Hazırda bank kreditində subyekt kimi müxtəlif səviyyəli dövlət hakimiyyət orqanları aktiv iştirak edir. Kommersiya bankları onlara aşağıdakı məqsədlər üçün qısamüddətli kreditlər verir:

  • Büdcə kəsirini bağlamaq üçün;

  • Ölkənin sosial- iqtisadi inkişafı üçün hazırlanmış proqramların maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızların emissiyası üçün və s.

Bu kreditdə dövlət özünün vəsaitlərini müxtəlif subyektlərə kredit verərkən kreditor kimi çıxış edir. Bu əsasən mənfəətsiz və ya az mənfəətli, lakin geniş təkrar istehsal üçün zəruri sahələrə verilən kreditlərdir.
Beynəlxalq kredit- dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar arasındakı münasibətləri əhatə edən kredit formasıdır. Bu kreditin həm kommersiya, həm də bank forması mövcuddur.
İpoteka krediti- əsasən, İngiltərə, ABŞ və Kanadada daha çox istifadə olunur. Bu kreditə əsasən borcalan girov qoyduğu əmlakın qiymətinə müvafiq pul vəsaitinə müvafiq pul vəsaitlərini kredit götürə bilər. İpoteka kreditinin atributları dedikdə, kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür. Girovnamə -borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən və kreditora və ya girovnamənin digər sahibinə sənəddə göstərilən əmlakı, borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən sənəddir. Bu sənəd girov müqaviləsi ilə eyni zamanda natarial qaydada təsdiqlənməlidir. İpoteka və kredit müqaviləsi faktiki olaraq uzunmüddətli, tərəflərin qarşılıqlı maraqlarına xidmət edən razılaşdırılmış şərtləri ilə tərtib edilən sənəddir. Kreditor- bank üçün bu verdiyi borcun uzunmüddətli gəlirlə qaytarılmasıdır ki, bu qaytarılma daşınmaz əmlakla təmin olunur.
Banklararası kredit-bankların birində resurs çatışmazlığı digərində isə artıq resurs olan zaman onların bir- birlərinə verdikləri kreditlərdir. Təsərrüfat subyektləri arasında banklararası kredit təsərrüfatlararası kredit kimi çıxış edir. Praktiki olaraq bütün bankların vaxtaşırı sərbəst kredit resursları olur. Bu sərbəst resurslar gəlir gətirsin deyə, banklar onları digər banklara yerləşdirməyə can atırlar. Resursların bu cür yerləşdirilməsi banklar üçün onların təsərrüfata cəlb olunmasından əlverişlidir, daha dəqiq desək, təminatlıdır. Bu zaman kredit resurslarını cəlb etmək üçün borcalan bankın müxtəlif səbəbləri vardır:

  • Bank likvidliyinin operativ şəkildə tənzimlənməsi;

  • Aktiv əməliyyatların artırılması üçün əlavə vəsaitlərə tələbat və s.

Banklararası kredit bazarında yeni açılmış banklar da hələ kifayət qədər müştəri toplaya bilmədiklərindən aktiv kreditor kimi çıxış edə bilirlər.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin