İstehsal xərclərinin mahiyyəti və təsnifləşdirilməsi.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir müəssisənin iqtisadi fəaliyyətinin əsas məqsədi mənfəətin maksimumlaşdırılmasıdır. Bu strateji məqsədin həyata keçirilməsi istehsal edilmiş məhsulun əldə edilməsinə sərf edilən istehsal xərclərinin səviyyəsindən asılıdır. İstehsal xərcləri son məhsul və xidmətlərin əldə edilməsinə və reallaşdırılmasına sərf olunan canlı və maddiləşmiş əmək məsrəflərinin məcmuudur. İstehsal xərcləri istehsal fəaliyyəti üçün zəruri olan iqtisadi resursların əldə edilməsi və istifadəsi ilə bağlı xərclərdir.
Müasir iqtisad elmində istehsal xərcərinin öyrənilməsinə iki mövqedən yanaşılır:
İstehsal resurslarının nadirliyi və onların alternativ şəkildə istifadə olunmasının mümkünlüyü mövqeyindən;
Müəssisədə məhsul istehsalının həcmi mövqeyindən.
Birinci mövqedən yanaşıldıqda müəssisə hər hansı bir məhsul növünü istehsal etmək qərarına gəldikdə o, digər alternativ istehsal növlərindən imtina etmiş olur. Bu mövqedən yanaşıldıqda istehsal xərcləri iki qrupa ayrılır:
Xarici istehsal xərcləri;
Daxili istehsal xərcləri.
Xarici istehsal xərcləri məhsul istehsal etmək məqsədilə kənardan əldə edilmiş istehsal resurslarına çəkilən məsrəflərdir, müəssisənin tədarükçülərə ödəmələridir. Daxili xərclər müəssiənin öz resurslarının istifadəsi ilə bağlı xərcləridir. Daxili istehsal xərcləri isə müəyyən mənada dəyəri ödənilməyən və alternativ şəkildə istifadə edilə bilən xərclərdir. Müasir iqtisadiyyatda daxili istehsal xərclərinə normal həcmdə olan mənfəət də daxil edilir. Normal həcmdə olan mənfəət daxili xərclərin alternativ şəkildə, yəni onun ən sadə mümkün variantda istifadə edilməsindən qazanılan gəlirdir. Məsələn, mağaza, anbar və s. kimi istifadə oluna bilən bir mülkə mallik sahibkarın həmin mülkün ən adi halda icarəyə verilməsindən qazandığı gəlir normal mənfəəti təşkil edir. Xarici xərclər görünən, yaxud real xərclərdir. Daxili xərclər isə görünməyən qeyri- real xərcləri əks etdirir. Alternativ xərclər firmaya məxsus olan resurslardan alternativ istifadə xərcləridir. Resurslardan daha yaxşı istifadə edəcəyi halda əldə olunacaq mənfəətlə real əldə olunmuş mənfəət arasındakı fərqdir.
İstehsal xərcləri müxtəlif meyarlarla qruplaşdırılır:
Əldə olunma və xərclənmə xüsusiyyətlərinə görə :